ARANTV.AZ xəbər verir ki, Tovuzun Aran zonalarında kartof sahələrindən toplanan məhsula fitosanitar baxış keçirilib. Məhsulun kartof güvəsi ilə sirayətləndiyi müşahidə olunub. Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri 1200 ton ərzaqlıq və toxumluq kartof məhsulunu zərərvericilərdən mühafizə etmək və daha geniş ərazilərə yayılmasının qarşısını almaq məqsədilə mübarizə tədbirləri həyata keçirirlər. Fermerlər daha çox bioloji mübarizə üsullarına üstünlük verir. Kimyəvi mübarizə tədbirləri zamanı isə təhlükəsizlik qaydalarına düzgün əməl olunması xüsusi diqqətdə saxlanılır.
Tovuzda kartof güvəsinə qarşı bioloji mübarizə aparılır
