Şəhid Elfaq Nağıyevə məxsus əşyalar muzeyin Vətən müharibəsi fonduna təhvil verilib
AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinə Vətən müharibəsi şəhidi gizir Elfaq Nağıyevə məxsus əşyalar təqdim edilib.
ARANTV.AZ xəbər verir ki, bu barədə muzeydən məlumat verilib.
Elfaq Nağıyev 1996-cı ildə Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. O, Vətən müharibəsi zamanı Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlı və Hadrutun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərib. Hadrut qəsəbəsinə bayrağımızı sancıb, düşmənin xeyli sayda canlı qüvvəsini məhv edib. E.Nağıyev Xocavənddə gedən döyüşlərdə şəhid olub.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Elfaq Nağıyev “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib (ölümündən sonra).

