Türkiyə dost, Rusiya düşmən: erməni kəşfiyyatının hesabatı İrəvandakı kremlçiləri dəli etdi
Ermənistan Xarici Kəşfiyyat Xidmətinin yaydığı son məruzə ölkə daxilində ciddi narazılıq və qalmaqala səbəb olub. Musavat.com xəbər verir ki, erməni politoloq Vazgen Petrosyan sənədin Qərbin diktəsi ilə hazırlandığını və Ermənistanın real təhlükəsizlik risklərini əks etdirmədiyini bildirib. Ekspertin sözlərinə görə, hesabatda geniş analitik yanaşma yoxdur, Ermənistanın təhlükəsizliyinə birbaşa təsir edən qlobal və regional təhdidlər faktiki olaraq kənarda saxlanılıb. Xüsusilə İran amilinin sənəddə demək olar ki, yer almaması Petrosyan tərəfindən ciddi boşluq kimi qiymətləndirilib. O vurğulayıb ki, İran Ermənistan üçün açar qonşu və mühüm strateji tərəfdaşdır, regionda təhlükəsizlik balansında əsas rol oynayır.…
Read More