Təhsil 

Hərarəti 37-dən yuxarı olanlar məktəbə buraxılmayacaq – RƏSMİ

Məktəbə daxil olanların hərarəti ölçüləcək, ondan sonra dezinfeksiya işləri aparılacaq. Əgər şagirdin və ya müəllimin bədən hərarəti 37 dərəcədən yuxarı olarsa, məktəbə buraxılmayacaq.

ARANTV.AZ  Trend-ə istinadən bildirir ki, bu barədə təhsil nazirinin müşaviri Rüstəm Ağayev Təhsil Nazirliyinin bu gün keçirilən brifinqində deyib.

R.Ağayev bildirib ki, dərs vaxtı hərati qalxan olarsa, hər bir məktəbdə hazırlanan izolyasiya otaqlarına yerləşdiriləcək və aidiyyatı üzrə məlumat veriləcək.

Daha çox xəbərlər