Hadisə 

Bakıda uşaq bağçasından meyit tapıldı

Bakıda uşaq bağçasından meyit tapılıb. Hadisə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən uşaq bağçasında qeydə alınıb. Burada gözətçi işləyən qəsəbə sakini 61 yaşlı Zülfi Mustafa oğlu Mustafayevin meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı araşdırma aparılır./Sfera.az

Read More
Sosial 

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

  Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının dekabrın 10-da ödənilməsi nəzərdə tutulub. Musavat.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Read More
Gündəm 

Daxili qoşunlarla bağlı yeni qanun gəlir – DETALLAR

Parlamentdə “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi müzakirə olunub. Musavat.com bildirir ki, layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib. Bildirib ki, təqdim edilən “Azərbaycan Respublikasının daxili qoşunları haqqında” Azərbaycan Respublikasının Qanununun layihəsi Milli Məclisin plenar iclasında birinci və ikinci oxunuşda müzakirə edilib: “Hörmətli həmkarlarım Qüdrət Həsənquliyev Siyavuş Novruzov, Zahid Oruc, Bəhruz Məhərrəmov, Əli Hüseynli tərəfindən layihəyə rəy və təkliflər bildirilib və hər birinə təşəkkürümü bildirirəm. Təkliflər fərdi qaydada müzakirə edilib. Qanunvericilik təşəbbüsü ilə çıxış edən subyektin Qanunun 15.2 maddəsində dəyişiklik edilməsi…

Read More
Gündəm 

Bu şəxslərə leytenant hərbi rütbəsi veriləcək

Milli Məclisdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb. Musavat.com bildirir ki, layihələr barədə komitə sədri Arzu Nağıyev məlumat verib. Bildirib ki, üçüncü oxunuşa təqdim edilən Qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətkeçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb: “Hörmətli Sədr! Qanun layihəsindəki dəyişikliklər cəmiyyətdə maraq yaratdığı üçün sizin tövsiyyənizə uyğun olaraq komitə üzvlərimiz tərəfindən də müxtəlif KİV-lərə və teleməkanlara müvafiq şərh və izahatlar verilib. Bir daha qeyd etmək…

Read More
Cəmiyyət 

“Müəllimlərin 80 faizi peşəkar deyil, çünki…”

“Elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, 4 500 – 5 000 müəllim arasında aparılan araşdırma göstərir ki, onlardan yalnız 1 000 nəfəri peşəkar tələblərə cavab verir. Bu, siz bilirsiniz nə qədər böyük ittihamdır? Bu onu göstərir ki, müəllim hazırlığımızda ciddi problemlər mövcuddur və müəllim vəzifəsini daşıyanların yalnız 20 faizi kifayət qədər peşəkar biliklərə malikdir. Yəni 80 faizi müvafiq peşəkar biliklərə malik deyil və bu, kifayət qədər böyük göstəricidir”. Bu sözləri Musavat.com-a açıqlamasında Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib. O qeyd edib ki, bu problemin kökü onilliklərdir davam edir:…

Read More
Siyasət 

Azərbaycanla Slovakiya arasında 5 sənəd İMZALANDI

Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiyaya rəsmi səfəri çərçivəsində dekabrın 9-da iki ölkə arasında bir sıra sənədlər imzalanıb. Musavat.com xəbər verir ki, imzalanan sənədlər aşağıdakılardır: -“Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyi arasında konsulluq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; -“Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə Slovakiya Respublikasının Dövlət Baytarlıq və Qida Administrasiyası arasında heyvan sağlamlığı və qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”; -“Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiya Respublikasının Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu”; -“Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə Slovakiya Respublikasının Mədəniyyət…

Read More
Cəmiyyət 

Metrodan istifadə edənlərin NƏZƏRİNƏ – Dekabrın 10-dan 11-nə keçən gecə…

Bakı metrosu “Qarabağ” FK-nın UEFA Çempionlar Liqası oyunu ilə əlaqədar uzadılmış iş rejimində çalışacaq. Bu barədə Musavat.com-a “Bakı Metropoliteni” QSC-dən bildirilib. Qeyd edilib ki, dekabrın 10-dan 11-nə keçən gecə bütün stansiyalar saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Metropoliten azarkeşlərin rahat və təhlükəsiz hərəkəti üçün gücləndirilmiş rejimdə işləyəcək. “Gənclik”, “Nərimanov” və “28 May” stansiyalarında nəzarət mexanizmləri və işçi qüvvəsi artırılacaq. Ehtiyac yaranarsa, ehtiyat qatarlar xəttə buraxılmağa hazır saxlanılacaq.

Read More
Cəmiyyət 

650 abonentin qazı kəsiləcək

Sabah Corat qəsəbəsində 650 abonentin qaz təchizatı müvəqqəti dayandırılacaq. “Azəriqaz” İB Sumqayıt QİS-dən Musavat.com-a verilən məlumata görə, Sumqayıt şəhəri, Corat qəsəbəsində yeni çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar dekabrın 10-da 650 abonentin qaz təchizatında fasilə olacaq. Qazın verilişi işlər tamamlandıqdan sonra bərpa ediləcək.

Read More
Region Xəbərləri 

Bərdədə bir ailənin dörd üzvü NƏDƏN ZƏHƏRLƏNİB? – Agentlik məlumat yaydı – VİDEO

“Bəzi xəbər saytlarında Bərdə rayonunda 4 nəfərin “qida zəhərlənməsi” ilə bağlı yayılan məlumat təsdiqini tapmayıb”. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) yaydığı məlumatda bildirilib. “Belə ki, Bərdə Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, həmin şəxslərə “Mədə-bağırsağın dəqiqləşdirilməmiş funksional pozğunluğu” diaqnozu qoyulub. Xəstələrə ilkin tibbi yardım göstərilib, vəziyyətləri yaxşılaşdığı üçün evə buraxılıblar”, – qurumdan qeyd edilib. https://www.youtube.com/shorts/EiBQc4ruZTw  

Read More