Gündəm 

TƏCİLİ: MİDA mənzillərinin qanunsuz satışını təşkil edən 12 nəfər SAXLANILDI

  MİDA mənzillərinin qanunsuz satışını təşkil etməkdə şübhəli bilinən 12 nəfər saxlanılıb. Bu barədə Musavat.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, Bakıda MİDA yaşayış mənzillərinin sosial şəbəkələrdə qanunsuz satışını və kirayəyə verilməsini təşkil edən şəxslər müəyyən olunublar. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla müəyyən edilib ki, saxlanılan 12 şəxs dövlət tərəfindən güzəştli şərtlərlə ayrılmış mənzillərin sosial şəbəkələr və onlayn platformalar vasitəsilə qanunsuz satışı, eləcə də kirayə reklamını aparıblar. Qeyd olunub ki, fakt üzrə həmin şəxslər barəsində məsuliyyət tədbirləri görülür.

Read More
Gündəm 

“Ramiz Mehdiyevin cinayət işi məsələsində xalqla dövlətin mövqeyi üst-üstə düşür”-Deputat

  “Ramiz Mehdiyevin cinayət işi çərçivəsində ortaya çıxan faktlara və Əli Kərimlinin iştirakı barədə məlumatlara Azərbaycan ictimaiyyətinin reaksiyası onu deməyə əsas verir ki, cəmiyyət dövlətinə xəyanət etmiş şəxslərin cəzalandırılmasını gözləyirmiş və dövlətinin maraqlarını kənar ölkəyə satan insanlar barədə qanuni ölçü götürmək həm də bir ictimai sosial sifariş idi”. Bu barədə Milli Məclisin deputatı Aydın Hüseynov Musavat.com-a açıqlamasında bildirib. Deputat qeyd edib ki, sosial şəbəkələri, medianı izlədikdə, sadə insanların fikirlərini öyrəndikdə Dövlət Təhlükəsizlik Xidmətinin xəyanətkar şəbəkəni nəzarət altına alması addımını və cinayət işi açılıb istintaqın başladılmasını ictimaiyyətin alqışladığını görməmək mümkün deyil:…

Read More
Cəmiyyət 

2020–2025 illər ərzində Mərkəzə neçə nəfər müraciət edib? – Səhiyyə Nazirliyi rəsmi statistikanı açıqlayıb

“Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzi herontologiya sahəsində uzun illərin təcrübəsini nəzərə alaraq 2020-ci ildə “Sağlamlıq sahəsi” poliklinikasının əsasında yaranıb”. Musavat.com xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında keçirilən canlı yayım zamanı Səhiyyə Nazirliyi Bakı şəhər Herontoloji Mərkəzinin direktoru vəzifəsini icra edən Nailə Əhmədova açıqlayıb. Onun sözlərinə görə, müəssisə təsis edilənə qədər də müraciətlərin əsas hissəsini təqaüdçülər təşkil edib: “Bu, hal hazırda da belədir. 2020-ci il üçün müraciət sayı ümumi olaraq 1294 nəfər olub. Onlardan 789-u, yəni müraciət edənlərin 61%-ni təqaüdçü olub. 2025-ci ilin dekabr ayının 2-nə qədər olan ümumi…

Read More
Cəmiyyət 

Məlumatlarınızı tanımadığınız şəxslərə verməyin!

Baş Prokurorluq vətəndaşların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirilməsi ilə bağlı müraciətində vətəndaşların şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməməsi bildirilib. Musavat.com-un məlumatına görə, müraciətdə Azərbaycanda yüzlərlə vətəndaşın etibarından sui-istifadə edilərək onların adına saxta sahibkarlıq subyektləri qeydiyyatdan keçirildiyi bildirilib. Qeyd olunub ki, həmin “yalançı sahibkarlıq” subyektlərindən istifadə etməklə törədilmiş əməllərlə dövlət büdcəsinə külli miqdarda zərər vurub: “Belə qanunsuz sxemlərə qoşulan şəxslər, habelə onlara şərait yaradan vəzifəli şəxslər cinayət məsuliyyəti daşıyırlar. Vətəndaşlardan xahiş olunur ki, heç bir halda şəxsiyyət məlumatlarını tanımadıqları şəxslərə verməsinlər və şübhəli hallarla üzləşdikdə dərhal hüquq-mühafizə orqanlarına məlumat versinlər”.

Read More
Gündəm 

Xankəndidə məmur bu hərəkətinə görə cəzalandırıldı

Bu ilin 24 iyununda Xankəndi şəhərində qadının evinə qanunsuz daxil olaraq xuliqanlıq hərəkətləri etmiş məmur cinayət məsuliyyətinə cəlb edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, “Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti”nin Mənzil fondunun idarə edilməsi və məskunlaşma departamentinin Xankəndi şöbəsinin aparıcı məsləhətçisi vəzifəsində çalışan Bakı sakini 26 yaşlı Tural İmanov (soyad şərtidir) barəsində açılmış işin istintaqı başa çatıb. Müəyyən edilib ki, iyunun 23-də Xankəndi şəhərində yerləşən “Nəqşicahan” restoranında Turalın iş yoldaşı İlqarın ad günü mərasimi keçirilib. İlqar tanışı Fidan Quliyevadan (şərti) həmin mərasimə müğənni dostu Ləmanı (şərti)…

Read More
Gündəm 

AXCP-nin ləğvi üçün tam hüquqi əsaslar yaranıb – ÇAĞIRIŞ

Son günlərdə Azərbaycan Xalq Cəbhəsi Partiyasının qeydiyyatının ləğv olunması barədə çağırışlar səslənməkdədir. Xüsusilə, ötən həftənin şənbə günü AXCP sədri Əli Kərimlinin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevə qarşı açılmış cinayət işi çərçivəsində istintaqa cəlb olunması bu çağırışların sayını durmadan artırıb. Milli Məclisin son plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də bu barədə danışıb. Sitat: “Əslində postsovet ölkələrinin bir çoxunda bu cür partiyalar ya ləğv olunub, ya da fəaliyyətlərini çoxdan dayandırıblar. Azərbaycanda da “Siyasi partiyalar haqqında” yeni qanunun qəbulundan sonra yeni siyasi konfiqurasiya və yeni dialoq mühiti…

Read More
Gündəm 

Putindən Avropa təhdidi – qitənin Rusiyaya verdiyi dərslər – ŞƏRH

“Rusiya Avropa ilə müharibə etmək niyyətində deyil, ancaq buna hazırdır”. Bu fikri Rusiya Prezidenti Vladimir Putin Moskvada keçirilən İnvestisiya Forumunda çıxışında deyib. O, Ukraynadakı müharibə üzrə Avropanı sülh gündəliyinə malik olmamaqda ittiham edib. Putin Qərbin Ukraynaya dəstəyinə işarə edərək iddia edib ki, Avropa müharibə tərəfdarıdır: “Biz Avropa ilə müharibə etmək niyyətində deyilik, mən bunu yüz dəfə demişəm. Ancaq Avropa birdən müharibə etmək istəsə və başlasa, biz indi də hazırıq. Onda tez bir zamanda elə vəziyyət yaranar ki, razılaşmaq üçün kimsə olmayacaq”. Vladimir Putinin qənaətincə, Avropada Rusiyanın strateji məğlubiyyətə uğradılacağını zənn…

Read More
Hadisə 

İki oğlu şəhid olan ana vəfat etdi

 övladı I Qarabağ müharibəsində şəhid olmuş Qiraət Məhərrəmova vəfat edib. Musavat.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, şəhid anası Bakı şəhəri Buzovna qəsəbəsində dünyasını dəyişib. Qeyd edək ki, Ağdam rayonundan məcburi köçkün düşmüş Q.Məhərrəmovanın övladları Etibar və İlqar Məhərrəmovlar doğma rayonlarının müdafiəsi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar.

Read More