Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətənə bağlılıq hisslərini özündə təcəssüm etdirir
Dünya azərbaycanlılarının həmrəyliyi etnik amilə söykənən tarixi proses olsa da, qloballaşan müasir dünyada bu prosesin dövlət siyasətinə çevrilməsi müstəqilliyin əldə olunması, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı, azərbaycançılıq və dünya azərbaycanlılarının birliyi ideyasını Azərbaycan Respublikasının prioritet siyasət xətti elan etməsi, bu kursun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirməsi sayəsində gerçəkləşmişdir. Dünya azərbaycanlılarının həmrəylik siyasəti xarici ölkələrdə yaşayan təkcə etnik azərbaycanlıları deyil, coğrafi Azərbaycandan olan bütün millətlərin nümayəndələrini də özündə birləşdirməyi nəzərdə tutur. Həmrəylik sahəsində dövlətin strateji məqsədi dünya azərbaycanlılarının Azərbaycan Respublikasını əbədi ata yurdu, özünün siyasi dayağı kimi…
Read More