Cəmiyyət 

Xəstənin ölümünə səbəb olan tibb bacısı da azadlıqda – FOTO

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən amnistiya aktı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində də icra olunub. Musavat.com bildirir ki, amnistiya aktı Xırdalanda xəstənin ölümünə səbəb olan tibb bacısı Şəfaqət Bağıyevaya da şamil edilib. O, bu gün cəza çəkdiyi məntəqə tipli cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb. Xalidə Gəray Musavat.com

Read More
Cəmiyyət 

Atalıq məzuniyyətinin müddəti və ödənişi necə hesablanacaq? – Vacib DETALLAR

Milli Məclisdə müzakirəyə çıxarılan və birinci oxunuşdan keçən Əmək Məcəlləsinə təklif olunan dəyişikliyə əsasən, uşağın doğumu ilə bağlı atalara ödənişli məzuniyyət hüququnun verilməsi nəzərdə tutulur. Bəs atalıq məzuniyyətinin müddətin və ödənişin hesablanma qaydası necədir? Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Məmmədli Milli.Az-a açıqlamasında bildirib ki, Azərbaycan qanunvericiliyinə, xüsusilə Əmək Məcəlləsinə əsasən, indiyədək atalara uşağın doğulduğu günə təsadüf edən dövrdə 14 təqvim günü müddətində ödənişsiz məzuniyyət verilməsi nəzərdə tutulurdu. Deputat qeyd edib ki, hazırda Əmək Məcəlləsinin 125-ci maddəsinə “Hamiləliyə və doğuşa görə məzuniyyətlər”lə bağlı dəyişiklik edilməsi təklif olunub və bu dəyişiklik…

Read More
Gündəm 

Qızıl bazarı yeni rekordlara hazırlaşır

  Son aylarda qızılın qiymətində ciddi dəyişikliklər müşahidə olunur. Əvvəlcə qiymət beynəlxalq bazarlarda tarixi rekord səviyyələrə yüksəlib, son dövrdə isə bazarda müəyyən eniş müşahidə edilib. Bu proseslər qlobal iqtisadi şəraitin və investor davranışlarının qızıl bazarına təsirini açıq şəkildə göstərir. 2025-ci ilin oktyabr və dekabr aylarında qızılın bir troy unsiyasının qiyməti dünya birjalarında əvvəlki bütün rekordları aşaraq 4 380–4 400 ABŞ dolları səviyyəsinə çatıb. Bu artım investorların artan risklər fonunda qızıla təhlükəsiz sərmayə aləti kimi üstünlük verməsi ilə izah olunur. Rekord yüksəlişdən sonra bazarda geri çəkilmə də qeydə alınıb. Qazanc götürən…

Read More
Gündəm 

AZAL-ın təyyarə qəzasında həlak olan Milli Qəhrəmanlarla bağlı SON DƏQİQƏ MƏLUMATI

Ötən il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan qəhrəmanların adına marka buraxılacaq. Bu barədə Musavat.com-a qəzada həyatını itirən Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın atası Cəlil Əliyev məlumat verib. Onun sözlərinə görə, bununla bağlı dekabrın 24-də xüsusi tədbir keçiriləcək. Cəlil Əliyev bildirib ki, dekabrın 25-də ailə üzvləri ilə birlikdə Fəxri xiyabana gedərək övladının anım gününü qeyd edəcəklər: “Dekabrın 25-də Fəxri xiyabana gedəcəyik, övladımın ildönümündə yad edəcəyik. Biz digər iki heyət üzvünün ailəsindən fərqli olaraq il mərasimini dekabrın 29-da Gəncədə keçirəcəyik”. Onun sözlərinə görə,…

Read More
Siyasət 

Dağıstanın rəhbəri Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyası Dağıstan Respublikasının rəhbəri Sergey Məlikov Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Musavat.com xəbər verir ki, məktubda deyilir: “Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm. Sizin gərgin əməyiniz sayəsində qardaş Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə əhəmiyyətli uğurlar qazanıb. Çoxillik səmərəli fəaliyyətiniz, yüksək peşəkarlığınız və Vətənə sədaqətlə xidmətiniz həm həmvətənləriniz arasında, həm də ölkənin hüdudlarından kənarda Sizə böyük ictimai rəğbət və nüfuz qazandırıb. Dağıstanda Azərbaycan Respublikası ilə əsrlər boyu davam edən dostluq, mehriban qonşuluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan tarixi səmərəli əməkdaşlıq yüksək dəyərləndirilir.…

Read More
Gündəm 

Xankəndidə silahlı təxribat planlaşdıran erməni əsilli şəxsə cəza istənilib

Xankəndidə terrorçuluq və digər xüsusilə ağır cinayətlər törətməkdə təqsirləndirilən erməni əsilli sakin Avanesyan Karen Albertoviçin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə Karen Avanesyan ifadə verib. Daha sonra isə cinayət işi üzrə şahidlər dindirilib. Məhkəmədə Sosial Xidmətlər Agentliyinin əməkdaşı da şahid qismində ifadə verib. Daha sonra dövlət ittihamçısı çıxış edib. Prokuror Karen Avanesyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Məhkəmə dekabrın 25-də davam etdiriləcək. Qeyd edək ki, bu il sentyabrın 14-də Avanesyan Karen Albertoviç yaşadığı yerdən şəhərin yaxınlığındakı meşə…

Read More
Cəmiyyət 

Yeni il xristian bayramıdırmı? – İLGİNC faktlar

Yeni il bayramına sayılı günlər qalıb. Hər il bu ərəfədə “Yeni il xristian bayramıdırmı?” sualı yenidən gündəmə gəlir və bu mövzu ətrafında cəmiyyətdə geniş müzakirələr, bəzən isə kəskin mübahisələr yaranır. Sosial şəbəkələrdə, ailə və dost məclislərində, hətta mediada bu məsələ müxtəlif baxış bucaqlarından dəyərləndirilir, fərqli mövqelər ortaya qoyulur. Bir tərəf Yeni ili sırf təqvim dəyişikliyi və dünyəvi bayram kimi qəbul edərək onu digər ümumbəşəri bayramlar kimi qeyd etməyin təbii olduğunu düşünürsə, digər tərəf bu bayrama daha ehtiyatla yanaşır. Belə ki, Yeni ili adi, şənlik xarakterli, insanları bir araya gətirən, ümid və arzularla dolu…

Read More
Gündəm 

Müdrik Lider, qalib Sərkərdə, mahir Strateq

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən praqmatik, çoxvektorlu, milli maraqlara əsaslanan siyasət nəticəsində Azərbaycan regionun ən güclü aktoruna, yüksək beynəlxalq nüfuza malik olan dövlətə çevrilib Hər bir xalqın əsrlər boyu formalaşan dövlətçilik ənənələrinin konkret dövlət modelində gerçəkləşməsi üçün əlverişli siyasi mühit və milli iradə ilə yanaşı, güclü liderin də olması mühüm şərtdir. Güclü, qətiyyətli, vətənpərvər və müdrik liderə malik olmayan xalq hətta real imkanlar daxilində belə öz müstəqilliyinə qovuşa bilmir. Bu baxımdan həm klassik liderlik konsepsiyası, həm də müasir liderə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan…

Read More
Gündəm 

Qalib Azərbaycanın memarı

Müasir Azərbaycan güclü dövlətçilik ənənələrinə, müstəqil xarici siyasətə və dayanıqlı sosial-iqtisadi inkişaf modelinə əsaslanan yeni tarixi mərhələdə inamla irəliləyir. Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş və prinsipial siyasət nəticəsində Azərbaycan regional liderlikdən qlobal aktorluğa yüksəlmiş, beynəlxalq münasibətlər sistemində söz sahibi olan nüfuzlu dövlətə çevrilmişdir. Azərbaycan artıq yalnız regional deyil, qlobal miqyasda da təşəbbüskar ölkə kimi çıxış edir. COP29-a ev sahibliyi bunun bariz nümunəsidir. Qısa müddətdə həyata keçirilən hazırlıq işləri və əldə olunan mühüm razılaşmalar Azərbaycanın iqlim diplomatiyasında yeni mərhələ açdığını göstərdi. Bakı Maliyyə Məqsədi inkişaf etməkdə olan…

Read More
Gündəm 

Yanvarın 1-dən qiymətlər artacaq?

2026-cı il yanvarın 1-dən etibarən Azərbaycanda “ƏDV geri al” mexanizmi bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlərə də şamil olunacaq. Bu yenilik Vergi Məcəlləsinə təklif edilən dəyişikliklər çərçivəsində nəzərdə tutulub və ölkədə ƏDV sistemində əhəmiyyətli bir addım kimi qiymətləndirilir. Yeni mexanizm vasitəsilə vətəndaşlar ödəmiş olduqları əlavə dəyər vergisini geri ala biləcəklər, yəni xidmətlərin faktiki qiymətində şəffaflıq artacaq. Bununla yanaşı, bu dəyişiklik bərbərxana və kosmetoloji xidmət sahəsində fəaliyyət göstərən sahibkarlar üçün də vergi hesabatlılığını artıracaq, qəbzlərin verilməsi və rəsmi qeydiyyatın təmin olunması daha ciddi şəkildə izlənəcək. Bəs bütün bu…

Read More