Cəmiyyət 

Azərbaycana qış gəldi

Bu gün saat 19:03-də Azərbaycana qış fəsli daxil olub. Musavat.com xəbər verir ki, bununla da Şimal yarımkürəsində qış, Cənub yarımkürəsində isə yay fəsli başlayacaq. Bu zaman Yerin fırlanma oxu Günəş istiqaməti ilə ən böyük bucaq əmələ gətirir və ya Günəş həmin gün günorta üfüqdən minimum hündürlükdə (26⁰.2) olur. Həmin gün ən qısa gündüz (gündüzün uzunluğu 9 saat 17 dəqiqə 22 saniyə) və ən uzun gecə (gecənin uzunluğu 14 saat 42 dəqiqə 38 saniyə) olur. Qış fəslinin uzunluğu 88 gün 23 saat 42 dəqiqə 52 saniyə təşkil edəcək.

Read More
Hava 

Hava ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – Bu gün…

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Dekabrın 22-də səhər ayrı-ayrı yerlərdə zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək. Musavat.com bildirir ki, Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-9° isti olacaq. Atmosfer təzyiqi 765 mm civə sütunundan 762 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 80-85%, gündüz 60-65 % olacaq. Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 3-8°…

Read More
Gündəm 

Bu gün məhkumlar ailələrinə qovuşacaq – Amnistiya başladı

Bu gündən Amnistiya aktının icrasına başlanılır. Musavat.com xəbər verir ki, cəzaçəkmə müəssisələrindən rəsmi şəxslərin, vətəndaş cəmiyyətinin və media nümayəndələrinin də iştirakı ilə məhkumların bir qismi azad ediləcək. Qeyd edək ki, dekabrın 19-da Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” qərar qəbul edib. Xatırladaq ki, Ədliyyə Nazirliyinin penitensiar müəssisələri üzrə amnistiya aktının tətbiq ediləcəyi məhkum sayı 8 minə yaxındır. İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur.

Read More
Hadisə 

Bakıda evdə yanğın, ölən var

Paytaxtın Səbail rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. Musavat.com xəbər verir ki, Cənub Dərə küçəsində yerləşən evdə qısaqapanma nəticəsində yanğın olub. Nəticədə Starçevoy Andrey Vladimiroviç yanaraq həlak olub. Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

Read More
Cəbhədən Xəbər 

Partlayış səsləri eşidiləcək – XƏBƏRDARLIQ

22-26 dekabr tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək. Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib. “Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq”, – məlumatda deyilir.

Read More
Siyasət 

Lukaşenko İlham Əliyevi TƏBRİK ETDİ

Belarus Prezidenti Aleksandr Lukaşenko azərbaycanlı həmkarı İlham Əliyevə təbrik məktubu göndərib. Musavat.com-un məlumatına görə, təbrikdə deyilir: “Hörmətli İlham Heydər oğlu. Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Əminəm ki, bu il Siz bayramınızı xüsusi əhvali-ruhiyyə ilə qarşılayırsınız. Sizin siyasi müdrikliyiniz və möhkəm iradəniz sayəsində Azərbaycan Respublikası qarşıya qoyulmuş məqsədlərə nail olaraq beynəlxalq nüfuzunu inamla artırır. Belarusda ölkələrimiz arasında strateji tərəfdaşlıq münasibətlərinə, həmçinin müxtəlif sahələrdə dövlətlərarası əməkdaşlığın ardıcıl inkişafına xüsusi əhəmiyyət verilir. Çoxtərəfli platformalarda etimada əsaslanan təmasları və qarşılıqlı dəstəyi, eləcə də Belarus-Azərbaycan dialoqunun bütün səviyyələrdə dərinləşdirilməsinə göstərdiyiniz diqqəti yüksək qiymətləndirirəm.…

Read More
Siyasət 

Çin lideri Azərbaycan Prezidentini təbrik etdi

Çin Xalq Respublikasının Sədri Si Cinpin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Musavat.com-un məlumatına görə, mətndə deyilir: “Hörmətli cənab Prezident. Doğum gününüz münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan şərəf duyuram. Məqsədyönlü rəhbərliyimizlə Çin-Azərbaycan hərtərəfli strateji tərəfdaşlıq münasibətləri sürətlə inkişaf edir, ölkələrimiz arasında qarşılıqlı siyasi etimad daim möhkəmlənir, ikitərəfli faydalı əməkdaşlıq durmadan inkişaf edir və beynəlxalq səviyyədə fəaliyyət səmərəli şəkildə reallaşdırılır. Bu il ərzində Sizinlə iki dəfə görüşmüşük, əldə etdiyimiz mühüm razılaşmalar səmərəli və hərtərəfli şəkildə həyata keçirilir. Çin ilə Azərbaycan arasında münasibətlərin inkişafına böyük əhəmiyyət…

Read More
Cəmiyyət 

Balıq bazarında idxal məhsulları yerli istehsalı üstələyir – SƏBƏB

Hazırda Azərbaycanın balıq bazarında idxal məhsulları üstünlük təşkil edir. Musavat.com-un məlumatına görə, bu fikirləri bu gün keçirilən brifinqdə Balıqçılıq və Akvakultura Mərkəzinin direktoru Ceyhun Əliyev bildirib. Onun sözlərinə görə, gələcəkdə balığa olan tələbatın yerli istehsal hesabına tamamilə qarşılanacağı ehtimalı azdır: “Azərbaycanda əsas tələbat farel, qızılbalıq və çəki kimilərədir. Nərəkimilərin də ciddi potensialı var. Dəniz krevetləri, Atlantik okeana aid somon kimi məhsullar isə Azərbaycanın iqlim şəraitinə, su hövzələrinin duzluluğuna uyğun deyil. Buna görə də idxal olunması təbiidir”. Ceyhun Əliyev diqqətə çatdırıb ki, qonşu ölkələr olan İran və Türkiyə kimi ölkələrdə yem…

Read More
Siyasət 

Prezident bu yolun təmirinə 1,4 milyon ayırdı – SƏRƏNCAM

Abşeron rayonunun Hökməli və Qobu qəsəbələrində avtomobil yollarının əsaslı təmirinə 1,4 milyon manat ayrılıb. Musavat.com xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamla Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazisində avtomobil yollarının əsaslı təmiri məqsədilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ilkin olaraq 1,4 milyon manat ayrılıb.

Read More