Region Xəbərləri 

Azərbaycan dünyada idman dövləti kimi tanınır

Azərbaycan dünyanın inkişaf etmiş idman mərkəzlərindən birinə çevrilmişdir. Son illər bir çox mötəbər idman yarışlarına ev sahibliyi etməyimiz, həm Avropa, dünya çempionatlarında və Olimpiya oyunlarında yüksək nəticələr qazanmağımız bunu bir daha təsdiq edir. Dövlətimizin başçısının 19 illik fəaliyyəti dövrünə nəzər saldıqda görürük ki, Möhtərəm Prezidentimiz XXI əsrin yeni lideri olaraq müstəqil respublikamızı bütün sahələr üzrə inamla irəli aparır. Bu müddət ölkəmizin dinamik inkişafı, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Prezidentin rəhbərliyi altında aparılan düşünülmüş islahatlar, qəbul olunmuş müdrik qərarlar həyatımıza yeni nəfəs gətirmiş, Azərbaycanı dünyanın inkişaf etmiş ölkələri sırasına çıxarmışdır. Bu sırada idman xüsusi yer tutur. Ulu öndərin idman sahəsində həyata keçirdiyi siyasət 1997-ci ildən mühüm mərhələyə qədəm qoydu .Ümummilli lider Heydər Əliyev deyirdi ki, heç bir fəaliyyət Azərbaycanı dünyada idman qədər tanıda bilməz. Bəli bu ideyanı əldə rəhbər tutan Prezident İlham Əliyev 19 il ərzində dünya arenasında söz sahibi olduğu kimi ,44 Vətən müharibəsi dövründə bütün dünyaya öz təsdiq möhürünü vurduğu kimi,həm də Azərbaycanı dünyada idman dövləti kimi tanıtmışdır.
Daim xalqımızın fiziki-mənəvi sağlamlığına çalışan cənab İlham Əliyev 2003-cü ilin oktyabrında Prezident seçildikdən sonra da idmanın və bədən tərbiyəsinin inkişafı sahəsində kompleks tədbirlərin həyata keçirilməsini diqqətdə saxlamış, respublikanın idman imicinin yüksəlməsinə çalışmışdır. İdmana dövlət qayğısı daha da artmış, ölkəmizin iqtisadi inkişafına, artan maliyyə resurslarına uyğun olaraq onun maddi-texniki bazasının möhkəmləndirilməsi yolunda ciddi işlərə başlanmışdır. Dövlət başçısı bütün regionlarda idmanla məşğul olmaq üçün müasir tələblərə cavab verən infrastrukturun formalaşdırılmasını mühüm vəzifələrdən biri kimi müəyyənləşdirmişdir. Bütün bunlar isə əlbəttə, gənc nəslin sağlam ruhda tərbiyəsinə, respublikamızda idmanın kütləviləşməsinə xidmət edir. Təsadüfi deyildir ki, regionlarda yeniyetmə və kiçikyaşlı uşaqların idmana marağı ildən-ilə artır. Hazırda paytaxtda və bölgələrdə fəaliyyət göstərən Olimpiya İdman Kompleksində yeniyetmə və gənclər idmanın müxtəlif növləri üzrə məşğul olurlar. İdman yeni nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında böyük rolu vardır. Bunu Vətən müharibəsi dövründə gənclərimizin vətənə olan sevginin şahidi olduq.
Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul etdiyi zaman çıxışında qeyd etmişdir:” Bizim idmançılar uzun illərdir Azərbaycanı dünyada təbliğ edirlər. Mən dəfələrlə idman ictimaiyyəti ilə görüşlər əsnasında deyirdim ki, idman bizim dövlət siyasətimizdir və idman hər bir ölkənin qüdrətini əks etdirir. Çünki əgər beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında ölkələrin reytinqlərinə nəzər salsaq görərik ki, adətən inkişaf etmiş ölkələrin nümayəndələri daha da böyük uğurlar qazanırlar. Bu da təbiidir, çünki həm təlim-məşq toplanışlarının keçirilməsi, ümumiyyətlə, hazırlıq işlərinin qurulması, iqtisadi baza – bütün bu amillər önəmli rol oynayır. Əlbəttə ki, dövlət siyasəti burada aparıcı məsələdir və Azərbaycan bu ölkələrin sırasındadır. Biz nəinki iqtisadi və digər sahələrdə, idman sahəsində də qabaqcıl ölkələrin sırasındayıq və bu liderliyi qorumalıyıq. Təsadüfi deyil ki, beynəlxalq idman qurumları Azərbaycana çox böyük rəğbətlə yanaşırlar. Belə olmasaydı, Azərbaycanda iki dünya səviyyəli tədbir keçirilməzdi – həm Avropa Oyunları, həm də İslam Həmrəyliyi Oyunları. Bir ölkədə, bir şəhərdə cəmi iki il ərzində iki böyük tədbirin keçirilməsi beynəlxalq idman ictimaiyyətinin, federasiyalarının bizə olan münasibətinin əlamətidir. Biz bu yarışları yüksək səviyyədə keçirdik və idmançılarımız bizi sevindirdilər. Bizim beynəlxalq idman qurumları ilə, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya komitələri ilə sıx əlaqələrimiz var, beynəlxalq federasiyalarla sıx əlaqələrimiz var. Bu əlaqələr, əlbəttə ki, Azərbaycanda idman siyasətinin düzgün aparılmasında da bizə kömək göstərir. Ölkəmizdə keçirilmiş və bundan sonra keçiriləcək idman yarışları da müntəzəm xarakter almalıdır. Çünki ölkəmizin həm imkanları, həm Azərbaycanda qonaqpərvərlik, idman infrastrukturunun mövcudluğu sayəsində biz bütün istənilən idman yarışını keçirə bilərik. Məsələn, Avropa Oyunlarında 5 mindən çox idmançı iştirak edirdi və onların bir çoxu qeyd edirdi ki, bu Oyunlar Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilir. Yəni, bütün bu şəraiti biz yaratmışıq ki, həm idmançılar dövlətimizin şöhrətini həmişə yüksəkliklərdə saxlasınlar, həm də idman kütləvi xarakter alsın. Gənclər və idman naziri qarşısında, yeni rəhbərlik qarşısında qoyduğum vəzifələrdən biri də məhz budur – idmanın kütləviliyini təmin etmək və bütün bölgələrdə mövcud infrastrukturdan istifadə etmək. Çünki bizdə hər bir bölgədə müasir olimpiya idman kompleksləri vardır, 50-yə yaxın belə bir kompleks artıq inşa edilib və onlardan səmərəli şəkildə istifadə etməliyik. Seleksiya işi çox düzgün aparılmalıdır. Bölgələrdə bir çox yerlərdə istedadlı uşaqlar var, sadəcə olaraq, onları düzgün seçmək və idmana, idman bölmələrinə cəlb etmək lazımdır.” “Mən bunu xüsusilə qeyd etmək istəyirəm. Çünki indi dünyada bir çox yerlərdə müharibələr gedib, gedir və əfsuslar olsun ki, gedəcək. Bu gedən müharibələrə diqqət yetirsək hesab edirəm ki, həm Azərbaycan xalqı, həm bütün dünya ictimaiyyəti bir daha Azərbaycan xalqının böyüklüyünü və Azərbaycan rəhbərliyinin məsuliyyətini görür. Əlbəttə ki, idmançılarımız üçün bu, əlavə bir stimuldur. Çünki biz ləyaqətli xalqı və böyük hörmətə layiq olan ölkəni təmsil edirik. Siz idmançılar bundan sonra, sizdən sonra gələn nəsillər həmişə müzəffər ölkəni təmsil edəcəksiniz. Çünki bizim Qələbəmiz əbədidir, biz Qarabağı düşməndən azad edən xalqıq və o torpaqlarda həyat yaradan, həyat quran xalqıq.”
Bəli biz qalib xalqıq. Bizim üşrəngli müqəddəs Bayrağımız daim uza zirvələrdə dalğalanır və dalğalanacaqdır.
Əntiqə Tağıyeva – Masallı rayon Hişkədərə kənd sakini

Daha çox xəbərlər