Gündəm 

Qarabağa “Böyük Qayıdış”ın uğur ili – 2025…

Ötən il bu şəhər və kəndlərə köç karvanları yola salındı; “Prezident Azərbaycan xalqı üçün yeni uğur hekayələri yazmaqda davam edir” 2025-ci il Böyük Qayıdış proqramı çərçivəsində ən uğurlu illərdən biri kimi tarixə keçdi. Təsadüfi deyil ki, cari ildə azad olunan ərazilərin 29 yaşayış məntəqəsinə – 7 şəhər, 19 kənd və 3 qəsəbəyə vətəndaşların köçürülməsi təmin edilib. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib. Köçürülmə aparılan yaşayış məntəqələri Cəbrayıl, Şuşa, Xocalı, Laçın, Füzuli, Kəlbəcər və Ağdam şəhərləri; Cəbrayıl rayonunun Horovlu kəndi; Ağdam rayonunun Sarıcalı, Kəngərli və…

Read More
Cəmiyyət 

“Ölkəyə sağaldan yox, öldürən dərmanlar gətirilir” iddiası

Söhbət sistemli problemə çevrilməkdə olan təhlükəli tendensiyadan gedir Son vaxtlar Azərbaycanda dərmandan zəhərlənmə hallarının artması cəmiyyətdə ciddi narahatlıq doğurur. İnsanlar artıq aptekdən aldıqları dərmanın onları sağaldacağına yox, təhlükə yarada biləcəyinə dair ciddi şübhələr keçirir. Hadisələrin sayı və xarakteri göstərir ki, söhbət tək-tük faktlardan deyil, sistemli problemə çevrilməkdə olan təhlükəli tendensiyadan gedir. Bu narahatlığı bir daha gündəmə gətirən hadisə paytaxtın Yasamal rayonunda baş verib. 1960-cı il təvəllüdlü Asif Bəhmən oğlu Allahverdiyev yaşadığı mənzildə qəbul etdiyi dərmandan zəhərlənərək həyatını itirib. İlkin məlumatlara görə, ölümün səbəbi məhz qəbul edilən dərman preparatının orqanizmə mənfi…

Read More
Cəmiyyət 

Quru sərhədlər bu tarixdən AÇILA BİLƏR – AÇIQLAMA

Quru sərhədlərlə bağlı məsələ yenidən gündəmə gəlib. Sosial şəbəkədə gedən müzakirələrə qoşulanların bir qismi quru sərhədlərin açılmalı olduğunu deyir, digərləri isə təhlükəsizliklə bağlı düşünərək, tələsik qərar verilməməli olduğunu bildirirlər. Qeyd edək ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 aprel saat 06:00-dək uzadılıb. Nazirlər Kabineti bu barədə qərar verib. Musavat.com xəbər verir ki, modern.az-a açıqlamasında Milli Məclisin komitə sədri Tahir Rzayev bildirib ki, sərhədlərin açılması dövlət əhəmiyyətli məsələdir: “Sözsüz ki, hakimiyyət dairələri bu məsələ barədə çox ciddi düşünürlər. Və bu gün…

Read More
Hava 

Güclü küləklə bağlı XƏBƏRDARLIQ – Bu tarixədək DAVAM EDƏCƏK

Milli Hidrometeorologiya Xidməti dekabrın 31-i, yanvarın 1-2-də Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verib. Xidmətdən Musavat.com-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında, Salyan, Neftçala, Hacıqabul, Qobustan, Şəki, Oğuz, Qəbələ, Göyçay, Xızı, İsmayıllı, Kəlbəcər, Naftalan, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək. Şabran, Xaçmaz, Quba, Qusar, Siyəzən, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Samux, Balakən, Zaqatala, Qax, Kürdəmir, Yevlax, Bərdə, Tərtər, Sabirabad, Şirvan, Füzuli, Zəngilan, Laçın, Biləsuvar, Lerik, Yardımlı, Lənkəran, Masallı, Astara, Cəlilabad, Mingəçevir,…

Read More
Hadisə 

Lerikdə mikroavtobus dərəyə AŞDI – Yaralılar var

Lerikdə mikroavtobus dərəyə aşıb, yaralılar var. Hadisə rayon ərazisində qeydə alınıb. Belə ki, Lerik istiqamətində hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil idarəetmədən çıxıb və dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə 6 nəfər yaralı daxil olub. İlkin məlumata görə, onlar Lerik sakinləri olub, Bakıdan qayıdırlarmış. Xəsrət alanların kimliyi dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Cəmiyyət 

TƏCİLİ! Yol polisi sürücülərə xəbərdarlıq etdi

Baş Dövlət Yol Polisi İdarəsi (BDYP) küləkli hava şəraiti ilə bağlı sürücülərə çağırış edib. Bu barədə Musavat.com-a idarədən məlumat verilib. Bildirilib ki, bayram günlərində Dövlət Yol Polisi gücləndirilmiş formada xidmət aparır: “Hazırda güclü küləklə əlaqədar yollarda yarana biləcək çətinliklərin qarşısının alınması məqsədilə, respublika əhəmiyyətli avtomobil yollarında qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sürücüləri ilə izahedici söhbətlər aparılır, qəza ehtimalı yüksək olan təhlükəli yol sahələrinə fasiləsiz nəzarət həyata keçirilir”. Qeyd olunub ki, küləkli hava xüsusilə ikitəkərli, o cümlədən moped, motosiklet, skuter tipli nəqliyyat vasitələrinin idarə edilməsində ciddi cətinliklər yaradır. Küləyin təsirindən bu…

Read More
Hava 

Gələn ilin ilk gününə olan hava proqnozu açıqlanıb

Bakıda və Abşeron yarımadasında yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, gecəyə doğru bəzi yerlərdə çiskinli olacağı ehtimalı var. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu gecə 2-4, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 754 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80% təşkil edəcək. Azərbaycanın rayonlarında dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi bəzi…

Read More
Gündəm 

Yeni il və Həmrəylik gününüz mübarək!

Əziz həmvətənlər! 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn Yeni il münasibətilə hər birinizi səmimi-qəlbdən təbrik edirəm. Dünyanın harasında yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlını Vətən sevgisi, milli birlik və həmrəylik ruhu birləşdirir. Qoy bu əlamətdar günlər qəlblərimizə ümid, evlərimizə sevinc, ölkəmizə isə davamlı sülh və inkişaf gətirsin. Yeni il hər ailəyə firavanlıq, sağlamlıq, uğur və xoş xəbərlər bəxş etsin. Birliyimiz daim möhkəm, dövlətimiz qüdrətli, bayrağımız uca olsun! Hörmətlə, Bərdə rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədri Vüsal Bayramov

Read More