Cəmiyyət 

Magistraturaya qəbul üzrə sınaq imtahanının vaxtı açıqlanıb

ARANTV.AZ xəbər verir ki, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbulun birinci mərhələsi üzrə sınaq imtahanının vaxtını açıqlayıb. Fevral 3-də keçirəcək sınaq imtahanı Bakı ilə yanaşı, Gəncə və Naxçıvan şəhərində də təşkil ediləcək. İmtahanda iştirak etmək istəyənlər yanvarın 14-dən 28-dək Dövlət İmtahan Mərkəzinin internet saytından qeydiyyatdan keçə bilərlər.

Daha çox xəbərlər