Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin mərkəzində insan amili dayanır. Humanizm prinsipi bu siyasətin əsas ideoloji sütunlarından biri kimi özünü sosial rifahın yüksəldilməsi, vətəndaşların hüquq və azadlıqlarının qorunması, eləcə də ədalətli və inklüziv cəmiyyətin formalaşdırılması istiqamətində atılan ardıcıl addımlarda aydın şəkildə göstərir. Dövlət başçısının təşəbbüsü ilə reallaşdırılan sosial islahatlar, aztəminatlı ailələrə, şəhid ailələrinə və qazilərə göstərilən hərtərəfli diqqət humanist yanaşmanın bariz nümunəsidir. Təhsil, səhiyyə və sosial müdafiə sahələrində həyata keçirilən proqramlar insanların həyat keyfiyyətinin yaxşılaşdırılmasına xidmət edir. Eyni zamanda, Prezident İlham Əliyevin multikulturalizm və tolerantlıq siyasəti humanizmin…
Read More