Gündəm 

Əli Əsədov qərar imzaladı

Bəzi məhsullarına idxal zamanı tətbiq edilən gömrük rüsumu və aksiz dərəcəsi güzəştinin müddəti artırılıb. Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Sənədə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və reaktiv mühərriklər üçün digər yanacağın idxal gömrük rüsumu və aksiz dərəcələrinə tətbiq edilən güzəştin müddəti bir il uzadılıb. Məlumat üçün bildirək ki, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və reaktiv mühərriklər üçün digər yanacağın idxalında 1 ton üçün 80 manat aksiz dərəcəsinə güzəşt tətbiq edilirdi. Güzəştin müddəti uzadılaraq 2026-cı il dekabrın 31-dək 1 ton üçün…

Read More
Cəmiyyət 

Yeni il günü Bakıya qar yağacaq? -PROQNOZ

31 dekabr-2 yanvar tarixlərində ölkə ərazisində gözlənilən hava şəraiti Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, sürəti 15-18 m/s təşkil edəcək, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti olacaq. Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək,15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti olacaq.…

Read More
Cəmiyyət 

Necə edək ki, kiberdələduzların qurbanına çevrilməyək?

Bəhruz Əliyev: Banklar heç vaxt OTP kodu tələb etmir Son dövrlərdə kiberdələduzluq hallarında ciddi artım müşahidə olunur. Xüsusilə mobil telefon istifadəçiləri hədəf alınır və müxtəlif üsullarla insanların şəxsi məlumatları ələ keçirilir. Dələduzlar texnologiyanın imkanlarından istifadə edərək daha gizli və təsirli metodlara üstünlük verirlər. Ən çox rast gəlinən üsullardan biri saxta QR kodlardır. İctimai yerlərdə, elan lövhələrində, kafe və mağazalarda yerləşdirilən bu kodlar istifadəçiləri şübhəli internet səhifələrinə yönləndirir. QR kodu skan edən şəxslər bilmədən telefonlarına zərərli proqramların yüklənməsinə və ya şəxsi məlumatlarının dılıduzlara ötürülməsinə şərait yaradırlar. Kiberdələduzlar, eyni zamanda, saxta SMS-lər…

Read More
Cəmiyyət 

Culfa yollar qardan təmizlənir

Dünən günün ikinci yarısından başlayaraq Culfa şəhəri və rayonun kəndlərinə yağan qarın insanların gündəlik həyatına mənfi təsir göstərməməsi üçün Culfa Rayon İcra Hakimiyyəti tərəfindən operativ tədbirlərə başlanılıb. “İki sahil” xəbər verir ki,  magistral və kəndlərarası yolların qardan təmizlənməsi məqsədi ilə gecə saatlarından etibarən “Naxçıvan Yol Tikinti İstismar” MMC-nin Culfa Sahəsi tərəfindən əraziyə xüsusi texnikalar cəlb olunub, nəqliyyatın hərəkətinin fasiləsiz təmin olunması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, şəhər ərazisində parklar, səkilər, piyada yolları qardan təmizlənir, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün müvafiq şərait yaradılır. Aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti nəticəsində qış hava şəraitinin…

Read More
Cəmiyyət 

Bu gün qısa iş günüdür

Bu gün Azərbaycanda qısaldılmış iş günüdür. Əmək Məcəlləsinin 108-ci maddəsinə əsasən, bayram günlərindən əvvəlki iş günlərinin müddəti bir saat qısaldılır. Qeyd edək ki, sabah – 31 dekabr ölkəmizdə Yeni il bayramı və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür. (Metbuat.az)

Read More
Cəmiyyət 

Qapalı məkanlarda maska taxın! – Əhaliyə müraciət

İctimai sağlamlığı qorumaq və infeksiyaların yayılmasının qarşısını almaq üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyi vətəndaşları qarşıdan gələn bayram və həftəsonları ərzində sanitariya-gigiyena qaydalarına xüsusi diqqət yetirməyə çağırır. Musavat.com xəbər verir ki, virusa qarşı həssaslığı yüksək olan şəxslərə ictimai tədbirlər zamanı və qapalı məkanlarda fərdi tənəffüs yollarının mühafizə vasitələrindən istifadə etmələri və əl gigiyenasına riayət etmələri tövsiyə olunur. Həmçinin gündəlik qida rasionuna vitaminlərlə zəngin qidaların daxil edilməsi tövsiyə olunur. Hər bir vətəndaş sağlamlığına qarşı xüsusilə həssas və məsuliyyətli olmalı, özünü və başqalarını potensial infeksiya risklərindən qorumalıdır. Sağlamlıq ortaq bir məsuliyyətdir.

Read More
Hava 

Bayram günlərinin hava proqnozu AÇIQLANDI

Azərbaycanda 31 dekabr-2 yanvar tarixlərində gözlənilən hava şəraiti açıqlanıb. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Belə ki, Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, sürəti 15-18 m/s təşkil edəcək, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti olacaq. Yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək, 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti olacaq.…

Read More
Cəmiyyət 

“O halda repetitorluğa lüzum qalmayacaq…” – Abbaszadədən mübahisəli təklif

Nazirliklə DİM arasında koordinasiyanın olmaması abituriyentləri çətinə salıb   Son illər ali məktəblərə qəbul prosesi ilə bağlı əsas narazılıqlardan biri qəbul imtahanlarında salınan suallarla məktəb dərsliklərində yer alan mövzular arasında açıq tərs mütənasibliyin olmasıdır. Abituriyentlər və valideynlər uzun müddətdir bildirirlər ki, məktəbdə tədris olunan biliklər imtahanlarda tələb olunan bilik və bacarıqlarla üst-üstə düşmür.  Bu vəziyyətin əsas səbəbi kimi isə Elm və Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi arasında yetərli koordinasiyanın olmaması göstərilir. İllərdir səsləndirilən fikirlərə görə, iki qurumun ortaq mövqeyə gələ bilməməsi nəticəsində ən çox əziyyət çəkən tərəf abituriyentlər olur. Təhsil…

Read More
Cəmiyyət 

Bayram günlərindən sonra qida rejiminin bərpası – SN-dən tövsiyələr

“Bayram bitəndə çox adamda ağırlıq və şişkinlik, eyni zamanda “Sabahdan etibarən pəhriz saxlayacağam” düşüncəsi olur. Burada ən doğru addım özünü ittiham eləmək yox, bədəni tədricən normal ritmə qaytarmaqdır”. Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb. Onun sözlərinə görə, sərt pəhrizlər, uzunmüddətli aclıqlar, qəfil idman marafonları heç nəyi düzəltmir, əksinə metabolizmanı daha da stresə salır: “İlk iki gün sadə və yüngül qidalanma kifayətdir: tərəvəz əsaslı yeməklər, sulu xörəklər, qaynadılmış və ya sobada bişmiş ət, bol su və bir qədər hərəkət. Məqsəd…

Read More