Cəmiyyət 

Sumqayıt Sənaye Parkında istehsal olunan ilk elektrik avtobusu “BakuBus”a təqdim olunub

Sumqayıt Sənaye Parkında “BYD” “Azerbaijan Energy Automotive Factory” MMC-nin istehsal etdiyi ilk elektrik avtobusu “BakuBus” MMC-yə təqdim olunub. Bu barədə Musavat.com-a İqtisadiyyat Nazirliyindən bildirilib. Azərbaycan Prezidentinin 2023-cü ildə imzaladığı “Elektrik mühərrikli nəqliyyat vasitələrindən istifadənin təşviq edilməsi haqqında” Sərəncama uyğun olaraq ölkədə ekoloji təmiz nəqliyyat vasitələrinin istehsalı və istifadəsi genişləndirilir. Artıq Sumqayıt Sənaye Parkında yerləşən “Azerbaijan Energy Automotive Factory”də (AEAF) istehsal prosesinə başlanılıb və artıq ilk avtobuslar SKD üsulu ilə yığımdan çıxıb. İlk tam elektrik avtobusun “BakuBus” MMC-yə təqdim edilməsi ilə bağlı keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini Səməd Bəşirli, Çinin Azərbaycandakı…

Read More
Gündəm 

Gizir və miçmanların ehtiyatda olmaq yaşı artırılır

Gizir və miçmanların ehtiyatda olmaqla bağlı yaş həddi artırılır. Bu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlara təklif olunan dəyişiklikdə öz əksini tapıb. Təqdim edilən Qanun layihəsi gizirlərin və miçmanların həqiqi hərbi xidmət keçməsi qaydalarının və bir sıra normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Belə ki, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq, qüvvədə olan 12-ci maddəsinin “q” bəndinə və…

Read More
Cəmiyyət 

Xəzər quruyur: Azərbaycanı nələr gözləyir? – AÇIQLAMA

Xəzər dənizinin vəziyyəti getdikcə daha da ağırlaşır. Bir vaxtlar geniş və güclü dalğaları ilə tanınan dəniz indi qurumaq təhlükəsi ilə üz-üzədir. Sahillərdə torpağın çatlaması və qurumuş sahələr getdikcə artır. Prezident İlham Əliyevin BMT tribunasından diqqət çəkdiyi məsələlərdən biri də bu idi. Hər kəs daha çox siyasətdən danışarkən, İlham Əliyev təbiətin üsyanına da diqqət çəkdi. Xəzəryanı dövlətləri ekoloji faciə ilə birgə mübarizə aparmağa çağırdı. Ekspert İlham Şaban bildirir ki, Xəzərin suyunun azalması təkcə təbiətə zərər vermir, həm də regionun iqtisadi inkişafına ciddi təhdid yaradır. Əgər suyun azalması davam etsə, gələcəkdə Xəzərin…

Read More
Hadisə 

Cabir İmanov dünən bu toyda imiş – Video

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanov dünyasını dəyişib. O, bu gün paytaxtın Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyor dünyasını dəyişib. ARANTV.AZ  xəbər verir ki, aktyor ötən gün toy məclislərindən birində qonaq qismində iştirak edib. Onun toyda rəqs etməsi ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Read More
Cəmiyyət 

Əməkdar artistin dəfn yeri açıqlandı

Əməkdar artist Cabir İmanovla vida mərasimi sabah saat 12:30-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində olacaq. Bu barədə “Report”a aktyorun sənət dostu Murad Dadaşov məlumat verib. O bildirib ki, vida mərasiminin ardınca cənazə Yasamal rayonundakı “Qurd qapısı” qəbiristanlığına aparılacaq və orada dəfn olunacaq. Qeyd edək ki, Cabir İmanov sentyabrın 30-da günorta saatlarında vəfat edib. C.İmanov 22 iyun 1976-cı ildə Bakı şəhərində anadan olub. 1983-1993-cü illərdə Bakı şəhəri 189 saylı məktəbdə oxuyub. 1993-cü ildə Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olub və 1997-ci ildə həmin institutu bitirib. 1992-2001-ci illərdə “Parni iz Baku”…

Read More
Dünya 

Yerin altında dünyanın ən böyük saxta siqaret fabriki AŞKARLANDI

İtaliyanın Ankona əyalətində maliyyə qvardiyası ölkə tarixində ən böyük qanunsuz saxta siqaret fabriki aşkarlayıb. 1600 kvadratmetrdən çox ərazini tutan istehsal obyekti ustalıqla kamuflyaj edilmiş yeraltı bunkerdə gizlədilib. “Qeyri-qanuni fabrikə giriş mürəkkəb hidravlik qurğu vasitəsilə həyata keçirilib. Bu qurğu bunkeri ideal şəkildə gizlədib. Orada avadanlıq və tonlarla kontrafakt siqaret yerləşdirilib.”, – Maliyyə Mühafizəsinin rəsmiləri bildirib. Aşkar edilmiş obyekt ildə təxminən 2,7 milyard siqaret istehsal edə bilər ki, bu da gündəlik təxminən 7,2 milyon siqaretə bərabərdir. Gizli fabrikə üç tütün emalı və siqaret qablaşdırma xətti daxildir. Ərazidə 150 ​​tondan çox tanınmış brendlərin…

Read More
Dünya 

Rusiya Avropaya dronları belə göndərir – Zelenskidən şok açıqlama

Rusiya Avropa ölkələrinə qarşı pilotsuz təyyarələr buraxmaq üçün tankerlərdən istifadə edir. Musavat.com xəbər verir ki, bu açıqlama ilə Ukrayna prezidenti Vladimir Zelenski çıxış edib. O, məlumatı axşam videomüraciətində açıqlayıb: “Hazırda bizdə kəşfiyyat məlumatları var ki, ruslar Avropa ölkələrinə pilotsuz təyyarələri buraxmaq və onlara nəzarət etmək üçün tankerlərdən istifadə edirlər”. Zelenski əlavə edib ki, Ukrayna bu həftə Rusiyaya təzyiqlə bağlı Avropanın qərarlarını gözləyir. Ən azı bu, 19-cu sanksiyalar paketi olmalıdır: “Sanksiyaların Rusiyanın enerji ticarətinə və bütün tanker donanmasının infrastrukturuna ciddi zərbə vurması xüsusilə vacibdir”.

Read More
Dünya 

Netanyahu: 48 israilli girovdan 20-nin sağ olduğuna inanıram

İsrail Baş nazir Binyamin Netanyahu Qəzzadakı girovlardan 20-nin hələ də sağ olduğuna inandığını qeyd eidb. “Report”un məlumatına görə, Netanyahu bu barədə “Fox News” telekanalına verdiyi müsahibədə danışıb. HƏMAS tərəfindən saxlanılan 48 girovdan 20-nin hələ də sağ olduğuna inanıb-inanmadığı soruşulduqda baş nazir cavab verib: “Bəli, inanıram.” “O girovların hamısını – sağ və ölü olanları azad etmək öhdəliyimiz var,” – deyə o əlavə edib. “İndi dünyadakı hər bir ölkə HƏMAS-a bir şey deməlidir: “Girovların hamısını azad edin və silahlarınızı yerə qoyun. Əgər bunu etsəniz, müharibə dərhal sona çata bilər”, – deyə Netanyahu…

Read More
Dünya 

Moldovadakı parlament seçkilərində səslərin 95 faizi sayılıb

Moldovada keçirilən parlament seçkilərində protokolların 95%-nin hesablanmasından sonra Moldova Prezidenti Maya Sandu tərəfindən təsis edilən Fəaliyyət və Həmrəylik Partiyası 47,83% səs toplayıb. “Report” bu barədə Moldova MSK-ya istinadən xəbər verir. İkinci yerdə Sosialist Partiyası ətrafında formalaşdırılan “Vətənpərvər blok” qərarlaşıb. O, 25,75% səs toplayıb. Sıralamada daha sonra avropayönümlü partiyaların “Alternativ” bloku (8,41%), Renato Usatının “Bizim Partiya”sı (6,27%) və “Demokratiya evdədir” Partiyası (6,28%) gəlir. Bir sıra xarici məntəqələrdə səslərin hesablanması artıq başa çatıb. MSK-nın məlumatına görə, seçici fəallığı 52% təşkil edib.

Read More