Cəmiyyət 

Bu bölgələrə hazırda güclü QAR YAĞIR

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) ölkə ərazisində müşahidə olunan qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar avtomobil yollarında hərəkətin təhlükəsiz və fasiləsiz təmin olunması istiqamətində zəruri tədbirlər görür. Musavat.com agentliyə istinadən xəbər verir ki, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir. Bundan başqa Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır. Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb. Agentlik tərəfindən körpülərin üzərində buzlaşmaya qarşı tədbirlər görülür, hərəkətin təhlükəsizliyi və…

Read More
Cəmiyyət 

Zaqatalaya 30 sm qar yağdı

Azərbaycanda küləkli və yağıntılı hava şəraiti davam edir, dağlıq və dağətəyi rayonlarda qar yağır, bəzi yerlərdə isə yağıntılar intensiv xarakterlidir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yanvarın 14-ü saat 10:00-a olan məlumatında qeyd edilib. Yağan qarın hündürlüyü Əlibəydə (Zaqatala) 30, Şahbuzda 29, Sarıbaşda (Qax) 23, Qubada 20, Şəkidə 15, Kəlbəcərdə 13, Laçın, Xınalıq, Qubadlı və Qusarda 10, Xaltan və Şahdağda 9, Altıağac və Gədəbəydə 8, Zaqatalada 6, Şuşada 5, Xankəndi, Qobustan və Daşkəsəndə 4, Şamaxı və Sədərəkdə 3, İsmayıllı və Şərurda 2, Balakən və Xocalıda isə 1 sm-dir…

Read More
Siyasət 

Ceyhun Bayramov Hakan Fidanla regiondakı təhlükəsizlik vəziyyəti müzakirə ediblər

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı aparılıb. Bu barədə Musavat.com-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, telefon danışığı zamanı, Azərbaycan-Türkiyə müttəfiqlik münasibətlərindən irəli gələn məsələlər, regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, eləcə də regionda təhlükəsizlik vəziyyəti müzakirə olunub, iki qardaş ölkə arasında birgə əlaqələndirilmiş fəaliyyətdən məmnunluq ifadə olunub.

Read More
Gündəm 

Azərbaycan və Ermənistan birgə minaaxtarma komissiyası yarada bilərmi? – ilginc reaksiya

Bu günlərdə Ağdərədə növbəti mina partlayışı nəticəsində ərazilərin minalardan təmizlənməsi işi ilə məşğul olan vətəndaşımız ağır xəsarət alıb. Ümumilikdə 44 günlük müharibədən sonrakı dövrdə 400 nəfərdən artıq insan mina partlayışı nəticəsində həlak olub, yaxud yaralanıb. Bakı israrla tələb etsə də, Ermənistan mina xəritələrini vermədi, yaxud saxta xəritələr təqdim etdi. Görünür, sərhəd kmissiyaları kimi, hər iki ölkənin hərbi mütəxəssislərindən, xüsusilə də vaxtilə minaların basdırılmasında iştirak edən hərbçilərdən ibarət komissiyaların yaradılmasına ehtiyac var. Yoxsa bu məsələ beynəlxalq məhkəmənin predmeti olmalıdır? Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru, hüquqşünas Sahib Məmmədov Musavat.com-a bildirib ki, Ermənistanın…

Read More
Dünya 

Ermənistan iflic hala düşdü

Ermənistanda hava şəraitinin kəskin dəyişməsi, qar yağması səbəbindən bəzi yollar buz bağlayıb və qapanıb. Musavat.com bildirir ki, bu barədə Respublika Daxili İşlər Nazirliyinin Xilasetmə Xidməti məlumat yayıb. Bildirilir ki, Amberd yüksək dağ meteoroloji stansiyasından Amberd qalasına və Kari gölünə gedən yollar tam qapanıb. Həmçinin Vardenis (Basarkeçər) keçidi qoşqulu nəqliyyat vasitələri üçün bağlanıb, digər növ nəqliyyat vasitələri üçün də ciddi çətinliklər yaranıb. Bundan əlavə, Meğri aşırımı, İstisudan Qarakilsə-Şinuayr-Tatev-Qafan və Noravan-Ltsen-Tatev hissələrinə gedən yollar, (Hamamlı) həmçinin Spitak aşırımları qoşqulu nəqliyyat vasitələri üçün bağlıdır.

Read More
Dünya 

Tehranda etirazlar yenidən alovlandı: İranda inqilab gedir – VİDEO

Musavat.com xəbər verir ki, hal-hazırda Tehranın əsas prospekt və meydanlarında minlərlə insanın iştirakı ilə genişmiqyaslı etirazlar davam edir. Sosial şəbəkələrdə yayılan çoxsaylı videolarda və canlı görüntülərdə paytaxtın müxtəlif hissələrində böyük izdihamın formalaşdığı, nəqliyyatın iflic olduğu, təhlükəsizlik qüvvələrinin isə vəziyyəti nəzarətdə saxlamaqda çətinlik çəkdiyi görünür. Son günlər İranda etirazların miqyası nəzərəçarpacaq dərəcədə genişlənib. Dünən və ondan əvvəlki gün etirazların sərt şəkildə dağıdılması, minlərlə ölən və yaralananların olduğu barədə məlumatlar yayılsa da, bu, aksiyaların qarşısını ala bilməyib. Əksinə, müşahidəçilərin fikrincə, zorakılıq etirazçıların qəzəbini daha da artırıb və yeni dalğaya təkan verib. Məlumatlara…

Read More
Cəmiyyət 

Hansı məktəblər distant təhsilə keçəcək? – VİDEO

Azərbaycanda növbəti tədris ilindən etibarən şagird sayı az olan məktəblərdə təhsilin keyfiyyətini artırmaq məqsədilə yeni tədris modeli tətbiq ediləcək. Publika.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu İTV-nin efirində “Sabaha saxlamayaq” verilişində çıxışı zamanı məlumat verib. Vəfa Yaqublu bildirib ki, bəzi ucqar məktəblərdə fənn müəllimlərinin çatışmaması şagirdlərin illərlə müəyyən fənləri öyrənə bilməməsinə səbəb olur. “Təsəvvür edin ki, bütöv bir sinif kimya fənnini öyrənə bilmir, çünki həmin məktəbdə kimya müəllimi yoxdur. Bunun əsas səbəbi şagird sayı az olan məktəblərdə dərs saatlarının azlığıdır. Müəllimlərin…

Read More
Hava 

Yağış yağacaq, güclü külək əsəcək

Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Publika.az–a Milli Hidrometeorologiyada Xidmətindən məlumat verilib. Bildirilib ki, bəzi yerlərdə intensivləşəcəyi, ayrı-ayrı yerlərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək. Nisbi rütubət 80-85 % olacaq. Azərbaycanın rayonlarında hava şəraitinin bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Qərb küləyi ayrı-ayrı yerlərdə…

Read More
Cəmiyyət 

Arada 48 il var… VİDEO

Prezident İlham Əliyev bu gün Tərtər elektromexanika zavodunun yenidənqurmadan sonra açılışında iştirak edib. “İki sahil” xəbər verir ki, zavod 1976-cı ildə Lionozovo elektromexanika zavodunun Tərtər filialı olaraq yaradılıb. Zavodun əsasını qoymuş Ümummilli Lider Heydər Əliyev 1978-ci ildə onun rəsmi açılış mərasimində iştirak edib. Prezident İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən Müdafiə Sənayesi Nazirliyi yaradılıb və Tərtər elektromexanika zavodu nazirliyin tabeliyinə verilib.

Read More
Cəmiyyət 

Adi narahatlıq, yoxsa ciddi xəbərdarlıq? – Meteohəssaslıq

Proqnozlarda gizlənən mesajlar Gündəlik hava proqnozlarında tez-tez səslənən “meteohəssas insanlara xəbərdarlıq”, “hava şəraiti meteohəssas insanlarda diskomfort hissi yarada bilər” və ya “meteoroloji amillərin zəif tərəddüdü əksər meteohəssas insanlar üçün əlverişli olacaq” kimi ifadələr artıq adi informativ cümlələrə çevrilib. Lakin bu xəbərdarlıqları eşidən hər kəs üçün eyni sual aktual olaraq qalır: Meteohəssas insanlar kimlərdir və havadakı dəyişikliklər niyə məhz bu qrup üçün xüsusi risk hesab olunur? Meteohəssaslıq anlayışı insan orqanizminin hava şəraitində baş verən dəyişikliklərə adi həssaslıqdan daha güclü reaksiya verməsi ilə bağlıdır. Belə insanlar üçün hava yalnız fon faktoru deyil,…

Read More