Cəmiyyət 

Növbəti köç karvanları Xıdırlı, Hadrut və Qırmızı Bazara çatdı

Doğma yurduna yola salınan köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb. Musavat.com xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndinə 45 nəfərdən ibarət 16 ailəyə mənzillərin açarları təqdim edilib. Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər. Bu gün həmçinin yola salınan növbəti köç karvanı Xocavəndin Hadrut qəsəbəsinə çatıb. Köçdə 6 ailə (26 nəfər) olub. Bundan əlavə, Qırmızı bazar qəsəbəsinə yola salınan köç də ünvana çatıb. Bu gün 18 ailə olmaqla 90 nəfər doğma yurduna qayıdıb.

Read More
Siyasət 

Güclü hüquqi dövlət bağışlamağı da bacaran dövlətdir!

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən belə bir humanist təşəbbüsün irəli sürülməsi dünya Azərbaycanlılarının həmrəyliyi günü və yeni il öncəsi bir çox ailədə böyük sevinc hissi yaşadacaq. Güclü hüquqi dövlət cəzalandırmaqla yanaşı, bağışlamağı da bacaran dövlətdir. Bu yanaşma hüquqla humanizmin, qanunla mərhəmətin tarazlığını təmin edir. Biz görürük ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu hüquqi dövlət məhz bugün bu yanaşmanı əsas tutur. Ölkəmizdə ilk dəfə əfv və amnistiya institutları da məhz Ulu Öndər Heydər Əliyevin dövründə təsis edilmişdir və 7 amnistiya aktı tərtib edilmişdir. Qeyd etmək lazımdır ki, amnistiya cinayətin…

Read More
Cəmiyyət 

Bakıda yayılan xəstəlik təhlükəli H3N2 virusudur? – Həkimdən XƏBƏRDARLIQ

“Müraciət edənlər arasında pnevmoniyadan ağırlaşmalar çoxdur” Son günlər uşaqlar arasında naməlum mənşəli xəstəliklə bağlı narahatlıq artıb. Valideynlər övladlarında günlərlə davam edən yüksək hərarət və halsızlığın səbəbini müəyyənləşdirməkdə çətinlik çəkdiklərini bildirirlər. Bir sıra ölkələrdə yayılan H3N2 virusunun ölkəmizdə də yayılması ilə bağlı təşviş yaransa da, rəsmi qurumlar hələlik bu istiqamətdə hər hansı təsdiqlənmiş məlumat açıqlamayıblar. Bununla belə, əhali arasında xəstəliyin qeyri-adi gedişi ciddi narahatlıq doğurur. Paytaxt sakinlərinin sözlərinə görə, 39–40 dərəcəyədək yüksələn hərarət və güclü titrətmə müşahidə olunsa da, öskürək, boğaz ağrısı kimi klassik respirator simptomlar əksər hallarda olmur. Bu isə…

Read More
Sosial 

Səssiz ev sarsılmış cəmiyyətdir

Eyni otaqda oturub fərqli dünyalarda yaşayan ailə üzvləri artıq adi mənzərəyə çevrilib… Cəmiyyətin ən kiçik, lakin ən həlledici modeli ailədir. Ailədə baş verən hər bir dəyişiklik zamanla küçəyə, məktəbə, iş mühitinə və bütövlükdə ictimai münasibətlərə təsir edir. Son illər ailə daxilində ünsiyyətin azalması görünməyən, lakin dərin izlər buraxan sosial problemə çevrilib. Əvvəllər ailə üzvlərini bir masa ətrafında birləşdirən söhbətlər bu gün çox vaxt telefon ekranlarının arxasında itib-batır. Eyni evdə yaşayan insanlar bir-birinin gündəlik hiss və düşüncələrindən xəbərsiz qalır. Ünsiyyətin azalması isə sadəcə danışmamaq deyil, dinləməmək, anlamağa çalışmamaq və emosional bağların…

Read More
Gündəm 

Hədəf dəyişməzdir

Gələn il 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunacağı, o cümlədən, 170 minə yaxın şəxsin işlə təminatına dəstək veriləcəyi gözlənilir Müasir dövrdə qlobal iqtisadiyyatda baş verən texnoloji inkişaf, rəqəmsallaşma və demoqrafik dəyişikliklər Azərbaycanın əmək bazarının strukturunda və peşə tələblərində əhəmiyyətli transformasiyaya səbəb olur. Texnoloji trendlər ənənəvi peşələrin aktuallığını itirməsinə, eyni zamanda, yeni və yüksək ixtisas tələb edən sahələrin yaranmasına səbəb olur. Bu da karyera dəyişikliyini müasir əmək bazarında təbii bir prosesə çevirir. Yeni iqtisadi çağırışlar fonunda işsiz əhalinin sosial müdafiəsinin daha təkmil və dayanıqlı mexanizmlər əsasında qurulması zərurətə…

Read More
Cəmiyyət 

Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? – Həkimdən SENSASİON açıqlama

Son günlər Azərbaycanda uşaqlar arasında yüksək hərarətlə müşayiət olunan virus infeksiyası ilə bağlı şikayətlər artmaqdadır. Valideynlərin müşahidələrinə görə, xəstəlik əsasən 39-40 dərəcə qızdırma ilə başlayır, öskürək və burun axıntısı olmur, qızdırma isə bir neçə gün davam edərək uşağın ümumi vəziyyətini xeyli zəiflədir. Uşaqlarda halsızlıq, iştahasızlıq və aktivliyin azalması halları geniş yayılıb. Bəs Azərbaycanda uşaqlar arasında yayılan virus nədir? İnfeksionist-pediatr Aytən Ziyadova mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib. Onun sözlərinə görə, son ayda uşaqlar arasında yayılan respiratory syncytial virus (RSV) və influenza (qrip) virusları xüsusilə kiçik yaşlı uşaqlarda ciddi tənəffüs problemlərinə səbəb ola…

Read More
Cəmiyyət 

Elektron siqaret niyə qadağan edilir – deputat açıqladı

Bu gün Milli Məclisdə maye halda buxarlanmadan qaynaqlanan elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsini qadağan edən qanun layihələri üç komitənin birgə iclasında müzakirə olunub. Musavat.com-un məlumatına görə, deputat Tahir Mirkişili bu müzakirələrin və qanunvericiliyə edilən dəyişikliklərin vacibliyindən bəhs edib: “Hesab edirəm ki, bu tip elektron siqaretlərin Azərbaycanda idxalı, istehsalı, satışı və istifadəsinin qadağan olunması ilə bağlı qanunvericiliyə təklif olunan dəyişikliklər ictimai sağlamlıq baxımından əsaslandırılmış və vaxtında atılan addımdır. Artıq 40-dan çox ölkədə bu məhsullar qadağan edilib. Birincisi, elektron siqaretlər xüsusən yeniyetmələr və gənclər arasında nikotin asılılığının genişlənməsinə şərait yaradır.…

Read More
Hadisə 

Tovuzda toyunun qarşısı alınan 14 yaşlı qız danışdı – VİDEO/YENİLƏNDİ

Tovuz rayonunun Öysüzlü kəndində ərə verilən və müvafiq qurumlar tərəfindən mərasimin qarşısı alınan qız danışıb. N.Ə Teleqraf-ın Qərb bürosuna açıqlamasında toy mərasiminin keçirilmədiyini deyib: “Sadəcə “Hə” mərasimi keçirilirdi. Toy və ya nişan olmayıb. Ailə quracağım bəylə dağda tanış olmuşdum. Anası-atası da bilirdi. “Hə” almağa gəlmişdilər, o da baş tutmadı”. N.Ə oğlan evi tərəfdən cəmi 5-6 nəfərin gəldiyini deyib: “Qeyd elədiyim kimi, “hə” almağa gəlmişdilər, mərasim də bu münasibətlə keçirilirdi. Yaşım 18-ə çatanadək məni gözləyəcəkdilər. Yaşım tamam olduqdan sonra toyumuz olacaqdı”. N.Ə həmçinin bildirib ki, təhsil almaq arzusu olub, amma imkansızlıqdan təhsilinə…

Read More
Gündəm 

Kobaxidze: Azərbaycan Gürcüstanın etibarlı dostudur

Azərbaycan Gürcüstanın xüsusi dostudur. İki ölkənin hökumətləri arasında müstəsna dostluq münasibətləri mövcuddur. “Report” xəbər verir ki, baş nazir bunu İctimai Televiziyaya verdiyi müsahibəsində bildirib. “Türkmənistanda Azərbaycanın Baş naziri Əli Əsədovla çox səmimi görüşüm oldu. Ümumilikdə, Azərbaycan bizim xüsusi dostumuzdur və hökumətlər arasında müstəsna dostluq münasibətləri qurulub, ona görə də hər hansı bir məsələdə ortaq məxrəc tapmaq bizim üçün çətin olmayacaq”, – deyə Gürcüstanın Baş naziri vurğulayıb. Kobaxidzenin sözlərinə görə, danışıqların mövzusu Azərbaycandan Gürcüstan ərazisi vasitəsilə daşımalara dair yekun razılığın əldə olunmasıdır. “Həm Azərbaycan, həm də Ermənistan tərəflərinin maraqları bizim üçün…

Read More