Azərbaycan çempionu Braziliya klubuna keçdi – FOTO

2014/15 mövsümündə “Xazar Aylands” (Khazar Islands) futzal klubu ilə Azərbaycan çempionu olmuş braziliyalı Leo Oliveyra özünə yeni komanda tapıb.

Üçqat Braziliya Liqasının çempionu olmuş 36 yaşlı qapıçı karyerasını ölkəsinin “San Lourenso” klubunda davam etdirəcək. Bu barədə məlumatı “San Lourenso” klubu yayıb.

Qeyd edək ki, “Xazar Aylands” beş il əvvəl ölkə çempionu olsa da, klub maliyyə problemləri üzündən dağılıb.