Siyasət 

Gürcüstanda 20 Yanvar faciəsinin 29-cu ildönümünə həsr olunan tədbir keçirilib

ARANTV.AZ  xəbər verir ki, Gürcüstanın Kvemo Kartli Borçalı bölgəsinin Bolnisi rayonunda  20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım mərasimi keçirilib. Mərasimdə 29 il əvvəl xalqımızın başına gətirilən faciələrdən söhbət açıldı. Bildirildi ki,  Azərbaycan xalqı tarix boyu mübarizliyi ilə seçilib. 29 il əvvəl azadlıq və müstəqillik yolunda şəhid olanlar öz qanları ilə qəhrəmanlıq səhifəsi yazıblar. Dəhşətli gecədə  Azərbaycan xalqı bir daha sübut edib ki, müstəqillik naminə hətta canından belə keçməyə hazırdır.

Diqqətə çatdırıldı ki, Milli birlik və vətənpərvərliyin simvoluna çevrilmiş 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. İnsanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri olan 20 yanvar hadisələri xalqın azadlıq uğrunda mübarizəsini qıra bilmədi, həmin gün müasir Azərbaycan tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil oldu.

Daha çox xəbərlər