Qar yağacaq, yollar buz bağlayacaq – PROQNOZ
Azərbaycanda dekabrın 26-da bəzi yerlərdə yağış və qar yağacağı gözlənilir. Publika.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimal var. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 3-5 dərəcə isti, gündüz 6-8 dərəcə isti olacaq. Atmosfer təzyiqi 769 mm civə sütununu 760 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80 % təşkil edəcək. Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar…
Read More