Ağdərədə radio və televiziya stansiyaları
Ağdərə rayonu ərazisində yerləşən “Talış”, “Kiçik Qarabəy” və “Həsənriz” radio-televiziya yayım stansiyalarının fəaliyyəti yenidən təmin olunub. Musavat.com xəbər verir ki, AZCON Holding-in tərkibinə daxil olan “Radioteleviziya yayımı və peyk rabitəsi” MMC tərəfindən həyata keçirilən işlər çərçivəsində sözügedən stansiyalar tam şəkildə bərpa edilərək istismara verilib. Məlumata görə, bərpa prosesi zamanı müasir texniki avadanlıqlar quraşdırılıb, yayım infrastrukturunun dayanıqlılığı və keyfiyyəti artırılıb. Bu addım bölgədə radio və televiziya yayımının əhatə dairəsinin genişləndirilməsinə, eləcə də informasiya təminatının gücləndirilməsinə xidmət edir. Qeyd olunur ki, Ağdərə rayonu ərazisində həyata keçirilən bu cür layihələr azad edilmiş ərazilərdə…
Read More