Bayram günlərindən sonra qida rejiminin bərpası – SN-dən tövsiyələr
“Bayram bitəndə çox adamda ağırlıq və şişkinlik, eyni zamanda “Sabahdan etibarən pəhriz saxlayacağam” düşüncəsi olur. Burada ən doğru addım özünü ittiham eləmək yox, bədəni tədricən normal ritmə qaytarmaqdır”. Musavat.com xəbər verir ki, bu fikirləri “Sağlam radio”nun (93 FM) “Sağlam səhər” verilişində Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov açıqlayıb. Onun sözlərinə görə, sərt pəhrizlər, uzunmüddətli aclıqlar, qəfil idman marafonları heç nəyi düzəltmir, əksinə metabolizmanı daha da stresə salır: “İlk iki gün sadə və yüngül qidalanma kifayətdir: tərəvəz əsaslı yeməklər, sulu xörəklər, qaynadılmış və ya sobada bişmiş ət, bol su və bir qədər hərəkət. Məqsəd…
Read More