Cəmiyyət 

Boşanma statistikasını açıqlamaq olarmı, olmazmı?

Əməkdar artist iddia edir ki, bu cür məlumatlar gənclərdə qorxu yaradır, evliliyə inamı sarsıdır – reaksiya Cəmiyyətdə müzakirə doğuran növbəti açıqlama bu dəfə əməkdar artist Vasif Məhərrəmlidən gəlib. Müğənni efir və saytlarda boşanma statistikasının açıqlanmasını tənqid edərək bildirib ki, bu cür məlumatlar gənclərdə qorxu yaradır, evliliyə inamı sarsıdır və ümumilikdə cəmiyyət üçün mənfi psixoloji fon formalaşdırır. Onun fikrincə, “bu il bu qədər insan boşandı” kimi rəqəmlərin açıqlanması nə ölkənin adına, nə də insanların psixologiyasına müsbət təsir göstərir. Bu yanaşma ilk baxışda emosional və hətta müəyyən qədər “qoruyucu” görünə bilər. Amma…

Read More
Siyasət 

Azərbaycanın dostu dünyanın xilaskarına çevrildi – O KİMDİR? DOSYE

ABŞ, İsrail və İran arasında 39 gün davam edən savaşın IIII dünya müharibəsinə çevriləcəyi qaçılmaz görünərkən səhnəyə bir lider çıxdı. Məhz o şəxsin siyasi iradəsi və diplomatik çəkisi hadisələrin axarını bir anda dəyişdi. Bu dünyaşöhrətli lider Pakistanın baş naziri Şahbaz Şərifdir. Şahbaz Şərif 1951-ci il 23 sentyabrda Lahor şəhərində anadan olub. Pakistanın aparıcı siyasətçilərindən biri, dövlət idarəçiliyi sahəsində uzun illər təcrübəyə malik liderdir. O, xüsusilə idarəçilik bacarığı, iqtisadi layihələrə diqqəti və inzibati sərtliyi ilə tanınır. Ailəsi biznes fəaliyyəti ilə məşğul olan varlı sənayeçilərdən olub. Şahbaz Şərif Lahorda yerləşən universitetdə təhsil…

Read More
Siyasət 

Prezident bu Nazirliklə bağlı FƏRMAN İMZALADI

Prezident İlham Əliyev “Ekologiya və Təbii Sərvətlər Nazirliyi haqqında Əsasnamə”də dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Nazirlik onun strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar vasitəsilə, Torpaq Məcəlləsinin 57-ci maddəsinin 1-ci hissəsində nəzərdə tutulan hallarda, habelə meşə fondu torpaqlarında müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikintisi, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə əkin dövriyyəsinə əlavə torpaq sahələrinin cəlb edilməsi zərurəti yarandıqda, həmin torpaqların kənd təsərrüfatına az yararlı və ya yararsız torpaq sahələri ilə əvəzləşdirilməsinin məqsədəuyğunluğuna, faydalı qazıntıların çıxarılması üçün torpaq sahəsinin kateqoriyasının…

Read More
Gündəm 

SON DƏQİQƏ: Ülviyyə İlyasova həbs edildi

Qaynı arvadının ölümünə səbəb olan plastik cərrah həkim, “AzE Estetik Mərkəzi”nin direktoru Ülviyyə İlyasova yenidən hakim qarşısına çıxarılıb.  Bakı Apellyasiya Məhkəməsində hakim Aqil Musayevin sədrliyi ilə baş tutan prosesdə barəsində həbs olmayan qərimkan tədbiri seçilən həkim barədə qərar dəyişdirilərək həbs qətimkan tədbiri seçilib. Ülviyyə İlyasova məhkəmə zalında həbs olunub. Məhkəmənin növbəti iclası aprelin 9-na təyin edilib. Qeyd edək ki, ötən il aprelin 16-da 1984-cü il təvəllüdlü Səbirə Vəliyevanın cərrahi əməliyyatdan sonra ölməsi faktı üzrə cinayət işi başlanıb. Müəyyən olunub ki, “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasova aprelin 15-də qaynı arvadı…

Read More
Siyasət 

Prezidentdən TƏBİB-lə bağlı MÜHÜM SƏRƏNCAM

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) Müşahidə Şurasının tərkibi təsdiqlənib. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib: Müşahidə Şurasının sədri Azərbaycan Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi Müşahidə Şurasının üzvləri: Azərbaycan Respublikası maliyyə nazirinin müavini Azərbaycan Respublikası səhiyyə nazirinin müavini Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.

Read More
Siyasət 

İlham Əliyev SOCAR-la bağlı sərəncam İMZALADI

Prezident İlham Əliyev Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında 23 yanvar 2021-ci il sərəncamında dəyişiklik edib. Musavat.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni sərəncam imzalayıb. Sərəncama əsasən, Şuranın üzvü olan maliyyə nazirinin keçmiş müavini Azər Bayramov nazirin I müavini Anar Kərimovla əvəz olunub.

Read More
Cəmiyyət 

SON DƏQİQƏ: FHN güclü zəlzələ ilə bağlı MƏLUMAT YAYDI

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, bu gün yerli vaxtla saat 13:05-də Lənkəran şəhərindən 50 km şərqdə, Xəzər dənizi ərazisində 70 km dərinlikdə 5.3 maqnituda zəlzələ qeydə alınıb. Musavat.com xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında bildirilib. Qeyd edilib ki, zəlzələ ölkənin cənub rayonlarında 4-3 bal hiss olunub. “Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb”, – məlumatda vurğulanıb.

Read More
Gündəm 

Havalar fermerlər üçün ƏLVERİŞLİ keçir? – Mütəxəssis RƏYİ

Güclü yağışlar və daşqınlardan sonra Azərbaycanda havalar yenidən sabitləşməyə və istiləşməyə başlayıb. Hərçənd, bölgələrdə qeyri-müəyyən və yağışlı hava davam edir. Bu cür hava aprel üçün nə dərəcədə xarakterikdir? Fermerlər üçün əlverişlimi? Gözlənilən məhsuldarlığa təsiri necə olacaq? Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə aprel ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, ayrı-ayrı yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın olacağı ehtimalı var. Aqrar ekspertlərin fikrincə, qısa müddətli yağışlar məhsuldarlığa problem yaratmır. Amma yağışlar uzun müddət davam edərsə, taxıl…

Read More