Cəmiyyət 

“Ölkədə torpaq azalır, qəbir çoxalır” – İlahiyyatçı alimdən ÇAĞIRIŞ

Samid Quliyev: “Fiqhə görə qalıqlar torpağa qarışdıqdan sonra qəbir yerinin yenidən istifadəsi mümkündür” Şəhərlərin sürətlə böyüməsi, əhalinin artması və urbanizasiyanın dərinləşməsi fonunda qəbiristanlıqların sahəsi də ildən-ilə genişlənir. Xüsusilə, iri şəhərlərdə torpaq resurslarının məhdudlaşması qəbir yerlərinin planlaşdırılması və idarə olunmasını ciddi ekoloji və sosial problemə çevirib. Yaşayış massivləri ilə qəbiristanlıqların sərhədlərinin yaxınlaşması, torpaq ehtiyatlarının tükənməsi və ekosistemə təsir məsələsi cəmiyyətdə haqlı suallar doğurur. Bu kontekstdə həm dini, həm də hüquqi baxımdan alternativ və davamlı yanaşmaların mövcudluğu xüsusi əhəmiyyət kəsb edir. Bəs İslam fiqhində bu problemə necə yanaşılır? Qəbir yerlərinin yenidən istifadəsi mümkündürmü…

Read More
Hava 

Yanvarda Bakıya qar yağacaq? – AYLIQ PROQNOZ

Yanvar ayına olan hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən Musavat.com-a verilən məlumata görə, gələn ilin yanvar ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur. Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 4-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 0-5 dərəcə isti, bəzi günlərdə 3 dərəcəyədək şaxta, gündüzlər 5-10 dərəcə isti, bəzi günlərdə 2 dərəcəyədək…

Read More
Cəmiyyət 

Yeni qayda qüvvəyə minir: işçilərin məzuniyyət müddəti uzanır

Əsas və əlavə məzuniyyətlərin müddətlərinin cəmlənməsi qaydasında dəyişiklik ediləcək. Bu məsələ Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan və üçüncü oxunuşda qəbul edilən Əmək Məcəlləsinə dəyişiklikdə əksini tapıb. Yeni dəyişikliklər işçilərin eyni vaxtda bir neçə əlavə məzuniyyət hüququ olduqda onların necə hesablanacağını müəyyənləşdirir və əmək hüquqları baxımından mühüm yenilik kimi qiymətləndirilir. Mövcud qanunvericiliyə əsasən, işçinin əmək şəraiti, əmək funksiyasının xüsusiyyətləri və əmək stajına görə iki və daha çox əlavə məzuniyyət hüququ yarandıqda, yalnız müddəti daha çox olan bir əlavə məzuniyyət əsas məzuniyyətə əlavə edilirdi. Yeni qaydalara görə isə…

Read More
Cəbhədən Xəbər 

Əsgərlərə bayram məzuniyyəti veriləcək? – MÜHÜM DETALLAR

Bayram günlərində əsgərlərə məzuniyyət verilib-verilməməsi cəmiyyətdə ən çox maraq doğuran məsələlərdən biridir. Xüsusilə, Yeni il və digər rəsmi bayramlar ərəfəsində hərbi qulluqçuların evlərinə buraxılıb-buraxılmaması ilə bağlı suallar aktuallaşır. Maraqlıdır, bayram günlərində əsgərlərə məzuniyyət verilə bilərmi? Bu barədə KONKRET.az-a açıqlama verən hərbi ekspert Üzeyir Cəfərov bildirib ki, hərbi qulluqçuların məzuniyyəti “Hərbi xidmət haqqında Əsasnamə” və “Hərbi qulluqçuların statusu haqqında” qanuna uyğun şəkildə həyata keçirilir. “Zabitlər, gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət keçən şəxslər üçün əsas məzuniyyət qaydaları dəyişməz qalır. Yeganə mühüm yenilik 44 günlük Vətən müharibəsindən sonra qəbul edilən qərarla…

Read More
Təhsil 

195 yaşlı Şuşa qəza məktəbi

Qafqazda ilk dünyəvi təhsil ocağı haqda Azərbaycanın maarifçilik tarixində Şuşanın ədəbi, mədəni və təhsil mühitinin əvəzsiz rolu olmuşdur. Şuşa ictimai fikir tariximizin inkişafına mühüm töhfələr vermiş, Azərbaycana və dünyaya görkəmli xadimlər bəxş etmişdir. Azərbaycanın tarixi mədəniyyət mərkəzi olan Şuşa, orada anadan olmuş bir sıra tanınmış elm, maarif, mədəniyyət, incəsənət xadimlərinin vətəni hesab edilir. Onların adı, eləcə də sənəti Azərbaycan mədəniyyəti və maarifçiliyi tarixində müstəsna yer tutur. Azərbaycanın tarixi, mədəni mərkəzi olan Şuşa tanınmış elm, maarif, mədəniyyət, incəsənət xadimlərinin, ictimai-siyasi fikrin görkəmli nümayəndələrinin vətəni hesab edilir. Tarixi mənbələrə əsasən XIX əsrin…

Read More
Gündəm 

Elektrik və qaz üçün sabit tarif nədir? DETALLAR

Azərbaycanda elektrik enerjisi və təbii qaz təchizatı üzrə istehlak səviyyəsindən asılı olmayan aylıq sabit tariflər müəyyənləşdirilib. Bununla bağlı Tarif Şurası qərar qəbul edib. Qərar “Elektroenergetika haqqında” qanuna və 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək yeni “Qaz təchizatı haqqında” qanuna əsaslanır. Məlumata əsasən, sabit tariflərin tətbiqində məqsəd elektrik enerjisi və təbii qaz təchizatı üzrə infrastrukturun saxlanması, xidmətlərin göstərilməsi və digər sabit xərclərin istehlakçılar arasında balanslı şəkildə bölüşdürülməsidir. Tarif Şurası bildirib ki, abonentlərdən aylıq sabit ödənişlərin tutulması bir çox ölkələrdə tətbiq olunur və beynəlxalq təcrübədə bu mexanizm istehlak həcmindən asılı olmayaraq təchizat…

Read More
Gündəm 

Əli Əsədov qərar imzaladı

Bəzi məhsullarına idxal zamanı tətbiq edilən gömrük rüsumu və aksiz dərəcəsi güzəştinin müddəti artırılıb. Musavat.com xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb. Sənədə əsasən, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və reaktiv mühərriklər üçün digər yanacağın idxal gömrük rüsumu və aksiz dərəcələrinə tətbiq edilən güzəştin müddəti bir il uzadılıb. Məlumat üçün bildirək ki, reaktiv mühərriklər üçün TC-1 markalı yanacaq və reaktiv mühərriklər üçün digər yanacağın idxalında 1 ton üçün 80 manat aksiz dərəcəsinə güzəşt tətbiq edilirdi. Güzəştin müddəti uzadılaraq 2026-cı il dekabrın 31-dək 1 ton üçün…

Read More
Cəmiyyət 

Yeni il günü Bakıya qar yağacaq? -PROQNOZ

31 dekabr-2 yanvar tarixlərində ölkə ərazisində gözlənilən hava şəraiti Bakıda və Abşeron yarımadasında dekabrın 31-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək, sürəti 15-18 m/s təşkil edəcək, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 7-10° isti olacaq. Bu barədə Sfera.az-ın sorğusuna cavab olaraq Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, yanvarın 1-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək,15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcək. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-7° isti olacaq.…

Read More
Cəmiyyət 

Necə edək ki, kiberdələduzların qurbanına çevrilməyək?

Bəhruz Əliyev: Banklar heç vaxt OTP kodu tələb etmir Son dövrlərdə kiberdələduzluq hallarında ciddi artım müşahidə olunur. Xüsusilə mobil telefon istifadəçiləri hədəf alınır və müxtəlif üsullarla insanların şəxsi məlumatları ələ keçirilir. Dələduzlar texnologiyanın imkanlarından istifadə edərək daha gizli və təsirli metodlara üstünlük verirlər. Ən çox rast gəlinən üsullardan biri saxta QR kodlardır. İctimai yerlərdə, elan lövhələrində, kafe və mağazalarda yerləşdirilən bu kodlar istifadəçiləri şübhəli internet səhifələrinə yönləndirir. QR kodu skan edən şəxslər bilmədən telefonlarına zərərli proqramların yüklənməsinə və ya şəxsi məlumatlarının dılıduzlara ötürülməsinə şərait yaradırlar. Kiberdələduzlar, eyni zamanda, saxta SMS-lər…

Read More
Cəmiyyət 

Culfa yollar qardan təmizlənir

Dünən günün ikinci yarısından başlayaraq Culfa şəhəri və rayonun kəndlərinə yağan qarın insanların gündəlik həyatına mənfi təsir göstərməməsi üçün Culfa Rayon İcra Hakimiyyəti tərəfindən operativ tədbirlərə başlanılıb. “İki sahil” xəbər verir ki,  magistral və kəndlərarası yolların qardan təmizlənməsi məqsədi ilə gecə saatlarından etibarən “Naxçıvan Yol Tikinti İstismar” MMC-nin Culfa Sahəsi tərəfindən əraziyə xüsusi texnikalar cəlb olunub, nəqliyyatın hərəkətinin fasiləsiz təmin olunması istiqamətində işlərə başlanılıb. Eyni zamanda, şəhər ərazisində parklar, səkilər, piyada yolları qardan təmizlənir, sakinlərin rahat və təhlükəsiz hərəkəti üçün müvafiq şərait yaradılır. Aidiyyəti qurumların koordinasiyalı fəaliyyəti nəticəsində qış hava şəraitinin…

Read More