Alça gül açdı, nənəli…
Vaxt vardı bu misralar cənub bölgəsində çayı yığımı zamanı qızların dilindən düşməzdi. İndi isə cənub mirvarisi Lənkəranda yaz-yay mövsümündə bar verən alça ağacın ikinci dəfə açdığı çiçəklər məhsula düşüb. Artıq alçalar yeməlidir. Bu nadir təbiət hadisəsi istər-istəməz adamın marağına səbəb olur. Təbiət gözəlliyinə daha bir ahəng qatan ağac Lənkəranın Şağlaser kəndində 79 yaşlı Pənci Ağayevin həyətyanı sahəsində bitir. On yaşlı ağac bu il ikinci dəfə məhsul verməsi ilə ev sahibini təbiətin yaratdığı möcüzəyə heyran qoyub. Marağımı görən Pənci kişi dedi:- Ağacın bol barına həmişə sevinmişəm. Amma onun qış fəslində…
Read More