Təhsil 

Qaxlı şagird ölkə üzrə iki şagirddən biri oldu – FOTO

11-ci sinif şagirdləri üçün 2019-cu il aprelin 21-də keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən, Qax rayon 2 saylı tam orta məktəb-liseyin 11-ci sinif şagirdi Murad Şərifzadə maksimum nəticə göstərərək 300 bal toplayıb.

ARANTV.AZ xəbər verir ki,bütün sualları doğru cavablandıraraq ölkə üzrə iki şagirddən biri olan Murad Şərifzadə Qax rayon təhsilində də  ilkə imza atıb.

Bu günə qədər imtahanlarda rayon üzrə maksimum nəticəyə yaxınlaşan şagirdlər olsa da, bütün sualları doğru cavablandıraraq yüksək nəticə göstərən Murad bu uğurunu müəllimlərinə borclu olduğunu söyləyib.

Daha çox xəbərlər