Bu məktəbdə 1 və 2-ci siniflərə dərslər birlikdə keçilir – VİDEO
Birinci və ikinci siniflər birlikdə dərs keçirlər. ARANTV.AZ Xəzər TV-yə istinadən bildirir ki, müəllim 22 dəqiqə birinci sinif, digər 22 dəqiqədə isə ikinci siniflə məşğul olur. Qəbələnin Tikanlı kənd orta məktəbindəki bu vəziyyət valideynləri narazı salıb. Onlar bildirirlər ki, sinif otaqları ola-ola iki sinifə bir yerdə dərs keçilməsi yolverilməzdir. O da qeyd olunub ki, məktəbdə lazımi qədər müəllim də var. Hazırkı vəziyyətdə isə şagirdlər dərsləri qavraya bilmirlər. Məsələ ilə bağlı Şəki-Zaqatala Regional Təhsil İdarəsindən “Xəzər Xəbər”ə bildirildi ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, ümumi təhsil müəssisələrinin ibtidai siniflərində şagirdlərin sayı…
Read More