Cəmiyyət 

MTK çıxarış üçün vətəndaşdan pul tələb edə bilərmi? – Qanun deyir ki…

Son illərdə yeni tikililərdə mənzil alan vətəndaşların qarşılaşdığı əsas problemlərdən biri də çıxarışın (kupçanın) alınması zamanı əlavə ödəniş tələbləridir. Bəzi MTK-ların bu prosesi müxtəlif bəhanələrlə uzatması və ya əlavə vəsait istəməsi cəmiyyətdə narazılıq yaradır. Bəs görəsən, MTK-ların çıxarış üçün ev sahiblərindən pul tələb etməsi qanunidirmi? Mövzu ilə bağlı Konkret.az-a açıqlama verən əmlak eksperti Elnur Azadov bildirib ki, bu kimi hallarda əsas meyar tərəflər arasında bağlanan müqavilədir. Onun sözlərinə görə, çıxarışla bağlı hər hansı ödənişin tələb olunub-olunmaması məhz müqavilədə göstərilən şərtlərdən asılıdır: “İlk növbədə müqavilə şərtlərinə baxılmalıdır. Çıxarışla bağlı ayrıca müddəa…

Read More
Cəmiyyət 

Xudayar son nəfəsində bu sözləri YAZIB – “Bu da…”

Vətən müharibəsində həlak olan Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin şəhid olduğu yerdən videogörüntülər yayılıb. Əraziyə baş çəkən insanlar maraqlı bir məqamı açıqlayıblar. Belə ki, onların dediklərinə görə, şəhidimiz vurulduqdan sonra həmin əraziyə “bu da belə” sözünü yazıb. Həmin söz indi Zəngilan rayonunda Xudayar Yusifzadənin şəhid olduğu yerə həkk olunub. O, oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra “Vətən uğrunda” medalı, “Azərbaycan Bayrağı” ordeni, “Zəngilanın azad olunmasına görə” medalı və “Cəbrayılın azad olunmasına…

Read More
Cəmiyyət 

Hər gün yaz göyərtisi yeyin

Yaz fəslində təbiətin oyanması ilə birlikdə müxtəlif təzə göyərtilər də süfrəmizə daxil olur. Bu göyərtilər yalnız dad baxımından deyil, həm də sağlamlıq üçün olduqca faydalıdır. Yaz göyərtiləri vitamin, mineral və bioloji aktiv maddələrlə zəngin olduğu üçün orqanizmin möhkəmlənməsində mühüm rol oynayır. Keşniş, şüyüd, cəfəri, ispanaq və turşəng yüksək miqdarda C vitamini ilə zəngindir. C vitamini immun sistemini gücləndirir, orqanizmi infeksiyalara qarşı daha davamlı edir və yaz aylarında tez-tez rast gəlinən yorğunluq hissini azaldır. Bundan əlavə, bu göyərtilərdə A və K vitaminləri də mövcuddur ki, onlar görmə qabiliyyətini yaxşılaşdırır və qan…

Read More
Cəmiyyət 

Həmin məhsul ölkədə dəyərindən dəfələrlə baha satılır

“Rəsmi məlumata görə, bu ilin yanvar ayında Azərbaycana xaricdən 652 min ABŞ dolları dəyərində 480 min ədəd qızılgül gətirilib. Bir ədəd qızıl gülün ölkəyə çatdırılmasının orta qiyməti 2 manat 20 qəpik olub”. Bunu iqtisadçı Natiq Cəfərli bildirib. Onun sözlərinə görə, yanvar ayında ən çox qızıl gül Ekvadordan gəlib: “Bu ölkədən 525 min ABŞ dolları dəyərində 366 min ədəd qızıl gül almışıq (ortalama qiyməti 2 manat 40 qəpik olub). İkinci yerdə Keniyadır. bu ölkədən 56 min ABŞ dolları dəyərində 45 min ədəd qəzıl gül gətirilib (ortalama qiyməti 1 manat 70 qəpik…

Read More
Gündəm 

Azərbaycan Rusiyadan noxud tədarükünü kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycan 150,2 min ABŞ dolları dəyərində 314,1 ton qurudulmuş noxud idxal edib. “İki sahil”in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 2 dəfə, kəmiyyət olaraq – 12 dəfə çoxdur. Hesabat dövründə Azərbaycan Rusiyadan 113 min ABŞ dolları (1 il əvvəlki göstəricidən 23 dəfə çox) dəyərində 291 ton (+58 dəfə), Meksikadan 26 min ABŞ dolları dəyərində 16 ton (1 il əvvəl tədarük olmayıb), Hindistandan 8,3 min ABŞ dolları dəyərində 5 ton (1 il əvvəl tədarük olmayıb), Kanadadan 2,7 min ABŞ dolları dəyərində 2,5 ton (1 il əvvəl tədarük olmayıb), İrandan 1,7 min ABŞ dolları dəyərində 4,2 ton (1 il əvvəl tədarük olmayıb) noxud alıb. 2025-ci ildə Azərbaycana idxal edilmiş 2 min 327 ton…

Read More
Siyasət 

Bakı balansı qorumaq xəttinə sadiqdir – İrana DƏSTƏK, müharibədən kənar siyasət davam edir…

Xəbər verdiyimiz kimi, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə dünən İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilunu qəbul edib. Paşazadə səfirlə görüşdə bir daha xatırladıb ki, Prezident İlham Əliyev Azərbaycan ərazisindən qonşu ölkələrə, o cümlədən İrana qarşı istifadəyə icazə verilməyəcəyi və bu prinsipial mövqenin dəyişməz olaraq qaldığı barədə dəfələrlə bəyanat verib. Səfir Müctəba Dəmirçilu isə ölkəsinin bu ağır günlərində dost Azərbaycan dövlətinin və xalqının mənəvi dəstəyini, o cümlədən göstərilən humanitar yardımları yüksək qiymətləndirib. Səfir sülhə və sabitliyə yönələn qətiyyətli mövqeyinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təşəkkür edib. Politoloq Kənan…

Read More
Siyasət 

Pezeşkianın təşəkkürü, Əliyevin “qardaşım” müraciəti

Prezident İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkianın Azərbaycana təşəkkür etməsinə münasibət bildirib. İlham Əliyev sosial media hesabında qeyd edib: “İran İslam Respublikasının Prezidenti, qardaşım Prezident Məsud Pezeşkianın Azərbaycan xalqına və dövlətinə göstərilən dəstəyə görə təşəkkürünü ifadə etməsi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Dost və qardaş xalqlarımız əsrlər boyu bir-birinə dayaq olub və həm yaxşı, həm də çətin günlərdə daim bir-birimizin yanında olmağa davam edəcəyik”. Xatırladaq ki, Pezeşkian aprelin 3-də X sosial media hesabında etdiyi paylaşımda Azərbaycan hökumətinin və xalqının İrana göstərdiyi rəğbət və dəstəyi yüksək qiymətləndirdiyini vurğulayıb. Aprelin 2-də isə Azərbaycan Prezidenti…

Read More
Cəmiyyət 

Bu məhsullar sizi ÖLÜMƏ APARIR – ŞOK XƏBƏRDARLIQ

“Kolbasa, sosis və digər hisə verilmiş ət məhsulları gündəlik qidalanmada geniş istifadə olunsa da, onların tərkibi və insan sağlamlığına təsiri ciddi narahatlıq doğurur. Bu tip emal olunmuş ət məhsullarının tərkibində kanserogen – yəni xərçəng yaradan maddələrin olması elmi araşdırmalarla sübut olunmuş faktdır”. Bu sözləri Musavat.com-a açıqlamasında diyetoloq-həkim Ləman Süleymanova deyib. Mütəxəssis qeyd edib ki, bu maddələr orqanizmə mənfi təsir göstərir, uzunmüddətli istifadə zamanı isə sağlamlıq üçün ciddi risklər yaradır: “Təəssüf doğuran məqamlardan biri də odur ki, bazarda bu məhsullar bəzən “halal” adı altında satışa çıxarılır. İnsanların dini inanclarından istifadə edilərək məhsullara etibar qazandırılır,…

Read More
Cəmiyyət 

Yeni qadağa ilə bağlı vacib suallar – Detallar açıqlandı

Aprelin 1-də Azərbaycanda elektron siqaretlərlə bağlı qadağa qüvvəyə minib. Qadağanı pozanları müxtəlif məbləğlərdə cərimə gözləyir. Amma məsələ yalnız cərimə ilə bitmir. Hazırda ən çox müzakirə olunan sual bu qadağanın praktikada necə tətbiq ediləcəyidir. Küçədə və ictimai yerlərdə protokolu kim yazacaq, vətəndaş necə müəyyən ediləcək, ilk mərhələdə xəbərdarlıq olacaqmı? Məsələ ilə bağlı “Yeni Sabah”a danışan hüquqşünas Ramil Süleymalı bildirib ki, dəyişiklik yalnız istifadə ilə məhdudlaşmır: “İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 212-1-ci maddə aprelin 1-də qüvvəyə minib. Həmin maddəyə əsasən, ictimai yerlərdə elektron siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar. Maddənin…

Read More
Region Xəbərləri Təhsil 

“Aprel döyüşləri”nə həsr olunmuş anım tədbiri keçirildi.

Bərdə şəhəri Akademik Zərifə Əliyeva adına texniki fənlər təmayüllü liseyin “Aprel döyüşləri”nin 10-cu ildönümü ilə əlaqədar tədbirlər planına uyğun olaraq 04.04.2026-cı il tarixində “Aprel döyüşləri”nə həsr olunmuş anım tədbiri keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Ardınca Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirdə liseyin direktoru Teymur Mustafayev çıxış edərək Aprel döyüşlərinin əhəmiyyətindən, Azərbaycan Ordusunun şücaətindən və qazandığı uğurlardan bəhs etdi. Daha sonra şagirdlər vətənpərvərlik ruhunda çıxışlar edərək şeirlər səsləndirdilər. Sonda Aprel döyüşlərinə həsr olunmuş”Aprel şəkilləri” sənədli film izlənildi.

Read More