Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək inkişafı üçün lazımdır.
2025-ci ilin idman yekunlarına həsr olunmuş mərasimdə Prezident İlham Əliyevin çıxışı bir daha sübut etdi ki, Azərbaycan bu gün təkcə regionda deyil, dünya miqyasında idman ölkəsi kimi tanınır. Qazanılan uğurlar, yaradılan imkanlar və qarşıya qoyulan hədəflər güclü dövlət siyasətinin məntiqi nəticəsidir. Bu il idmançılarımız beynəlxalq arenalarda 2000-dən çox medal, o cümlədən 600-dən artıq qızıl medal qazanaraq tarixə düşən nəticə əldə ediblər. Bu rəqəmlər sadəcə statistika deyil – bu, minlərlə gəncin əzmi, məşqçilərin zəhməti və dövlətin ardıcıl qayğısının təcəssümüdür. Medalların sayının ildən-ilə artması idmanın inkişafının davamlı və dayanıqlı olduğunu göstərir. Azərbaycanda…
Read More