Dövrün bəlası, yoxsa… – Eynəkli uşaqların sayı niyə artır?
Son illər həm region ölkələrində, həm də Azərbaycanda eynəkli uşaqların sayındakı kəskin artım cəmiyyətin diqqətindədir. Qazaxıstanın Milli Statistika Bürosunun açıqladığı son göstəricilər də vəziyyətin nə qədər ciddiləşdiyini göstərir. Rəsmi məlumata görə, 2024-cü ilin sonuna qədər ölkədə 14 yaşadək 5 milyondan çox uşaq profilaktik tibbi müayinədən keçirilib və onların 105 minində – yəni hər 50 uşaqdan birində – müəyyən anomaliyalar aşkarlanıb. Xəstəliklərin yarıdan çoxu məhz görmə problemləridir: 58 min uşağa miopiya və digər refraksiya pozuntuları diaqnozu qoyulub. Skolioz və duruş pozğunluqları isə daha az rast gəlinən, amma tendensiya olaraq artan problemlər…
Read More