Bərdədə yaşayış evlərinə yaxın ərazidə ağaclar yanıb – VİDEO
Bərdədə yanğın hadisəsi baş verib. APA xəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. Fərdi yaşayış evlərinə yaxın ərazidə kol-kos və ağaclar yanıb. Məlumatla əlaqədar hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən 2 yanğınsöndürən avtomobil cəlb olunub. Yanğın genişlənməsinə imkan verilmədən və fərdi yaşayış evlərinə keçmədən söndürülüb. Yanğının başvermə səbəbləri araşdırılır.
Read More