Prezident İlham Əliyevin ölkəmizdə səfərdə olan italyan universitetlərinin rəhbərləri, İtaliya-Azərbaycan Universitetinin professorları və tələbələri ilə görüşündə qeyd etdiyi kimi, energetikadan başlamış sənaye istehsalına qədər uzanan və bu gün təhsil sahəsini əhatə edən əməkdaşlıq, sözün əsl mənasında, strateji xarakter daşıyır Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu bugünkü reallıqlarımızda özünün aydın ifadəsini tapır. Dövlətimizin xarici siyasəti açıq və çoxşaxəlidir. İstər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar daxilində əlaqələrin qurulmasında və yeni prioritetlər üzrə inkişafında maraqlı olan ölkəmiz bunu atdığı real addımları ilə təsdiqləyir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri yeni dostlar, tərəfdaşlar qazanmasında…
Read More