Hadisə 

Lerikdə avtomobil dərəyə aşdı – Ölən var

Lerikdə avtomobil dərəyə aşıb, bir nəfər ölüb. Hadisə rayonunun Tikaband kəndində baş verib. Belə ki, kənd sakini Akif Ağacanov idarə etdiyi “Niva” markalı nəqliyyat vasitəsini Dico kəndində yol kənarında dayanıqlı vəqziyəttdə olmasına baxmayaraq qəfildən hərəkət edib və dərəyə aşıb. Qəza nəticəsində maşında sərnişin qismində olan sürücünün bacısı 1973-cü il təvəllüdlü Yeganə Ağacanova hadisə yerində ölüb. Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya birliyinin Lənkəran rayonlararası zona mərkəzinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.//Report

Read More
Region Xəbərləri 

Xankəndidə 11-ci Vüqar Həşimov Memorialı start götürüb – FOTO

Dekabrın 9–11-də Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunmuş 11-ci Vüqar Həşimov Memorialının açılış mərasimi oldu. Konqres Mərkəzində keçirilən turnir, Vüqar Həşimov Şahmat Fondu, Gənclər və İdman Nazirliyi və Azərbaycan Şahmat Federasiyasının (AŞF) təşkilatçılığı ilə baş tutub. Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə memorialın tarixi və coğrafiyası ilə bağlı videoçarx nümayiş etdirilib. Sonra Vüqar Həşimovun atası, Memorialın Təşkilat Komitəsinin sabiq sədri, bu ilin yanvar ayında faciəvi hadisə nəticəsində vəfat edən Qasım Həşimovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və…

Read More
Hava 

Hava ilə bağlı XƏBƏRDARLIQ – Növbəti iki gündə…

Abşeron yarımadasında və Bakı şəhərində dekabrın 9-u axşamdan 11-i gündüzədək arabir leysan xarakterli yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Qeyd olunub ki, sabah gün ərzində ayrı-ayrı yerlərdə yağışın aramsız və güclü olacağı ehtimalı var. Gözlənilən intensiv və güclü yağıntılarla əlaqədar bəzi ərazilərdə subasma halları istisna olunmur. Azərbaycanın rayonlarında dekabrın 9-u axşamdan 11-i axşamadək fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, Quba-Qusar, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsinin bəzi yerlərində isə yağıntının bir…

Read More
Cəmiyyət 

Dövlət gələn ildən bu şəxslərə vəsait ödəyəcək

Azərbaycanda gələn il işsiz vətəndaşlara ödəniləcək sığorta vəsaitinin həcmi açıqlanıb. Bəs kimlər bu ödənişlərdən yararlana biləcək və proses necə həyata keçiriləcək? Mövzunu KONKRET.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov şərh edib: “2026-cı ildə İşsizlikdən Sığorta Fondunun xərcləri 266,4 milyon manat müəyyən olunub. Bu məbləğin 28 milyon manatının işsizliyə görə sığorta ödənişləri üçün istifadə olunması nəzərdə tutulur” Deputatın sözlərinə görə, sığorta ödənişi aşağıdakı hallarda verilir: • Dövlət orqanı və ya hüquqi şəxsin ləğv edilməsi • İşçilərin sayının və ya ştatların ixtisarı • Müəssisənin mülkiyyətçisinin dəyişməsi • Məhkəmə qərarı ilə əvvəlki işçinin…

Read More
Sosial 

DSMF-nin büdcəsi təsdiqləndi – sonuncu oxunuş

Dövlət Sosial Müdafiə Fondunun 2026-cı il üçün gəlirləri cari ildəkindən 9,3%, xərcləri 10,5% çox nəzərdə tutulur ki, bu da gələn ilə gözlənilən infilyasiya göstəricisini 2 dəfə üstələyir. Musavat.com-un məlumatına görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdəki müzakirələr zamanı deyib. Komitə rəhbəri əlavə edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim edilmiş DSMF 2026- cı il büdcəsinin layihəsi ölkə qanunvericiliyinin tələblərinə uyğun hazırlanmaqla Azərbaycan Respublikasının büdcə sisteminin vahidlik və müstəqillik prinsiplərinə müvafiqdir və gələn il şəhid ailələrinin, qazilərin, pensiya və müavinət alan bütün…

Read More
Gündəm 

Hərbi qulluqçularla bağlı MÜHÜM DƏYİŞİKLİK

Milli Məclisin iclasında “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər müzakirə olunub. Musavat.com bildirir ki, layihə barədə Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məlumat verib. Bildirib ki, rəhbərlik etdiyi komitənin profilinə uyğun olan qanun layihəsi “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 8-1.2.3.maddəsində dəyişikliklə bağlıdır: “Belə ki, “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş” şəxslərin və şəhid ailələrinin sosial müdafiəsi və sosial təminatı ilə bağlı tədbirlərin maliyyələşdirilməsində “müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş” sözləri “əlilliyi olan” sözləri ilə əvəz edilir”. Arzu Nağıyev…

Read More
Hadisə 

Bakıda uşaq bağçasından meyit tapıldı

Bakıda uşaq bağçasından meyit tapılıb. Hadisə Qaradağ rayonu Müşfiqabad qəsəbəsində yerləşən uşaq bağçasında qeydə alınıb. Burada gözətçi işləyən qəsəbə sakini 61 yaşlı Zülfi Mustafa oğlu Mustafayevin meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb. Faktla bağlı araşdırma aparılır./Sfera.az

Read More
Sosial 

Pensiyalarla bağlı RƏSMİ AÇIQLAMA

  Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə bu ayın pensiyalarının dekabrın 10-da ödənilməsi nəzərdə tutulub. Musavat.com xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu məlumat yayıb. Qeyd edilib ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.

Read More