Hava 

Bu tarixdə meteor yağışı olacaq – Bakıdan da görünəcək

Gələn il yanvarın əvvəlində astronomik hadisə – Kvadrantid meteor yağışı müşahidə olunacaq. Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından Musavat.com-a verilən məlumata görə, meteor yağışı 2025-ci il dekabrın 12-dən 2026-cı il yanvarın 12-dək aktiv olsa da, maksimum aktivlik 4 yanvar gecəsi saat 03:00 radələrində gözlənilir. Məlumata görə, meteor yağışı Bakıda gecə və sübhə yaxın saatlarda müşahidə edilə bilər. Ən əlverişli vaxt sübhə yaxın, yağışın radiantının səmanın ən yüksək nöqtəsinə çatdığı anlardır. Bu zaman meteorların sayı və görünmə ehtimalı artır. Maksimum aktivlik zamanı saatda 120 meteor müşahidə oluna bilər. Bakı üçün…

Read More
Region Xəbərləri 

Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır.

2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan bu gün təkcə regionda deyil, dünya miqyasında idman ölkəsi kimi tanınır. Qazanılan uğurlar, yaradılan imkanlar və qarşıya qoyulan hədəflər güclü dövlət siyasətinin məntiqi nəticəsidir. Bu il idmançılarımız beynəlxalq arenalarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanaraq tarixə düşən nəticə əldə ediblər. Bu rəqəmlər sadəcə statistika deyil – bu, minlərlə gəncin əzmi, məşqçilərin zəhməti və dövlətin ardıcıl qayğısının təcəssümüdür. Medalların sayının ildən-ilə artması idmanın inkişafının davamlı və dayanıqlı olduğunu göstərir. Azərbaycanda…

Read More
Cəmiyyət 

Növbəti köç karvanı Ağdərənin Vəngli kəndinə çatıb

Növbəti köç karvanı Ağdərə rayonunun Vəngli kəndinə çatıb, açarlar sakinlərə təqdim olunub. “İki sahil” xəbər verir ki,  Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin əməkdaşları sakinlərə bərpa olunmuş mənzillərin açarlarını təqdim ediblər. Qeyd edək ki, bu köçlə Vəngli kəndinə qayıdan ailələrin ümumi sayı 137-yə (532 nəfər) çatıb.

Read More
Sosial 

Leyla Əliyeva “Euronews”a IDEA-nın fəaliyyətindən danışıb

IDEA İctimai Birliyi Azərbaycanda və dünyada ekoloji çağırışlara cavab vermək məqsədilə yaradılıb. “İki sahil” xəbər verir ki, bunu Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva “Euronews”a müsahibəsində bildirib. Telekanal IDEA-nın ekologiya, iqlim dəyişikliyi və biomüxtəlifliyin qorunması sahəsində fəaliyyəti haqqında reportaj hazırlayıb. “Əvvəldən başa düşürdük ki, ekologiya ayrı-ayrı növlərin xilası və ya iqlim dəyişikliyi ilə mübarizədən qat-qat artıqdır. Bu, həyat tərzimiz, mədəniyyətimiz və hər birimizin ətraf mühitə necə təsir etdiyimizlə bağlıdır. Bir çox ölkə təəssüf ki, qorunan ərazilərini itirsə də, Azərbaycan onları genişləndirməkdə davam edir. Son illərdə…

Read More
Cəmiyyət 

Ordubadın yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb

Naxçıvan Muxtar Respublikası (MR) Ordubad rayonunun yüksək dağlıq ərazilərində qarın hündürlüyü 25 sm-ə çatıb. Naxçıvan MR Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir. Qeyd edilib ki, hazırda bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur. Ordubad rayonun yüksək dağlıq ərazilərində (3000 m) qarın hündürlüyü 25, Parağaçaq Qar Uçqunu Stansiyasında 4, Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə 3 sm qeydə alınıb.

Read More
Cəmiyyət 

Azərbaycanda içki və siqaret istehsalı azalıb- Rəsmi

Ötən illə müqayisədə Azərbaycanda tütün məmulatlarının istehsalında 13,2 faiz, içki istehsalında isə 1,6 faiz azalma qeydə alınıb. Musavat.com xəbər verir ki, bu məlumatlar Dövlət Statistika Komitəsinin (DSK) rəsmi göstəricilərində yer alıb. Bildirilib ki, hesabat dövründə qida məhsullarının istehsalında 9,8 faiz artım müşahidə olunub. Bu sahələrin əsas məhsullarından makaron məmulatlarının istehsalı 2,5 dəfə, şəkər, qənd istehsalı 24,4 faiz artmış, meyvə-tərəvəz konservləri 1,8 faiz, araq istehsalı isə 5,1 faiz azalıb.

Read More
Cəmiyyət 

Bakıda satılan “monqol quzuları” təhlükəsizdir? – AÇIQLAMA

“Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi tərəfindən xaricdən, o cümlədən Monqolustandan gətirilən ətlərin keyfiyyət və təhlükəsizliyinə ciddi nəzarət olunur”. Musavat.com xəbər verir ki, bu barədə Agentlikdən Modern.az-a verilən cavabda bildirilib. Qeyd edilib ki, idxal prosesində müfəttişlərin ətlərə nəzarət proseduru ictimaiyyət üçün açıqdır. Agentlikdən verilən məlumata görə, ətlərin dövriyyəsi zamanı, yəni daşınması, satışı zamanı da normativ tələblərə əməl edilməlidir, sahibkar buna görə məsuliyyət daşıyır və pozuntu aşkarlandığı halda qanuni tədbir görülür. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov saytımıza açıqlamasında deyib ki, Azərbaycanda artıq bir ildən çoxdur ki, ət defisiti müşahidə olunur. “Bu səbəbdən bazarı…

Read More
Cəmiyyət 

Xankəndidə “Kənddən şəhərə” Yeni il yarmarkası – Qiymətlər necədir? FOTO, VİDEO

Dekabrın 27-də Xankəndi şəhərində Kənd Təsərrüfatı Nazirliyinin və nazirliyin tabeliyində fəaliyyət göstərən Aqrar Tədarük və Təchizat ASC-nin təşkilatçılığı ilə “Kənddən şəhərə” Yeni il kənd təsərrüfatı yarmarkası keçirilir. Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Musavat.com-a verilən məlumata görə, yarmarkanın əsas məqsədi yerli fermerlərin məhsullarının satışına dəstək göstərmək, eyni zamanda əhalinin keyfiyyətli kənd təsərrüfatı məhsulları ilə daha əlçatan qiymətlərlə təmin edilməsidir. Yarmarkada iştirak edən fermerlər öz təsərrüfatlarından gətirdikləri təbii və keyfiyyətli kənd təsərrüfatı məhsullarını satışa çıxarıblar. Təklif olunan məhsullar bazar qiymətlərindən aşağı qiymətlərlə təqdim edilib…

Read More
Cəmiyyət 

SON DƏQİQƏ! Əhaliyə sarı xəbərdarlıq edildi

Növbəti iki gündə güclü külək əsəcək. Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, dekabrın 28-29-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi rayonlarda gözlənilən küləkli hava şəraiti sarı xəbərdarlığa uyğundır. Qeyd olunub ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Xızı, Xaçmaz, Qusar, Şabran, Siyəzən, Daşkəsən, Gəncə, Goranboy, Tovuz, Şəmkir, Naftalan, Mingəçevir, Tərtər, Bərdə, Yevlax, Zərdab, Neftçala, Qobustanda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

Read More