Cəmiyyət 

Türkiyədən Azərbaycana DƏHŞƏTLİ SOYUQLAR gəlir – Yaxın günlərdə…

Son meteoroloji proqnozlara əsasən, Türkiyə üzərindən regiona daxil olan sərt və arktik mənşəli soyuq hava kütlələri yaxın günlərdə Azərbaycana doğru hərəkət edəcək. Musavat.com Türkiyə və beynəlxalq hava müşahidə mərkəzlərinin məlumatlarına istinadən xəbər verir ki, hazırda Türkiyənin bir çox bölgəsində təsirli olan şaxtalı və qarlı hava dalğası tədricən şərq istiqamətində genişlənir və Cənubi Qafqaza çatmaq üzrədir. Türkiyə meteoroloji qurumları ölkənin müxtəlif bölgələri üçün şaxta, güclü külək və intensiv qar yağışı ilə bağlı xəbərdarlıqlar yayıb. Bildirilir ki, bu hava sistemi Sibir və Arktika mənşəlidir və temperaturun mövsüm normasından xeyli aşağı düşməsinə səbəb olur.…

Read More
Cəmiyyət 

Ölkədə qeyri-rəsmi doğulan uşaqların sayı artır-sosial şəbəkə MÜZAKİRƏSİ

Vəkil “qanunvericilik dəyişilməlidir” deyir Azərbaycanda sürətlə yayılan yeni və təhlükəli bir tendensiya formalaşır. Nikahdan kənar münasibətlərdən doğulan uşaqların sayı artır, ailə institutu kənara itələnir, məsuliyyət isə birtərəfli şəkildə kişilərin üzərinə yüklənir. Razılaşma olmadan analıq qərarı verilir, sonra isə atalığın tanınması və aliment tələbi hüquqi mübahisəyə çevrilir. Bu proses təkcə fərdi dramlar yaratmır, eyni zamanda vəled-i zinaların artması, ailə institutunun aşınması və demoqrafik təhlükəsizlik baxımından ciddi suallar doğurur. Məsələni açıq və sərt şəkildə gündəmə gətirənlərdən biri beynəlxalq hüquq üzrə ekspert, vəkil Fərhad Mehdiyevdir. Onun sosial şəbəkədə paylaşdığı status və yazılan şərhlər…

Read More
Gündəm 

Prezidentin mesajı odur ki… – Deputatdan VACİB ÇIXIŞ

Milli Məclisin iclasında yaz sessiyasının qanunvericilik işlər planı müzakirə olunub. Musavat.com-un məlumatına görə, deputat Zahid Oruc bir sıra vacib məqamlara diqqət çəkib. Komitə sədri bildirib ki, 2020-ci ilin sentyabrına qədər Azərbaycan dövlətinə qarşı Qarabağın işğalı ilə bağlı bir geosiyasi təzyiq silah var idi: “Demokratiya və insan hüquqları, ədalətli seçki və media azadlığı tələbləri torpaqlarımızı işğalda saxlamaq, təbii sərvətlərimizi ələ keçirmək üçün siyasi deklarasiyalar kimi istifadə olunurdu. Xarici siyasətimizə, iqtisadi qərarlarımıza təsir göstərmək üçün dərhal atəşkəs rejimini pozurdular. Prezident İlham Əliyevin liderliyi ilə qazandığımız Qələbə təkcə düşmən ordularını ərazilərimizdən çıxarmadı, həm…

Read More
Dünya 

SON DƏQİQƏ! Dəhşətli təyyarə QƏZASI – ÖLƏNLƏR VAR

Orskda göyərtəsində iki kursant olan Diamond təlim təyyarəsi qəzaya uğrayıb. Musavat.com xəbər verir ki, SHOT-un məlumatına görə, təyyarə səhər saat 10:40 radələrində radarlardan itib. Təlim təyyarəsi Canatalap kəndində qəzaya uğrayıb. Təyyarə Novikov adına Leninqrad Akademiyasına məxsusdur. Təcili yardım xidmətləri qəza yerindədir, lakin kursantların taleyi məlum deyil.

Read More
Cəmiyyət 

Bakıda dana əti bahalaşdı

Azərbaycanda dana ətinin qiymətində artım davam edir və bu bahalaşma xüsusilə paytaxt Bakıda daha qabarıq şəkildə hiss olunur. Son aylarda bazarlarda və satış məntəqələrində qiymətlərin yüksəlməsi alıcıların narazılığına səbəb olub. Musavat.com müxbirinin vətəndaşlardan aldığı məlumata və qəssabxanalarda apardığı müşahidələrə görə, ötən ilin sonunda Bakıda bir kiloqram sümüklü dana əti əsasən 16 manat 50 qəpiyə satıldığı halda, hazırda qiymət 17 manat 50 qəpikdən 18 manata qədər yüksəlib. Alıcılar qeyd edirlər ki, bəzi yerlərdə qiymətlər daha da baha təklif olunur. Rayonlarda da dana ətinin qiymətində artım müşahidə edilir. Musavat.com bildirir ki, bölgələrdə bahalaşma…

Read More
Gündəm 

67 yaşında özünə toy edən general tanınmış nəslin nümayəndəsi imiş – FOTO

Bu günlərdə özünə toy edən 67 yaşlı, ehtiyatda olan general Nazim Əliyev maraqlı məlumat üzə çıxıb. Milli.az xəbər verir ki, bu barədə jurnalist Elman Cəfərli qeyd edib. O bildirib ki, general əslən Ağdamın Quzanlı kəndindəndir və hörmətli nəslin nümayəndəsidir: “67 yaşlı istefada olan general-mayor Nazim Əliyev əslən Ağdamın Quzanlı kəndindəndir. Atası Tələt Əliyev kəndin hörmətli nəslinin nümayəndəsidir. Ağdam şəhərində ən böyük apteklərdən birinin müdiri idi. Tələt Əliyevin atası Süleyman kişi isə Qarabağın məşhur ziyalısı Mirzə Saleh Axundovun qardaşıdır” . E.Cəfərli Mirzə Saleh Axundovun (general Nazim Əliyevin babasının qardaşı) Quzanlı qəbiristanlığında olan məzarının…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ! Hazır olun: Azərbaycanda DƏHŞƏTLİ ŞAXTA OLACAQ

“Azərbaycan ərazisinə Atlantik okeanından gələn və Azor maksimumu deyilən antisiklonlar adətən havanın isti dövründə yağış, soyuq dövründə isə qar şəklində yağıntı gətirir. Uzun müddət idi ki, Azərbaycan, İran, Türkiyə kimi ölkələrin ərazilərində bu yağıntılar gecikirdi. Hazırda isə soyuq hava kütlələri Türkiyə ərazisinə daxil olur”. Bunu Musavat.com-a açıqlamasında ekoloq Ənvər Əliyev deyib. O bildirib ki, soyuq hava kütlələri bir neçə günə Türkiyə ərazisindən Azərbaycana doğru axın edəcək və yağıntı şəklində özünü büruzə verəcək: “Bu, ölkəmizdə qarın yağmasına səbəb olacaq. Ona görə də soyuq və şaxtalı havaya hazır olmalıyıq. Azərbaycana 9 istiqamətdən hava kütləsi daxil…

Read More
Dünya 

“İranda partlayışları kim törədir?” — məşhur iranşünas analitikin açıqlaması

İranda müxtəlif regionlarda demək olar eyni zamanda baş verən partlayışlar, ölkə rəsmilərinin bildirdiyi “gündəlik təsadüflər” izahlarından fərqli olaraq, təsadüfi hadisələr deyil, koordinasiyalı diversiyalar kimi görünür. Belə fikirini YouTube-də yayımlanan The Breakfast Show kanalında İran üzrə analitik Mixail Krutixin bildirib. Krutixin qeyd edir ki, İran hakimiyyətinin partlayışların səbəbi kimi gətirdiyi “qaz sızması” və ya “çətənə tutuşması” izahları inandırıcı deyil. Verilən misallardan birində, televiziyada göstərilən qaz borusunun, heç partlayış baş verən evə birləşdirilmədiyi də açıqlanıb. Analitikə görə, bütün hadisələrin təsadüfən baş vermə ehtimalı çox kiçikdir və xarici müdaxilənin əlamətləri aşkar görünür. Partlayışlar…

Read More
Təhsil 

Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb

Beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili bu gün başa çatıb. “İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib. Qış tətili 5 gün davam edib və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub.

Read More