Gündəm 

Əli Əsədov qərar imzaladı

“İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər” təsdiq edilib. Musavat.com xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb. Tələblərə əsasənistilik şəbəkələrin mühafizəsinin təmin olunması, istismarı üçün şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, həmçinin insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə şəbəkənin mühafizə zonalarının ölçüləri müəyyənləşdirilmiş, həmin zonalarda təsərrüfat işlərinin aparılmasına dair tələblər nəzərdə tutulmuşdur. Mühafizə zonalarının ölçüləri yeraltı, yerüstü şəbəkələrdən və açıq istilik təchizatı sistemlərindən binalara, qurğulara və mühəndis şəbəkələrinə qədər şaquli və üfüqi məsafələrə əsasən müəyyən edilir.

Read More
Gündəm 

Bu şəxslər işdən məcburi çıxarılacaq

Tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsaslarına əlavələr ediləcək. Musavat.com xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb. Qanun layihəsinə əsasən, tərəflərin iradəsindən və ya istəyindən asılı olmayaraq əmək müqaviləsinə aşağıdakı hallarda da xitam veriləcək: • tibbi müayinə (tibbi yoxlama) haqqında rəyə əsasən narkoloji xəstə olan şəxslə narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı əmək müqaviləsinin bağlanıldığı aşkar edildikdə və ya belə peşə növləri və…

Read More
Cəmiyyət 

Nikah bağlanarkən narkoloji tibb müəssisəsindən arayış tələbi – deputat

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılıb. Musavat.com-un məlumatına görə, qanun layihəsi barədə komitə sədri Musa Quliyev məlumat verib. Layihəyə əsasən, vətəndaşlar əsaslı şübhələr yarandığı halda, işəgötürənin hesabına icbari tibbi müayinədən keçiriləcəklər. Sənəddə həmçinin bildirilir ki, narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə işə qəbul edilməsi ilə bağlı işçilərlə əmək müqaviləsi bağlanılarkən onların ilkin tibbi müayinədən (tibbi yoxlamadan), sonralar isə vaxtaşırı, habelə əmək funksiyasını yerinə yetirməsi zamanı davranışında insan psixikasına təsir göstərən maddənin təsiri altında olmasına əsaslı şübhələr…

Read More
Gündəm 

SON DƏQİQƏ! Bu şəxsləri sərt cəzalar gözləyir – AĞIR CƏRİMƏLƏR GƏLİR

Milli Məclisin iclasında “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi ikinci oxunuşda müzakirə olunub. Musavat.com-un məlumatına görə, deputat Azay Quliyev müzakirələrdə çıxış edib. Əvvəlcə İnzibati Xətalar Məcəlləsinə təklif olunan 388-3-cü maddə ilə bağlı fikirlərini bölüşüb: “Məcəlləyə aşağıdakı məzmunda 388-3-cü maddənin əlavə edilməsi nəzərdə tutulur: Maddə 388-3. Süni intellekt texnologiyaları vasitəsilə hazırlanmış foto, video və ya audio materialların müvafiq nişanlanma olmadan yayılması. Foto, video və ya audio materialların süni intellekt texnologiyalarından istifadə edilməklə hazırlandığını bilə-bilə, həmin materialların belə texnologiyalar vasitəsilə hazırlandığını aydın şəkildə göstərən və asanlıqla…

Read More
Region Xəbərləri Təhsil 

Aprel döyüşlərinin ildönümünə həsr olunmuş intellektual yarış təşkil olundu

10 aprel tarixində məktəbin tarix müəllimi Arzu Bəbirovanın və 10-cu sinif şagirdləri Ömər Quliyev və Rəşad İsgəndərovun təşkilatçılığı ilə Aprel döyüşlərin il dönümünə həsr olunmuş intellektual yarış təşkil olundu. Tədbirin girişində Vətən uğurunda canını fəda edən şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad olundu. Daha 6 komandanın iştrakı ilə intellektual yarış keçirildi. Tədbirin keçirilməsində əsas məqsəd uşaq və yeniyetmələrin milli kimlik duyğusunu möhkəmləndirmək, azərbaycançılıq ideologiyasına sadiq, vətəninə bağlı, mənəvi dəyərlərə hörmətlə yanaşan vətəndaş kimi yetişməsini təmin etməkdir.

Read More
Cəmiyyət 

Azərbaycanda sabiq nazirə yeni vəzifə verildi

Naxçıvan Muxtar Respublikasının sabiq iqtisadiyyat naziri Tapdıq Əliyevə yeni vəzifə verilib. Musavat.com “Qaynarinfo”ya istinadla xəbər verir ki, müvafiq əmrlə Tapdıq Vaqif oğlu Əliyev “Naxçıvan Sertifikatlaşdırma Və Metrologiya Mərkəzi” publik hüquqi şəxsin direktoru təyin edilib. Bundan əvvəl sözügedən qurumun direktoru Səbuhi Ələkbər oğlu Seyidov olub. Qeyd edək ki, Tapdıq Əliyev 2019-cü ilin mayın 14-də Naxçıvan Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun qərarı ilə iqtisadiyyat naziri təyin olunub və 2023-cü ilin dekabrın 8-də Ali Məclisin qərarı ilə işdən azad edilib. Elə həmin ay Tapdıq Əliyev iqtisadiyyat nazirinin müavini təyin edilmişdi.

Read More
Gündəm 

Ermənistanın Rusiyaya yeganə yolu BAĞLANDI

Gürcüstandan Rusiyaya Yuxarı Lars sərhəd-keçid məntəqəsi vasitəsilə gedən yol bütün nəqliyyat vasitələri üçün bağlanıb. Bu barədə Gürcüstanın Avtomobil Yolları Departamenti məlumat yayıb. Məlumata görə, Qudauri-Kobi hissəsində, Mtsxeta-Stepantsminda-Lars yolu üzərində qar uçqunu təhlükəsi səbəbindən hərəkət müvəqqəti olaraq qadağan edilib. Xatırladaq ki, Yuxarı Lars keçid məntəqəsindən keçən yol hazırda Ermənistanı (Gürcüstan üzərindən) Rusiya ilə birləşdirən yeganə fəaliyyət göstərən quru marşrutdur./milli.az/

Read More
Təhsil 

Azərbaycanda imtahan sistemi dəyişir? -Nazir AÇIQLADI

“Mövcud yanaşmalarda əsas problemlərdən biri sualların mahiyyətindədir”. Musavat.com xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev Dövlət İmtahan Mərkəzinin yaradılmasının 10 illik yubileyi münasibətilə keçirilən “Qiymətləndirmə Sistemləri: Etimad, Şəffaflıq və İnnovasiya” mövzusunda beynəlxalq elmi-praktik konfransda bildirib. “Müşahidələrim göstərir ki, Azərbaycanda bəzi fənn mütəxəssisləri istər dil, istərsə də tarix sahəsində suallar hazırlayarkən daha çox qarşı tərəfi çaşdırmağa çalışırlar, nəinki onun bilik və bacarıqlarını ölçməyə. Halbuki sualın əsas məqsədi insanın nəyisə bacarıb-bacarmadığını üzə çıxarmaq olmalıdır. Bu yanaşma dəyişməlidir. Bu, ayrı-ayrı qurumların deyil, ümumilikdə Azərbaycan pedaqogikasında mövcud olan problemdir və daha çox…

Read More
Təhsil 

Təhsil müəssisələrində işləyənlər üçün YENİLİK

Milli Məclisin bu gün keçirilən iclasında Əmək Məcəlləsi və “Təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılaraq qəbul edilib. Musavat.com-un məlumatına görə, layihə barədə parlamentin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məlumat verib. Qeyd edib ki, layihəyə hər hansı əlavə və təkliflər olunmayıb. Bildirilib ki, qanun layihəsi Mədəniyyət Nazirliyinin sisteminə daxil olan uşaq musiqi, incəsənət, rəssamlıq məktəblərində və bu qəbildən olan digər dövlət təhsil müəssisələrində işləyən təhsilverənlərin nəzəri və praktiki biliklərinin attestasiya yolu ilə deyil, xüsusi qaydalar üzrə sertifikasiya əsasında qiymətləndirilməsinin aparılması məqsədilə hazırlanıb. Belə ki, qüvvədə…

Read More
Hadisə 

Azərbaycanda DƏHŞƏT: Qayınata kürəkəninin QARNINI PARTLATDI

Qusarda qayınata kürəkəninə təpiklə vuraraq ona ağır xəsarət yetirib. Hadisə rayonun Atlıxan kəndində baş verib. Belə ki, 1961-ci il təvəllüdlü Fərhad Hacımuradov (şərti) kürəkəni Vüsalın qarın nahiyəsinə təpiklə zərbə endirib. Nəticədə Vüsalın bağırsağı zədələnib. O, təcili xəstəxanaya çatdırılıb və əməliyyat olunub. Müəyyən edilib ki, 65 yaşlı kişi gecə 02 radələrində kürəkəninin Qusar rayonu Atlıxan kəndində yerləşən evinə gedib. O, Vüsalın mütəmadi olaraq spirtli içki qəbul etməsi, qızı ilə heç bir əsaslı səbəb olmadan münaqişə yaratmasına görə öz iradını bildirib. Bu zaman kürəkən qayınatasını təhqir edib. Buna əsəbiləşən kişi qızının ərinin…

Read More