Sağlam qida, yoxsa?..
Mütəxəssislər “sağlam qida” kimi təqdim edilən, lakin əslində yüksək şəkər və kalori tərkibinə malik olan qəlyanaltı batonlarının istehlakçıları yanlış yönləndirdiyi barədə xəbərdarlıq edirlər. London Kraliça Meri Universitetinin (QMUL) nəzdində fəaliyyət göstərən Duz və Şəkər üzrə Fəaliyyət Mərkəzinin araşdırmasına əsasən, Böyük Britaniyada 10 supermarketdə satışda olan 450-dən çox qəlyanaltı batonunun qida tərkibi təhlil edilib. Nəticələr göstərib ki, məhsulların 37 faizi yüksək şəkər, 55 faizi isə yüksək doymuş yağ tərkibi ehtiva edir. Təhlilə görə, “sağlam seçim” adı ilə satılan batonların 64 faizi əslində sağlam qidalanma meyarlarına cavab verməyən məhsullar kateqoriyasına daxildir. Araşdırmada…
Read More