Gündəm 

Aqrar sektorda tempi qaldırmaq çağırışı – iqtisadçı deyir ki…

Qısamüddətli təşviqlər yox, sistemli islahatlar lazımdır Deputat Əli Məsimli Milli Məclisin iclasındakı çıxışı zamanı bir sıra vacib məsələlərə diqqət çəkib. O,  qeyri-neft sektorunun problemlərindən və perspektivlərdən bəhs edərək deyib ki, 2024-cü ildə ÜDM-in həcminin 68 faizini qeyri-neft  sektoru təşkil edirdisə, 2029-cu ildə bunun 80 faizi ötəcəyi gözlənilir: “Qeyri-neft sektoru üzrə qoyulan hədəfə nail olunması xeyli dərəcədə üç sahənin – aqrar sahə, emal sənayesi və turizm sahəsində mövcud potensialdan optimal əlaqələndirilmiş şəkildə istifadənin səmərəlilik dərəcəsindən asılı olacaq”. Deputat bildirib ki, inkişaf etmiş kənd təsərrüfatı iqtisadi sabitliyin başlıca şərtidir: “Ötən ildən başlayaraq…

Read More
Cəmiyyət 

Estetik əməliyyatlara aludəçiliyin ağır fəsadları – xanımlar oxusun

Həkimlər deyir ki, plastik əməliyyatların sayı məhdud deyil, amma hər müdaxilə sağlamlıq üçün riskdir Sosial mediada məşhur simalardan biri kimi tanınan iranlı bloger Anahita Naço 388 kosmetik əməliyyat keçirdiyini deyib.  “Yeni Müsavat” xarici mediaya istinadla xəbər verir ki, bununla da Naço Ginnesin Rekordlar Kitabına düşdüyünü və “dünyanın ən nazik beli”nə sahib olduğunu açıqlayıb. Naço bildirib ki, kosmetik prosedurlara sevgilisinin xahişi ilə başlayıb və hazırda hər ay üzünün künclərinə və yanaqlarına 50 kub santimetr gel vurulmasına məcbur qalır. Onun bu açıqlamaları Aydın Zəvvareinin “YouTube” kanalına verdiyi müsahibədən sonra regional mediada geniş…

Read More
Siyasət 

İlham Əliyev Əbu-Dabidə BƏƏ prezidenti ilə GÖRÜŞDÜ – Bir sıra tədbirlərdə iştirak etdi

Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə bu ölkədə səfərdədir. Musavat.com xəbər verir ki, dekabrın 17-də Əbu-Dabidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan ilə görüşü olub. Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Əbu-Dabidə keçirilən “Gələcəyin oyunları 2025” adlı illik qlobal idman turnirinin açılış mərasimində iştirak etdiyinə görə dövlət başçısına minnətdarlığını bildirib. Prezident İlham Əliyev də öz növbəsində dəvətə görə təşəkkür edib və bu tədbirin Birləşmiş Ərəb Əmirliklərində yüksək səviyyədə təşkil olunması münasibətilə təbriklərini…

Read More
Cəmiyyət 

Bu qış Bakıda sərt keçəcək? – XƏBƏRDARLIQ

Bu il payız fəslinin normadan xeyli isti keçməsi cəmiyyətdə qışın necə olacağı ilə bağlı müzakirələri artırıb. Adətən mövsümi tarazlığın pozulması sonrakı aylarda hava şəraitinin kəskin dəyişməsi ilə müşayiət olunur. Son günlərdə ara-sıra müşahidə olunan leysan yağışları, temperaturun qəfil enməsi və küləkli hava qış fəslinin sərt keçə biləcəyi ehtimallarını gücləndirir. Mütəxəssislər də iqlim dəyişikliklərinin təsirini istisna etməyərək qarşıdakı aylarda hava şəraitində gözlənilməz dəyişikliklərin ola biləcəyini bildirirlər. Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova Musavat.com-a mövzu ilə bağlı danışıb: “Dünya təcrübəsində qısa və ortamüddətli proqnozlarlardan fərqli olaraq uzunmüddətli proqnozlar ümumi, qlobal…

Read More
Gündəm 

Pensiya alanlara şad xəbər: Gələn ildən…

“Hazırda Azərbaycanda pensiya yaşının artırılması ilə bağlı hər hansı bir layihə müzakirə edilmir və bu istiqamətdə heç bir sənəd təqdim olunmayıb. Lakin ümumilikdə pensiya islahatlarının dərinləşdirilməsi və pensiya qanunvericiliyinin təkmilləşdirilməsi sosial müdafiə sahəsində əsas prioritetlərdən biri olaraq qalır”. Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov deyib. O bildirib ki, özəl pensiya fondlarının yaradılması, sığorta–pensiya münasibətlərinin tənzimlənməsi və sistemin dayanıqlılığının artırılması vacib istiqamətlər kimi müəyyən edilib: “Gözlənilir ki, yaxın illərdə bu sahədə konkret addımlar atılacaq. Bu, pensiya sisteminin daha effektiv şəkildə fəaliyyət göstərməsinə imkan verəcək. Pensiya sahəsində planlaşdırılan strategiyalar…

Read More
Gündəm 

Qulaqlığı çubuqla, ötürücü cihazı yapışqanla taxıblar…- “İmtahan əməliyyatı”

Dövlət İmtahan Mərkəzi (DİM) bu il keçirilən buraxılış və yaz qəbul imtahanlarındakı qayda pozuntuları ilə detalları açıqlayıb. Açıqlamada qeyd edilib ki, iş üzrə təqsirləndirilən şəxslər – Gündüz Abbasov və Kamran Əsədov qadağan olunmuş texniki cihazlar vasitəsilə Dövlət İmtahan Mərkəzi tərəfindən keçiriləcək imtahanlardan asanlıqla keçmələrinə kömək göstərilməsi üçün onlara müraciət etmiş müxtəlif şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaiti alıb aralarında bölüblər. “Onlar müxtəlif yerlərdə abituriyentlərlə görüşərək texniki cihazlardan istifadə olunma qaydasını izah ediblər. Qeyd edək ki, bu cihazların yerləşdirilməsi üçün altı qalın idman tipli ayaqqabılardan istifadə olunub. Onların alt hissəsi xüsusi alətlə…

Read More
Hadisə 

Azərbaycanda gəmi kapitanı və daha 2 nəfər həbs olundu

Azərbaycanda siqaret qaçaqmalçılığında ittiham edilən daha 3 nəfər həbs edilib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılan cinayət işi üzrə siqaret qaçaqmalçılığı ilə bağlı axtarışda olan şəxslər – gəmi kapitanı Elşən Əhmədov, matros Amid Sayılov və mexanik Elçin adlı şəxs hava limanında saxlanılıblar. Onların barəsində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslərin “RR Caspi” MMC-nin işçiləri olduğu bildirilir. İttihama görə, onlar qaçaqmalı Ələt qəsəbəsində yaradılmış yanalma körpüsünə gəmi ilə gətirib, orada 3 yük maşınına yükləyiblər. Gəminin də “RR Caspi” MMC-yə məxsus olduğu bildirilir. Onlara Cinayət Məcəlləsinin 206.3.2, 213-1.2.1 ve…

Read More
Cəmiyyət 

Növbəti köç karvanları Xıdırlı, Hadrut və Qırmızı Bazara çatdı

Doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb. Musavat.com xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 45 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Bu gün həmçinin yola salınan növbəti köç karvanı Xocavəndin Hadrut qəsəbəsinə çatıb. Köçdə 6 ailə (26 nəfər) olub. Bundan əlavə, Qırmızı bazar qəsəbəsinə yola salınan köç də ünvana çatıb. Bu gün 18 ailə olmaqla 90 nəfər doğma yurduna qayıdıb.

Read More
Siyasət 

Güclü hüquqi dövlət bağışlamağı da bacaran dövlətdir!

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən belə bir humanist təşəbbüsün irəli sürülməsi dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il öncəsi bir çox ailədə böyük sevinc hissi yaşadacaq. Güclü hüquqi dövlət cəzalandırmaqla yanaşı, bağışlamağı da bacaran dövlətdir. Bu yanaşma hüquqla humanizmin, qanunla mərhəmətin tarazlığını təmin edir. Biz görürük ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlət məhz bugün bu yanaşmanı əsas tutur. Ölkəmizdə ilk dəfə əfv və amnistiya institutları da məhz Ulu Öndər Heydər Əliyevin dövründə təsis edilmişdir və 7 amnistiya aktı tərtib edilmişdir. Qeyd etmək lazımdır ki, amnistiya cinayətin…

Read More
Cəmiyyət 

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – Həkimdən XƏBƏRDARLIQ

“Müraciət edənlər arasında pnevmoniyadan ağırlaşmalar çoxdur” Son günlər uşaqlar arasında naməlum mənşəli xəstəliklə bağlı narahatlıq artıb. Valideynlər övladlarında günlərlə davam edən yüksək hərarət və halsızlığın səbəbini müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bildirirlər. Bir sıra ölkələrdə yayılan H3N2 virusunun ölkəmizdə də yayılması ilə bağlı təşviş yaransa da, rəsmi qurumlar hələlik bu istiqamətdə hər hansı təsdiqlənmiş məlumat açıqlamayıblar. Bununla belə, əhali arasında xəstəliyin qeyri-adi gedişi ciddi narahatlıq doğurur. Paytaxt sakinlərinin sözlərinə görə, 39–40 dərəcəyədək yüksələn hərarət və güclü titrətmə müşahidə olunsa da, öskürək, boğaz ağrısı kimi klassik respirator simptomlar əksər hallarda olmur. Bu isə…

Read More