Təhsil 

Valideynlərdən COVID pasportu tələb olunacaq? – Təhsil naziri açıqladı

Valideynlərdən COVID pasportu tələb etmirik.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bunu təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, COVID pasportu olmayan valideynin övladının məktəbə buraxılmayacağı doğru deyil:

“Amma müəyyən yerlərə daxil olarkən vətəndaşlardan COVID pasportu tələb olunur. Yaxşı olardı ki, məktəb binalarına daxil olan valideynlərin də koronavirus pasportu olsun”.

Qeyd edək ki, yeni qərara əsasən 22 sentyabr tarixindən etibarən I-IV siniflər, 29 sentyabr tarixindən isə V-XI siniflər əyani təhsilə başlayacaq. Ali təhsil müəssisələri, kolleclər və digər təhsil müəssisələri də sentyabrın 29-dan açılacaq.

Daha çox xəbərlər