BDU-nun yeni rektoru universitetə qutu qoydurdu – Açarı ancaq özündə olur – FOTO
BDU-nun yeni rektoru Elçin Babayev bütün günü rektor koridorda, tələbələrin arasında gəzir, onları dinləyir.
ARANTV.AZ open.az-a istinadən xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.
Onun sözlərinə görə, BDU -nun saytında rektorla əlaqə bölməsi yaradılıb: “Hətta universitetin koridorunda açarı ancaq rektorda olan şikayət, təklif üçün qutu da qoyulub”.


