Gündəm 

Yaz sessiyası bitdi

Milli Məclisin yaz sessiyası başa çatıb. Musavat.com bildirir ki, sessiyanın sonuncu iclası 13 məsələnin müzakirəsi ilə yekunlaşıb. Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilən iclas Dövlət Himninin səsləndirilməsi ilə başa çatıb. Qeyd edək ki, Milli Məclisin yaz sessiyasının 15 plenar iclası keçirilib, 57 qanun qəbul olunub. Yaz sessiyası başa çatsa da, deputatların müraciəti ilə parlamentin növbədənkənar sessiyası keçiriləcək.

Read More
Təhsil 

Azərbaycanda bu müəllimlərə maaşdan əlavə pul verildi

Azərbaycanın bir sıra ali məktəblərində işləyən müəllimlərə Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar maaşdan əlavə pul verilib. Maddi yardımın məbləği 50 manatdan 250 manatadək dəyişir. Bayram günlərində əməkdaşlarını sevindirən universitetlərin siyahısı aşağıdakı kimidir: Qarabağ Universiteti – 250 manat Bakı Dövlət Universiteti – 250 manat Azərbaycan Dövlət Neft və Sənaye Universiteti – 200 manat Mingəçevir Dövlət Universiteti – 200 manat Lənkəran Dövlət Universiteti – 200 manat Bakı Mühəndislik Universiteti – 200 manat Sumqayıt Dövlət Universiteti – 150 manat Azərbaycan Dövlət İqtisad Universiteti -150 manat Azərbaycan Dillər Universiteti – 70 manat…

Read More
Cəmiyyət 

Sumqayıtda dolu yağır – VİDEO

Hazırda Sumqayıt şəhərində xırda dənəli dolu qeydə alınır. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 15:20 məlumatında qeyd olunub. Bildirilib ki, Bakıda və Abşeron yarımadasının bəzi ərazilərində prosesin qısamüddətdə yayılması ehtimalı var.

Read More
Siyasət 

Parlamentin yaz sessiyasının son iclası başladı

Milli Məclisin yaz sessiyasının sonuncu plenar iclası öz işinə başlayıb. Musavat.com-un məlumatına görə, spiker Sahibə Qafarova giriş nitqində WUF13 haqqında danışıb və sessiyanın yüksək səviyyədə keçirildiyini bildirib. Daha sonra spiker parlament nümayəndə heyətinin xarici ölkələrə səfərlərindən, iştirak etdiyi tədbirlərdən, keçirdiyi görüşlərdən bəhs edib. Qeyd edək ki, plenar iclasın gündəliyinə 13 məsələ daxildir. E.Paşasoy, Musavat.com

Read More
Siyasət 

İlham Əliyev Kavelaşvilini təbrik etdi

Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Mixeil Kavelaşviliyə təbrik məktubu ünvanlayıb. Musavat.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli cənab Prezident, Gürcüstanın milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və dost Gürcüstan xalqını öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm. Azərbaycan-Gürcüstan dostluq əlaqələrinin bugünkü yüksək səviyyəsi qonşu xalqlarımızın əsrlər boyu bir-birinə bəslədiyi dərin rəğbət, hörmət və etimaddan güc alır. Hazırda dövlətlərarası münasibətlərimizin dinamik və hərtərəfli inkişafı məmnunluq doğurur. Keçən ay dost ölkənizə həyata keçirdiyim dövlət səfərinin nəticələrini, səfər zamanı göstərdiyiniz qonaqpərvərliyi və əsl dost münasibətini yüksək qiymətləndirir, qarşılıqlı anlaşma və…

Read More
Dünya 

İranın raket sənayesi ilə bağlı ŞOK MƏLUMAT

İran ABŞ və İsrailin zərbələrindən sonra ballistik raketlərin və digər mühüm silah sistemlərinin istehsalını yenidən bərpa edib. Musavat.com xəbər verir ki, bu barədə İsrail və ABŞ kəşfiyyatının məlumatlarına istinadən “Mako.co.il” və CNN telekanalı məlumat yayıb. İranın hərbi sənayesinin tamamilə məhv edilməsinə dair daha əvvəl səsləndirilən bəyanatlara baxmayaraq, yeni qiymətləndirmələr Tehranın artıq bəzi silahların istehsalını bərpa etdiyini sübut edir. İsrailin yüksəkrütbəli rəsmisi təsdiqləyib ki, İran əlində qalan salamat komponentlərə əsaslanaraq, həmçinin təmir edilmiş və ya zərər görməmiş istehsal xətlərini işə salaraq “kritik əhəmiyyətli” sistemlərin məhdud istehsalına başlayıb. Söhbət yeni ballistik raketlərin, buraxılış qurğularının,…

Read More
Cəmiyyət 

Nazir əmr imzaladı – Bayram günləri ilə bağlı…

Fövqəladə Hallar Nazirliyi Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq. FHN-dən verilən məlumata görə, bu barədə fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. Əmrə əsasən, Qurban bayramı və 28 May – Müstəqillik Günü ilə əlaqədar qeyri-iş günlərində baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi, onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkil edilməsi, vətəndaşların həyat və fəaliyyətinin təhlükəsizliyinin daha etibarlı təmin olunması məqsədilə nazirliyin aidiyyəti struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib.

Read More
Gündəm 

Ət, çörək və digər məhsullarla bağlı əhaliyə ŞAD XƏBƏR

Azərbaycan Prezidenti kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədəki çıxışında aqrar sektorunun inkişafı ilə bağlı strateji hədəfləri elan etdi. Elə həmin gün, cənab Prezident tərəfindən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026−2030-cu illər üçün Dövlət Proqramı” təsdiq olundu. Dövlət Proqramının icrası hansı kənd təsərrüfatı məhsullarının qiymətlərinin azalmasına səbəb ola bilər? Musavat.com-un xəbərinə görə, Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, proqramda ölçüləbilən hədəf göstəricilərin elan edilməsi növbəti 5 ildə Azərbaycanda kənd təsərrüfatının inkişafı ilə bağlı aydın strateji yanaşmanı göstərir. Onun sözlərinə görə, kənd…

Read More
Cəmiyyət 

Qatarla ölkəyə gələn əcnəbilərə XƏBƏRDARLIQ

Dövlət Miqrasiya Xidməti (DMX) Bakı – Tbilisi – Bakı marşrutu üzrə Azərbaycana səfər edən əcnəbilərə müraciət edib. Musavat.com xəbər verir ki, bu barədə DMX məlumat yayıb. Bildirilib ki, Bakı – Tbilisi – Bakı marşrutu üzrə Azərbaycana səfər edən və səfər müddəti bitdikdən sonra ölkə ərazisini tərk edən əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinin tələbləri barədə məlumatlı olmaları zəruridir. Azərbaycan Respublikasının miqrasiya qanunvericiliyinə əsasən ölkə ərazisində 15 gündən artıq müvəqqəti olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Viza tələb olunmayan qaydada Azərbaycan Respublikasına…

Read More