Siyasət 

Bob Blakman: “Azərbaycan istənilən beynəlxalq layihəni yüksək səviyyədə həyata keçirməyə qadirdir”

ARANTV.AZ xəbər verir ki, “Azərbaycan istənilən beynəlxalq layihəni yüksək səviyyədə həyata keçirməyə qadirdir. Bunu ölkəniz dəfələrlə sübur edib”. İngiltərə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Bob Blakman Azərbaycan Televiziyasına müsahibəsində belə deyib. Ölkəmizin tolerantlığına da toxunan parlamentari bildirir ki, Azərbaycan dövləti sözdə deyil, əməldə dini etiqad azadlığının təmin edilməsi üçün əlindən gələni edir.

Bob Blakman – İngiltərə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri:

Azərbaycana ilk səfərim 2010-cu ilə təsadüf edib. O zamandan başlayaraq indiyədək ölkənizdə bir neçə dəfə səfərdə olmuşam. Paytaxt Bakı çox sürətlə inkişaf edir və demək olar ki, hər gün dəyişir. Müşahidələrim bunu əminliklə deməyə əsas verir. Bakı bir çox cəhətlərinə görə çox mühüm şəhərdir. Burada həm idman, həm incəsənət və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Xüsusilə qeyd etməliyəm ki, Bakıda inşa olunan yeni yaşayış binaları şəhərə ayrı bir gözəllik verir. Bu, həm də hökümətin əhalinin mənzillə təminatına ayırdığı diqqətin bir göstəricisidir. Biz Azərbaycanda keçirilən mötəbər beynəlxalq tədbirləri, idman yarşlarını böyük maraqla izləyirik. Bu sırada “Eurovision” mahnı müsabiqəsini, Formula 1 Azərbaycan Qran-Prisini, Birinci Avropa oyunlarını xüsusi qeyd etməliyəm. Etiraf etmək lazımdır ki, ilk illər bəziləri Azərbaycanın belə mühüm beynəlxalq tədbirlərin yüksək səviyyədə təşkil ediləcəyinə bəlkə də şübhə ilə yanaşırdı. Amma sübut olundu ki, Azərbaycan istənilən beynəlxalq layihəni yüksək səviyyədə həyata keçirməyə qadirdir. Belə bir yüksək təşkilatçılıq ölkəyə turist axınını daha da sürətləndirib. Mən Bakını mərkəzindəki sinaqoqda da olmuşam. Sinaqoqun dövlət hesabına yenidın qurulması göstərir ki, Azərbaycan dövləti sözdə deyil, əməldə dini etiqad azadlığının təmin edilməsi üçün əlindən gələni edir. Azərbaycanın şimalında yəhudilərin sıx yaşadığı yerlərə də baş çəkmişəm.  Onların azad, sərbəst şəkildə yaxşı yaşadıqlaırnı gözlərimlə görmüşəm. Mən təmas xəttində də olmuşam. Münaqişədən əziyyət çəkən insanlarla şəxsən görüşmüşəm. Bu çox dəhşətli bir haldır. Bir çoxlarını, o cümlədən məni də münaqişənin nə səbəbdən indiyədək həllini tapmaması düşündürür. Çünki BMT dünyanın başqa yerlərində baş verən belə münaqişələrə dərhal reaksiya verir. Məcbüri köçkünlərlə görüşəndə onların özlərinə də dedim ki, sizin dədə-baba yurdunuza qayıtmaq hüququnuz mütləq təmin olunmalıdır. Bunun üçün isə Ermənistan tərəfindən qeyri- qanuni işğal olunmuş Azərbaycan torpaqları azad edilməlidir.

Azərbaycanla Böyük Britaniya arasındakı əlaqələri də yüksək qiymətləndirən İngiltərə-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Bob Blakman deyir ki, bu münasibətlərin əsası “Əsrin müqaviləsi” ilə qoyulsa da, hazırda iki dövlət arasında mədəni, humanitar və digər sahələrdə də uğurlu əməkdaşlıq mövcuddur. Parlamentari son illər ölkəmizdə keçirilən mötəbər beynəlxalq tədbirlərin sayının sürətlə artmasını da ölkəmzin yüksək nüfuzu və bu sahədə yaxşı təşkilatçılıq bacarığının olması ilə əlaqələndirir.

Avropalı parlamentari deyir ki, Azərbaycan islam dünyasında da nümunəvi model dövlətdir. Burada insanların dini etiqad azadlığı təmin olunub, digər dinlərə hörmətlə yanaşılır. Ölkədə tolerantlıq mühüti var. Hər kəs dinindən asılı olmayaraq sərbəst yaşayır, fikrini azad şəkildə ifadə edir. Bu nadir nümunədir.

Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə kifayət qədər məlumatlı olan Bob Blakman 1 milyondan çox azərbaycanlının qaçqın və məcburi köçkün şəraitində  yaşamasını da təəssüflə qeyd edir. Parlamentari deyir ki, problemin həllində BMT daha fəal olmalıdır.

Bob Blakmanla həmfikir olan İrlandiyalı tədqiqatçı, yazıçı Patrik Volş da hesab edir ki, Dağlıq Qarabağ münaqişəsi regionda stabilliyə təhdiddir.

Patrik Volş- İrlandiyalı tədqiqatçı, yazıçı:

– Erməni millətçiliyi və şovinizmi çox zərərli haldır. Ermənilərin  başqa ölkənin hesabına öz ərazilərini genişləndirmək planı hazırki münaqişəli durumun yaranmasının əsas səbəbidir. Bu, inanılmazdır. Bir millət qonşusuna qarşı etnik təmizləmə həyata keçirib. Ermənilərn tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən bu cür etnik təmizləmə faktı ilə başqa yerdə rastlaşmamışam. Bu işğal faktından təkcə Azərbaycan deyil, bütün region əziyyət çəkir. 1914-1918-ci illər müharibəsi haqqında kitab yazırdım. Bu zaman azərbaycanlıların “Mart soyqırımı” faktı ilə qarşılaşdım və onu araşdırmağa başladım. Bunun davamı olaraq bu il ölkənizdə həmin soyqırıma həsr olunan konfransda iştirak etmək üçün ilk dəfə ölkənizə gəldim. Ardınca isə mayda AXC-nin 100 illiyinə həsr olunan tədbirlərdə iştirak etdim. Hər iki səfərimdən yüksək təəssüratlarla qayıtdım. Bakının gözəlliyi, oranın qədimliyi ilə müasirliyinin vəhdəti məni valeh etdi. İçərişəhər, Bakı bulvarı, şəhərdəki müasir quruculuq işləri, hündür mərtəbəli modern binalar göz oxşayır. Mədbəxinizi də çox bəyəndim. Sağlam və təbii qidalara üstünlük verilir, xüsusi ilə də meyvə tərəvəzlər. İnsanlar da çox mehribandır. Dəvət olunduğum bütün məkanlarda çox xoş qarşılanırdım.

Patrik Volsh ölkəmizin gözəlliyinə heyranlığını da dilə gətirdi. Azərbaycanın əldə etdiyi uğurlar, güclü iqtisadiyyatı, turizm potensialından da danışan tədqiqatçı-yazçı bildirdi ki, Bakı dünyadakı turizm mərkəzlərindən birinə çevrilib.

Daha çox xəbərlər

Leave a Comment