261-nömrəli məktəb-liseydə Ümummilli Liderimiz Heydər Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş tədbir keçirildi.FOTO-VİDEO
“ Əmək insanı ucaldır! ”, ona şöhrət gətirir.Əmək insanın dünyaya bağlılığının ilk faktorudur. Həmçinin ,əmək prosesində xüsusi münasibətlər yaranır. Bəzən insanı belə bir sual düşündürür: – Hansı peşənin dalınca getməli ? -Insan özünə elə bir peşə, elə sənət seçməlidir ki, həm özünün sevdiyi peşə olsun və həm də xalqına ,cəmiyyətinə xeyir verə bilsin.
Heydər Əliyev
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” sənədi xüsusi əhəmiyyətə malik tarixi bir sənəddir. İctimaiyyət tərəfindən rəğbətlə qarşılanan bu sənəddə ümumtəhsil məktəblərimizdə istedad və qabiliyyəti ilə seçilən şagirdlərin səmərəli təhsil almaları üçün fərdi təhsil və inkişaf proqramlarının müəyyənləşdirilməsi, onların fərdi plan əsasında tədris prosesi və kurikulumdan kənar məşğuliyyətinin təşkili mexanizmlərinin hazırlanması, şəxsiyyət kimi formalaşmalarına, düzgün peşə seçmələrinə şərait yaradılması nəzərdə tutulmuşdur.
Bakının Xətai rayonunda yerləşən 261 № li məktəb –liseydə Ümummilli lider Heydər Əliyevin 96-cı ildönümü münasibətilə texnologiya fənn gecəsi keçirilmişdir. Məktəbin qabaqcıl texnologiya müəllimi Zeynəb Ağayeva ən yüksək səviyyədə şagirdlərin əl işlərindən ibarət sərgi və tədbir təşkil etmişdir. Əl işlərinin içərisində Ümummilli lider Heydər Əliyevin rəsmləri muncuqlarla, güllərlə və müxtəlif növ dekorasiya nümunələri ilə bəzədilmişdir. Ağac üzərində Heydər Əliyevin nəslinin şəcərəsi xüsusi ilə diqqəti cəlb edirdi.
Tədbirin rəsmi hissəsində Zeynəb müəllimənin xüs usi əməyi və peşəkarlığı nəticəsində məktəbin şagirdləri bilik və bacarıqlarını böyük sevinclə həyata keçirdilər. Xüsusilə 5C, 7E sinif şagirdlərinin nümayiş etdirdikləri səhnəciklər, mahnılar, rəqslər böyük maraqla qarşılandı. Eyni zamanda 7E sinif şagirdləri arasında süfrə mədəniyyətinin necə hazırlanması yarışı keçirildi. 8E sinif şagirdlərinin təşkil etdikləri çay süfrəsi də böyük maraqla qarşılandı.
Qızıl əllər və əməksevər qrupu arasında keçirilən bu yarışda hər iki komandaya münsüflər heyyəti tərəfindən yüksək bal verildi.
Aran–Televizisiyası Zeynəb müəlliməyə gələcək işlərində yeni-yeni nailiyyətlər arzu edir və məktəbin direktoru Abuzər müəllimə yaratdığı şəraitə görə öz minnətdarlığını bildirir.












