XİN: Azərbaycan Ermənistana kifayət qədər güzəştə gedib
Ermənistan tərəfindən işğala məruz qalmasına baxmayaraq, Azərbaycanın 25 ildən artıqdır danışıqları davam etdirməsi ən böyük güzəştdir. ARANTV.AZ xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu gün keçirdiyi mətbuat konfransında Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatına cavab olaraq deyib. Onun sözlərinə görə, ilk növbədə Ermənistanın Azərbaycana qarşı işğalı aradan qaldırılmalıdır: “Ermənistan münaqişənin həllində maraqlıdırsa, işğal…
