Dünya 

SON DƏQİQƏ! Dəhşətli təyyarə QƏZASI – ÖLƏNLƏR VAR

Orskda göyərtəsində iki kursant olan Diamond təlim təyyarəsi qəzaya uğrayıb. Musavat.com xəbər verir ki, SHOT-un məlumatına görə, təyyarə səhər saat 10:40 radələrində radarlardan itib. Təlim təyyarəsi Canatalap kəndində qəzaya uğrayıb. Təyyarə Novikov adına Leninqrad Akademiyasına məxsusdur. Təcili yardım xidmətləri qəza yerindədir, lakin kursantların taleyi məlum deyil.

Read More
Cəmiyyət 

Bakıda dana əti bahalaşdı

Azərbaycanda dana ətinin qiymətində artım davam edir və bu bahalaşma xüsusilə paytaxt Bakıda daha qabarıq şəkildə hiss olunur. Son aylarda bazarlarda və satış məntəqələrində qiymətlərin yüksəlməsi alıcıların narazılığına səbəb olub. Musavat.com müxbirinin vətəndaşlardan aldığı məlumata və qəssabxanalarda apardığı müşahidələrə görə, ötən ilin sonunda Bakıda bir kiloqram sümüklü dana əti əsasən 16 manat 50 qəpiyə satıldığı halda, hazırda qiymət 17 manat 50 qəpikdən 18 manata qədər yüksəlib. Alıcılar qeyd edirlər ki, bəzi yerlərdə qiymətlər daha da baha təklif olunur. Rayonlarda da dana ətinin qiymətində artım müşahidə edilir. Musavat.com bildirir ki, bölgələrdə bahalaşma…

Read More
Gündəm 

67 yaşında özünə toy edən general tanınmış nəslin nümayəndəsi imiş – FOTO

Bu günlərdə özünə toy edən 67 yaşlı, ehtiyatda olan general Nazim Əliyev maraqlı məlumat üzə çıxıb. Milli.az xəbər verir ki, bu barədə jurnalist Elman Cəfərli qeyd edib. O bildirib ki, general əslən Ağdamın Quzanlı kəndindəndir və hörmətli nəslin nümayəndəsidir: “67 yaşlı istefada olan general-mayor Nazim Əliyev əslən Ağdamın Quzanlı kəndindəndir. Atası Tələt Əliyev kəndin hörmətli nəslinin nümayəndəsidir. Ağdam şəhərində ən böyük apteklərdən birinin müdiri idi. Tələt Əliyevin atası Süleyman kişi isə Qarabağın məşhur ziyalısı Mirzə Saleh Axundovun qardaşıdır” . E.Cəfərli Mirzə Saleh Axundovun (general Nazim Əliyevin babasının qardaşı) Quzanlı qəbiristanlığında olan məzarının…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ! Hazır olun: Azərbaycanda DƏHŞƏTLİ ŞAXTA OLACAQ

“Azərbaycan ərazisinə Atlantik okeanından gələn və Azor maksimumu deyilən antisiklonlar adətən havanın isti dövründə yağış, soyuq dövründə isə qar şəklində yağıntı gətirir. Uzun müddət idi ki, Azərbaycan, İran, Türkiyə kimi ölkələrin ərazilərində bu yağıntılar gecikirdi. Hazırda isə soyuq hava kütlələri Türkiyə ərazisinə daxil olur”. Bunu Musavat.com-a açıqlamasında ekoloq Ənvər Əliyev deyib. O bildirib ki, soyuq hava kütlələri bir neçə günə Türkiyə ərazisindən Azərbaycana doğru axın edəcək və yağıntı şəklində özünü büruzə verəcək: “Bu, ölkəmizdə qarın yağmasına səbəb olacaq. Ona görə də soyuq və şaxtalı havaya hazır olmalıyıq. Azərbaycana 9 istiqamətdən hava kütləsi daxil…

Read More
Dünya 

“İranda partlayışları kim törədir?” — məşhur iranşünas analitikin açıqlaması

İranda müxtəlif regionlarda demək olar eyni zamanda baş verən partlayışlar, ölkə rəsmilərinin bildirdiyi “gündəlik təsadüflər” izahlarından fərqli olaraq, təsadüfi hadisələr deyil, koordinasiyalı diversiyalar kimi görünür. Belə fikirini YouTube-də yayımlanan The Breakfast Show kanalında İran üzrə analitik Mixail Krutixin bildirib. Krutixin qeyd edir ki, İran hakimiyyətinin partlayışların səbəbi kimi gətirdiyi “qaz sızması” və ya “çətənə tutuşması” izahları inandırıcı deyil. Verilən misallardan birində, televiziyada göstərilən qaz borusunun, heç partlayış baş verən evə birləşdirilmədiyi də açıqlanıb. Analitikə görə, bütün hadisələrin təsadüfən baş vermə ehtimalı çox kiçikdir və xarici müdaxilənin əlamətləri aşkar görünür. Partlayışlar…

Read More
Təhsil 

Ümumi təhsil müəssisələrində qış tətili başa çatıb

Beşgünlük və altıgünlük iş həftəsi ilə fəaliyyət göstərən ümumi təhsil müəssisələrində 2025–2026-cı tədris ili üzrə qış tətili bu gün başa çatıb. “İki sahil” xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilib. Qış tətili 5 gün davam edib və ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub.

Read More
Gündəm 

Elmə və dövlətin inkişafına həsr olunmuş ömür

Hər bir ölkənin inkişafında elmin rolu böyükdür. Elm cəmiyyətin intellektual potensialını formalaşdıran, iqtisadi tərəqqini sürətləndirən və sosial rifahın yüksəlməsinə xidmət edən əsas amillərdən biridir. Elmi biliklərə əsaslanan inkişaf modeli davamlı və uzunmüddətli nəticələr verir, ölkənin qlobal rəqabət mühitində mövqeyini möhkəmləndirir. Müasir dövrdə elmin nailiyyətləri texnologiyanın inkişafına, sənayenin modernləşməsinə, kənd təsərrüfatında məhsuldarlığın artmasına və səhiyyə sisteminin təkmilləşməsinə birbaşa təsir göstərir. Elmi tədqiqatlar olmadan innovasiyaların yaranması, yeni texnologiyaların tətbiqi və iqtisadiyyatın şaxələndirilməsi mümkün deyil. Bu baxımdan elm dövlətin strateji inkişaf prioritetlərinin əsas dayaqlarından biri kimi çıxış edir. Azərbaycan tarixində də elmə xüsusi…

Read More
Siyasət 

Azərbaycan XİN Pakistandakı terror hücumunu pisləyib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanın Bəlucistan əyalətində törədilmiş terror hücumlarını pisləyib. Musavat.com xəbər verir ki, bu barədə XİN-in “Facebook” hesabında paylaşım edilib. “Pakistanın Bəlucistan əyalətində baş vermiş mənfur terror hücumlarını qətiyyətlə pisləyirik. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir, qardaş Pakistan xalqına və hökumətinə səmimi həmrəylik hisslərimizi bölüşürük. Yaralananlara tezliklə sağlamlıqlarına qovuşmalarını arzulayırıq”, – paylaşımda bildirilib. “Terrorizmin bütün formaları və təzahürlərinə qarşı beynəlxalq səylərə möhkəm dəstəyimizi bir daha təsdiqləyirik”, – XİN vurğulayıb.

Read More
Cəmiyyət 

Bu gün Azərbaycanda Gənclər Günüdür

Bu gün – 2 fevral Azərbaycan Gəncləri Günüdür. Ümumilli Lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, bu gün Azərbaycan Gəncləri Günü elan olunub. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməsinə başlanılıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra – 1998-ci ilin 8-12 avqustunda gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli qətnaməsi ilə 12 avqust – Beynəlxalq Gənclər Günü elan olunub. Ulu öndər Heydər Əliyev gənclər…

Read More