Sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycandır – Prezident İlham Əliyev
Ermənistan onu qarşıdurmaya, gərginliyə sövq edən qüvvələrdən, onların hərbi yardımlarından imtina etməli, Azərbaycanın sülh səylərini dəstəkləməli və yalnız belə olan halda öz təhlükəsizliyini və inkişafını tam zəmanət altına almış olduğunu anlamalıdır Xəbər verildiyi kimi, dekabrın 24-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam şəhərində 2-ci yaşayış kompleksinin açılışında iştirak ediblər və buraya köçən sakinlərlə görüşüblər. Prezident İlham Əliyev görüşdə çıxış edərkən bir sıra məsələlərə toxunub. Dövlət başçısı diqqəti tarixi Zəfərimizə qədər və Zəfərdən sonrakı dövrün reallıqlarına yönəldib. Bildirib ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə məşğul olan beynəlxalq təşkilatlar başqa fikirdə…
Read More