Gələn ildən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqi tam həyata keçiriləcək
ARANTV.AZ xəbər verir ki, gələn ildən bütün ölkə üzrə icbari tibbi sığortanın tətbiqi tam həyata keçiriləcək. Bununla bağlı İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən yeni təkliflər paketi hazırlanıb.
Yeni hazırlanacaq təkiliflər paketi İcbari Tibbi Sığortanın təkmilləşdirilməsi ilə yanaşı, bir sıra mühüm istiqaməti əhatə edəcək. Bu istiqamətlərdən biri də xəstəxanalarda informasiya texnologiyalarının tətbiqidir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev hesab edir ki, xəstəxanaların tam avtomatlaşdırılması bu sistemin əhatəli tətbiqinə geniş imkan açacaq. Avtomatlaşdırılma tam həyata keçirildikdən sonra xəstəxanalardakı bütün məlumatlar agentliyə inteqrasiya ediləcək. Məhz bundan sonra ona uyğun ödənişlər müəyyən olunacaq.
Xidmətlər zərfinin yenidən işlənib hazırlanması, yerli və beynəxaq qurumlarla birgə əməkdaşlığın yaradılması baza zərfinə daxil olan məsələlərdəndir. UNİCEF-in Azərbaycandakı nümayəndəsi Edvard Karvardin deyir ki, dövlətin həyata keçridiyi uğurlu islahatların nəticəsi olaraq bu gün Azərbaycanda ana və uşaq ölümü azalıb.
Yeri gəlmişkən, İcbari Tibbi Sığorta üzrə Dövlət agentliyi ilə BMT-nin Uşaq Fondu-UNİCEF arasında memorandum imzalandı. Sənəddə tərəflər arasında “Körpü Dostu” Xəstəxana Stadartlarının doğum evlərinin standartlarına daxil edilməsi, ilkin səhiyyə xidməti işçilərinin sağlamlıq və qidalanma xidmətlərinə dair bilik və bacarıqların artırılması kimi məsələlər yer alıb.

