26 iyulda gözlənilən hava şəraiti

ARANTV.AZ xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə: Bakıda və Abşeron yarımadasında İyulun 26-da hava şəraitinin  yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun Abşeron yarımadasında gecə 25-28, gündüz 32-37, Bakıda gecə 26-28, gündüz…

Daha çox ..

Rusiyalı alimlərdən yeni kəşf: “Göbələk xərçəngi müalicə edir”

Rusiyalı alimlər İsveçrədən olan həmkarları ilə birlikdə yeni kəşfə imza atıblar. ARANTV.AZ  xəbər verir ki, Uzaq Şərq göbələyinin dörd növü əsasında xərçəngin dərmanının hazırlana biləcəyi müəyyən edilib. Söhbət “Fomitopsis pinicola”, “Hericium erinaceus”, “Inonotus obliquus” və “Trametes versicolor” göbələk növlərindən gedir. Bu göbələklərdən xalq təbabətində də geniş istifadə edilir. Son tədqiqatlar göstərib ki, göbələklər bədxassəli şişə…

Daha çox ..

Tanınmış ifaçının klipi trend oldu – Video

Tanınmış ifaçı Nuray Məhərov yeni “Gecənin səssizliyi” adlı mahnısına klip çəkdirib. ARANTV.AZ xəbər verir ki, mahnının söz və musiqisi Nuray Məhərovun özünə aiddir. Ekran işinin müəllifi rejissor Telman Həsənovdur. Klip yayımlandığı gündən xüsusilə sosial şəbəkələrdə yüksək qiymətləndirilib və paylaşılıb. Sənət yoldaşları ifaçının mahnısını və klipini çox bəyəndiklərini qeyd ediblər. Qeyd edək ki, “Gecənin səssizliyi” artıq…

Daha çox ..

Türkiyəyə uçuşların sayı üç dəfə artırıldı

Bakıda Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyi ilə Türkiyə Respublikasının Mülki Aviasiya Baş Direktorluğunun nümayəndə heyətləri arasında görüş keçirilib. ARANTV.AZ xəbər verir ki, görüşdə hər iki ölkənin aviaşirkətlərinin nümayəndələri iştirak edib. Görüş zamanı iki qardaş ölkə arasında hava əlaqəsinin liberallaşdırılması məsələsi müzakirə edilib. Aparılmış danışıqlar nəticəsində tərəflərin ərazisindəki şəhərlərarası sərnişin…

Daha çox ..

Bakını toz bürüdü: Normadan dörd dəfə artıqdır

Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur. ARANTV.AZ  xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin məlumatına görə, 25 iyul 2018-ci il tarixində Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan dörd dəfə yuxarı olduğu qeydə alınıb. Buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz dumanının daxil olmasıdır….

Daha çox ..

Nazirdən xarici dilin tədrisi ilə bağlı vacib – ƏMR

Təhsil naziri Ceyhun Bayramov orta məktəblərdə xarici dilin tədrisi barədə əmr imzalayıb. ARANTV.AZ xəbər verir ki, nazirin əmrinə əsasən, Azərbaycanın ümumtəhsil məktəblərində tədrisi nəzərdə tutulan xarici dil (dillər) ingilis, alman, fransız, rus, ərəb, fars dilləri arasından seçilir. Tədris dilindən asılı olmayaraq, bütün ümumtəhsil məktəblərində xarici dilin tədrisi I sinifdən başlanır. Ümumtəhsil məktəblərində ikinci xarici dil V sinifdən etibarən…

Daha çox ..

Əhmədin videosu izləmə rekordu qırdı – 2 milyon baxış

Gənc müğənni Əhməd Mustafayevin ifa etdiyi “Canan” mahnısı hitə çevrilib. ARANTV.AZ-ın məlumatına görə, mahnını 1 ay ərzində 2 milyondan çox insan dinləyib. Eyni zamanda sosial şəbəkələrdə ən çox paylaşılan mahnı da məhz “Canan” olub. Mahnının sözləri Məşhədi Babaya, musiqisini müğənni özü bəstələyib. Klipin rejissor və aranjimanı isə Fərid Ağaya məxsusdur. Layihənin prodüseri Trural Nəbiyevdir. Qeyd…

Daha çox ..

“Fatiməyə bu ləqəbi mən qoymuşam” – Şou-biznesdə yeni qalmaqal

Son günlər başı qalmaqaldan açılmayan Fatimə Fətəliyeva bu dəfə müğənni Elariz Məmmədoğlu ilə qalmaqal yaşayıb. ARANTV.AZ-ın məlumatına görə, Elariz “ATV maqazin onlarla”da bildirib ki, “Göyçək Fatimə” ləqəbini ona ilk dəfə özü qoyub: “Plovu toyda gətirəndə deyridim ki, “İndi isə plovu Göyçək Fatimə gətirir”. İllərlə dedim-dedim, indi adı elə qalıb. Baxıram efirdə deyir ki, bu ləqəbi mənə…

Daha çox ..

Günay İbrahimli jurnalistdən 100 min tələb edir

Müğənni Günay İbrahimli criminal.az saytının baş redaktoru Anar Məmmədov barəsində məhkəməyə müraciət edib.  ARANTV.AZ xəbər verir ki, bu barədə bakupost-a A.Məmmədov məlumat verib. O bildirib ki, G. İbrahimli ona və keçmiş sponsoru Nuriyyə Əhmədovaya qarşı müştərək qaydada şərəf və layəqətin alçaldılması iddiası ilə 100 min manatlıq təzminat davası açıb. İş Yasamal rayon Məhkəməsində hakim Aytən…

Daha çox ..

Bu dəfə Könül Kərimovanı dəyişdi – Video

Bu dəfə görünüşündə əməkdar artist Könül Kərimova dəyişiklik edib. ARANTV.AZ-ın məlumatına görə, sənətçinin imici üzərində stilist Pərviz Mirzəyev çalışıb. Kərimovanın görüntüsü sosial şəbəkədə paylaşılıb. Müğənni fərqli makiyaj edib və saçlarını dəyişib. İzləyicilər K.Kərimovanın halını bəyəndiklərini yazıblar. axşam.az

Daha çox ..