Skip to content
Aran Tv

İnternet Televiziya

Aran Tv

İnternet Televiziya

  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Gündəm
  • Şou biznes
  • ƏLAQƏ
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Region Xəbərləri
  • Hava
    • Cəbhədən Xəbər
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
  • Cəmiyyət
  • Siyasət
  • Gündəm
  • Sosial
  • Hadisə
  • Dünya
  • Cəbhədən Xəbər
  • Region Xəbərləri
  • Hava
  • Maraqlı
Close

Search

  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
Abunə ol!
Siyasət

Kremlin son diplomatik həmlələri – İrəvan yenə Bakı ilə təkbətək qala bilər

By Vüsal Rafiqoğlu
14.05.2022 4 Min Read

Ermənistanın davranışları yeni müharibə riskini azaltmaq əvəzinə artırır; sabiq XİN başçısı: “Ermənistan indi Rusiya üçün 15-ci, 20-ci mövzudur…”

Başı ciddi şəkildə və uzun müddətə Ukraynaya qarışan Rusiya Güney Qafqaza yönəlik diplomatik fəallığını artırıb. Bu fəallığın bölgəmizin faydasına olub-olmayacağını yəqin ki, az sonra biləcəyik. Söhbət ən əvvəl Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına, sərhədlərin dəqiqləşməsi prosesinə Moskvanın nə dərəcədə töhfə vermək istəməsindən gedir.

Xəbər verildiyi kimi, srağagün Rusiya baş nazirinin müavini, Ermənistan və Azərbaycan nümayəndələrinin də daxil olduğu və regionda kommunikasiyaların açılması üzrə üçtərəfli İşçi Qrupunun Rusiyadan olan həmsədri Aleksey Overçukun başçılıq elədiyi nümayəndə heyəti Ermənistana səfər edib. Nümayəndə heyətinin tərkibinə xarici işlər nazirinin müavini Andrey Rudenko da daxildir. Qonaqları baş nazir Nikol Paşinyan qəbul edib.

Xatırladaq ki, az öncə Overçuk Bakıda olmuş, Prezident İlham Əliyev tərəfindən qəbul edilmişdi. Bununla belə, bölgədə kommunikasiyaların açılması hələ də yubanır. Halbuki bu barədə 10 noyabr 2020 və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatlarında konkret bəndlər var. Başqa sözlə, Rusiya səmimi şəkildə regionda nəqliyyat-kommunikasiya xətlərinin açılmasında maraqlıdırsa, nəticə çoxdan ortada olmalı idi.

Srağagün həmçinin Düşənbədə Azərbaycan və Rusiya XİN rəhbərləri – Ceyhun Bayramov və Sergey Lavrov arasında ikitərəfli, ardınca isə Ermənistan XİN başçısı Ararat Mirzəyanın iştirakı ilə üçlü görüş keçirilib. Eyni gündə məlumat yayılıb ki, mayın 16-17-də Moskvada sərhədlərin delimitasiyası ilə bağlı Azərbaycan və Ermənistan komissiyaları arasında ilk görüş olacaq.

*****

Bayden “fəlakət silahı”nı işə saldı: Kreml “Putinsiz Rusiya” və ya  “Rusiyasız dünya” arasında seçim edəcək

Avropanın, Brüsselin ardınca Kremlin diplomatik fəallığı öz yerində, fakt odur ki, İrəvan hələ ki, nə Azərbaycanla sülh müqaviləsinin əsasında duracaq 5 məlum prinsiplə bağlı birmənalı razılıq bildirib, nə də sərhədlərin dəqiqləşməsi üzrə Bakının haqqında bəyan elədiyi xəritələrə müsbət yanaşır. Bu da o anlama gəlir ki, Ermənistan əslində sülh haqqında bəyanatlarla sadəcə, vaxt uzatmaqla məşğuldur. Paşinyanın təzəcə başa çatan Hollandiya səfəri buna şübhə saxlamadı.

Görünür, İrəvan nə vaxtsa onun üçün daha məqbul şərtlər formalaşacağına ümid edir. Bu isə gözlənilmir. Əksinə, zaman İrəvanın ziyanına işləyir. O mənada ki, blokada davam elədikcə onun iqtisadi-maliyyə durumu daha da ağırlaşmaqdadır. Demək, masa arxasında güclü mövqedən çıxış eləmək üçün güclü orduya malik olmaq da xəyal olaraq qalacaq. Üstəlik, Ukrayna böhranına girmiş Rusiyanın əvvəlki illərdəki kimi Ermənistana ucuz silahlar vermək, ordu quruculuğunda ona köməklik göstərmək imkanları yoxdur.

Sülh prosesinin ləngiməsi isə Ermənistanı labüd olaraq Azərbaycanla yeni hərbi toqquşamaya aparır. Bu toqquşmadan kapitulyant ölkənin hansı zərbə ala biləcəyi gərək ki, hamıya aydındır. Əksər analitiklərə görə, o zaman rəsmi İrəvanın qabağına Bakı ilə sülh müqaviləsi imzalamaq üçün indikindən qat-qat ağır şərtlər qoyula bilər. Unutmayaq, Bakı bir neçə dəfə açıq bəyan edib ki, onun sülh təklifi sonsuzadək masa üzərində qalmayacaq və əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımayacaqsa, biz də onun ərazi bütövlüyünü tanımayacağıq.

Odur ki, top çoxdan İrəvanın meydanındadır. Vaxt isə çox deyil. Bu yandan da Ermənistanda radikal-revanşist qüvvələrin hökumət əleyhinə davam edən, Türkə nifrətin “fontan vurduğu” aksiyalar İrəvanın yeganə düzgün yolla bağlı seçiminə əlavə əngəl yaratmaqdadır. Ancaq bu artıq bizim – Azərbaycanın problemi deyil. Erməni xalqının, onun seçdiyi hakimiyyətin, erməni siyasi elitasının problemidir…

*****

“Zənnimcə, çox təhlükəli proseslər gedir və onların bir neçə məqsədi var, ən təhlükəlisi isə Azərbaycan və Türkiyəni Ermənistana qarşı hərbi əməliyyatlara başlamasına birbaşa təhrik etməkdir”.

Bunu Ermənistanın keçmiş deputatı Arman Babacanyan danışıb.

Rusiya strateji tərəfdaşını dəstəkləmir” - Arman Babacanyan

Arman Babacanyan

“Dözümsüzlüyün ritorikası, türklərə qarşı nifrət Ermənistan ərazisinə xəbərdarlıq zərbəsi endirmək üçün əsas yarada bilər. Beləliklə beynəlxalq ictimaiyyət də Şuşa, Hadrut və digər əraziləri qaytarmaq niyyətində olduqlarını bəyan edən revanşistlərin Ermənistanda hakimiyyəti ələ almağa çalışdıqlarını görəcək”, – deyə o qeyd edib.

Babacanyanın sözlərinə görə, ermənilərin Haaqada nəzərdən keçirilən iddiası artıq ləğv edilib. “Siz başa düşürsünüz ki, Haaqada nəzərdən keçirilən nifrət və dözümsüzlükdən bəhs edən iddiamız İrəvanın mərkəzində ”türk” sözündən mənfi məzmunda istifadə edilməsi ritorikası ilə aradan qaldırılıb! Rəqiblərimiz bundan çox gözəl yararlanacaqlar”, –  Babacanyan həyəcanla əlavə edib.

*****

“Belə getsə, Ermənistan Azərbaycan və Türkiyə ilə üz-üzə qalacaq”.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov: “...Rusiya Azərbaycanın cavab  zərbəsinə daha mülayim yanaşa bilər" - BBC News Azərbaycanca

Tofiq Zülfüqarov

Bu sözləri isə Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf.com-a müsahibəsində deyib.

Onun fikrincə, biz Ermənistandakı aksiyalara elə də fikir verməməliyik: “Bu, onların daxili işidir. Çünki onlar danışıqları bizə yaxşılıq etmək üçün aparmırlar. Yaxşı başa düşürlər ki, əgər danışıq getməsə, Azərbaycan güc tətbiq edib məsələləri həll edəcək. Ona görə də danışıqlar ilk növbədə ermənilərin özlərinə lazımdır. Biz görürük ki, Ermənistan tərəfi hələ də Qarabağa aid hansısa ziddiyyətli fikirlər səsləndirir. De-fakto bu onu göstərir ki, ermənilər Azərbaycan ərazisinə olan iddialarından əl çəkmək istəmirlər. Belə olan halda Zəngəzur mövzusu gündəmə gələcək və məsələ bu və ya digər şəkildə öz həllini tapacaq”.

Politoloqa görə, imzalanacaq sülh müqaviləsinin Qarabağa heç bir aidiyyəti ola bilməz: “Ona görə ki, Qarabağ məsələsi həll olunub. Onun statusu, Azərbaycana aidiyyəti də həll edilib. Azərbaycan Ermənistanla bu mövzunu müzakirə etmək niyyətində deyil. Onlar dünyada gedən prosesləri görürlər. Rusiyanın zəifləməsi və bu ölkənin onların işğalçı siyasətində rolunu yaxşı başa düşürlər. Rusiyanın zəifləməsi onu göstərir ki, bu səhnədən onun çəkilməsi ehtimalı reallaşa bilər. Yəni, real mənzərə hər kəsə bəllidir. Çünki sabahkı situasiyada Ermənistan Azərbaycan və Türkiyə ilə üzbəüz dayanacaq. Bu vəziyyətdə olan Ermənistan Azərbaycana qarşı hansı formada ərazi iddialarından danışa bilər? Bunu görməlidirlər”.

Rusiyanın proseslərə müdaxilə imkanlarına gəlincə, politoloq deyib: “Rusiya üçün gedən prosesləri hər kəs görür. İqtisadi, siyasi, hərbi böhran Rusiya üçün çətin vəziyyət yaradır. Eyni zamanda, Qərb Rusiyaya qarşı təzyiqlərdə israrlıdır. Rusiya bundan sonra öz problemləri ilə məşğul olacaq. Ermənistan indiki mərhələdə Rusiya üçün 15-ci, 20-ci mövzudur. Reallıq belədir. Bu reallıqdan da biz maksimum istifadə etməliyik. Hesab edirəm ki, istifadə də edirik”.

Odur ki, İrəvan nə qədər tez, ora-bura “boylanmadan” yeganə doğru seçimini eləsə, bir o qədər Ermənistanın xilası asanlaşar…

Author

Vüsal Rafiqoğlu

Follow Me
Other Articles
Previous

Qarabağda saxta “rus icması”: Azərbaycan Rus İcması sükutu pozacaqmı?

Next

Alman kanslerdən qorxunc proqnoz – Qarabağda minaların təmizlənməsi 100 il çəkə bilər?

Xəbər lenti

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Son Yazılar

  • İlham Əliyev: Bütün Azərbaycan xalqı üçün bayramdır 11.07.2026
  • Prezidentin sosial şəbəkə hesablarında Quzeyxırman və Güneyxırman kəndlərində sakinlərlə görüşlə bağlı paylaşım olunub 11.07.2026
  • Prezidentin sosial media hesabında Şuşanın Kiçik Qaladərəsi kəndindən videoçarx paylaşılıb 11.07.2026
  • Növbəti 3 günlə bağlı XƏBƏRDARLIQ 11.07.2026
  • Şuşada beynəlxalq tədbir – Hansı məsələlər müzakirə olunur?VİDEO 11.07.2026
  • İlham Əliyev “Xankəndi” hotelinin açılışında – FOTOLAR 11.07.2026
  • Prezident onlara qonaq getdi – FOTOLAR 11.07.2026
  • İlham Əliyev Monqolustan Prezidentini təbrik edib 11.07.2026
  • Zakir Həsənov Ərdoğanla məzuniyyət tədbirində- FOTOLAR 11.07.2026
  • Rayonlarda intensiv yağış yağacaq, bəzi çaylardan sel keçəcək – XƏBƏRDARLIQ 10.07.2026
  • “Kəndimizdə daş karxanasının açılmasına imkan verilməsin” – Abdal-Gülablı sakinləri kömək istəyir 10.07.2026
  • “Bu toxum ehtiyatı ümumi istehsalın 1 faizinə də çatmır” 10.07.2026
  • Azərbaycanda torpaqlar birləşdiriləcək 10.07.2026
  • Şənbə günü Azərbaycanda 38 dərəcə isti olacaq 10.07.2026
  • Birbaşa reyslər açılır – Bu ölkədən Azərbaycana axın olacaq 10.07.2026
  • 70 manat rüsum ödəyəcəklər 10.07.2026
  • İsmayıllıda maşın ayını vurdu – VİDEO 10.07.2026
  • Şahdağda möhtəşəm mənzərə: Yay və qış bir arada 10.07.2026
  • Kəlbəcərdə işləmək istəyənlərin NƏZƏRİNƏ 10.07.2026
  • Balıqçılıq məhsullarının yeni satış qaydası 10.07.2026
  • İlham Əliyev “İcra haqqında” qanunimzaladı 10.07.2026
  • Toxumçuluq haqqında qanunvericilik təkmilləşdirilir 10.07.2026
  • Prezident fərman imzaladı 10.07.2026
  • Azərbaycanda 4 günlük iş həftəsi başlayır? 10.07.2026
  • Milli Məclis bu məsələləri müzakirəyə başladı 10.07.2026

Copyright 2026 — Aran Tv. All rights reserved. Aran Tv