Cəmiyyət 

Laçın və Kəlbəcərdə yanğının söndürülməsinə iki helikopter cəlb edildi

Laçın və Kəlbəcər rayonlarının dağlıq hissəsində davam edən yanğınların söndürülməsinə iki helikopter cəlb olunub. Laçın və Kəlbəcər rayonlarında dağlıq ərazilərdə bir neçə gündür davam edən yanğının meşə massivinə keçməsinin qarşısının alınması üçün tədbirlər görülür. Əraziyə Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin iki helikopteri, Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri cəlb olunub. Yanğının məhdudlaşdırılması üçün havadan və qurudan yanğınsöndürmə əməliyyatları davam etdirilir.//Report

Read More
Gündəm 

Konstitusiya və Suverenlik medianın gözü ilə: Dövlətçilik ideyasının yeni mərhələsi

2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunması milli dövlətçilik tariximizin məntiqi davamı, müasir inkişaf mərhələsinin isə əsas ideoloji xəttidir. Bu il Konstitusiyanın mahiyyətini, suverenliyin tarixi və siyasi anlamını ictimai şüurda daha dərindən izah etməyə, medianın analitik və maarifçi rolunu gücləndirməyə xidmət edir. Suverenliyin bərpası və konstitusiya quruluşunun bütün ərazilərdə tətbiqi Azərbaycan dövlətçiliyinin tarixində yeni dövrün başlanğıcıdır və media bu dövrün ictimai təhlilində aparıcı mövqedədir. Azərbaycan xalqının müstəqil dövlətə sahib olmaq arzusu 1991-ci ildə gerçəkləşsə də, o dövrdəki siyasi qeyri-sabitlik müstəqilliyin möhkəmlənməsinə imkan vermədi. Yalnız 1993-cü ildə Ümummilli…

Read More
Cəmiyyət 

Zaqatalaya qar yağır – FAKTİKİ HAVA

  Ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir. Musavat.com xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Qeyd edilib ki, dekabrın 4-ü saat 10:00-a olan məlumata əsasən, Lənkəran-Astara zonasında leysan xarakterli intensivdir. Zaqatalanın(Əlibəy) yüksək dağlıq ərazilərində isə qar yağır. Yağan qarın hündürlüyü 1 sm-dir. Düşən yağıntının miqdarı Lənkəranda 56, Astarada 44, Lerikdə 4, Yardımlıda 2, Gədəbəy, Qax, Zaqatala, Qəbələ, Quba, Şabran, Göyçayda 1 mm-dir. Naxçıvan, Şərur, Sədərək, Gəncə, Şəmkir, Qax, Şəki, Zaqatala, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Göyçay, Zərdab, Sabirabad, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500…

Read More
Siyasət 

İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edib. Musavat.com xəbər verir ki, Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu bildirən qonaq ilk növbədə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin salamlarını dövlət başçısına çatdırıb. Lord Vernon Koaker iki ölkə arasında dostluq və etimada əsaslanan münasibətləri qeyd edərək əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişaf etdirilməsində maraqlı olduqlarını vurğulayıb. Dövlət başçısı salamlara görə minnətdarlığını bildirib, onun da salamlarını Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə…

Read More
Siyasət 

İlham Əliyev: Azərbaycanla Böyük Britaniya arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifə açılıb

Prezidenti İlham Əliyev Azərbaycanla Böyük Britaniya müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açıldığını bəyan edib. Musavat.com-un məlumatına görə, dövlət başçısı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Koakeri qəbul edərkən ikitərəfli münasibətlərin zəngin tarixinin olduğunu deyib. Prezident iki ölkə arasında əməkdaşlığın enerji sektorundan başladığını və daha sonra bir çox sahələri əhatə etdiyini vurğulayıb. Prezident İlham Əliyev ticarət, investisiya və digər sahələrdə əməkdaşlığı daha da genişləndirmək üçün yaxşı imkanların olduğunu deyib. Dövlət başçısı hazırda iki ölkə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqla bağlı yeni səhifənin açılmasına…

Read More
Gündəm 

Bəzi qurumlarda iş günlərinin yeri dəyişdirildi- Rəsmi qərar olmasa da

Azərbaycanda bir sıra universitet və kurslarda bayramla bağlı iş günlərinin yerləri dəyişdirilib. “Qafqazinfo” xəbər verir ki, bəzi təhsil müəssisələri dekabrın 27-28-i ilə (şənbə-bazar) dekabrın 29-30-u tarixlərində yerdəyişmə ediblər. Yeni ildə iş və istirahət günlərinin yerinin dəyişdirilməsi ilə əlaqədar hələ heç bir rəsmi məlumat olmasa da, kurs iştirakçılarına və tələbələrə bildirilib ki, onlar həftəsonu dərslərdə iştirak etməlidirlər. Məsələ ilə bağlı Nazirlər Kabinetinə (NK) sorğu ünvanladıq. Qurumdan saytımıza bir daha bildirildi ki, bununla bağlı hazırda müvafiq qərar yoxdur. Xatırladaq ki, 2 həftə əvvəl 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni…

Read More
Cəmiyyət 

İşğaldan azad edilmiş ərazilərdə tərəqqi və reinteqrasiya: Azərbaycanda yeni iqtisadi güc mərkəzi yaranır – TƏHLİL

İşğaldan azad edilmiş ərazilərin sürətli iqtisadi yüksəlişi bu gün Azərbaycanın milli inkişaf strategiyasının mərkəzi xəttini təşkil edir. 2021-2025-ci illəri əhatə edən bərpa mərhələsində dövlət bölgənin dirçəlişini yalnız infrastrukturun qurulması ilə məhdudlaşdırmayıb, paralel olaraq iqtisadi, sosial və institusional sahələrdə sistemli reabilitasiya həyata keçirib. Bu ərazilərdə genişmiqyaslı bərpa-quruculuq tədbirlərinin həyata keçirilməsi istiqamətində müxtəlif sahələri əhatə edən bir sıra layihələrin icrası məqsədilə 2021-2025-ci illər ərzində dövlət büdcəsindən 22 milyard manatdan çox vəsait ayrılıb. Bu kompleks yanaşma “Böyük Qayıdış” siyasətinin real iqtisadi təməlinin formalaşmasına imkan yaradıb. Əlaqələndirmə Qərargahı: 5 illik fəaliyyətin mühüm nəticələri Prezident İlham Əliyevin…

Read More
Sosial 

Bu şəxslərin maaşı artacaq

İşçilərin məzuniyyətə çıxdıqları dövrdə əməkhaqqından az olmamaq şərtilə məvacib almaları ilə bağlı yeni qaydalar layihəsi hazırlanıb. Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli Sfera.az-a bildirib ki, hazırda Azərbaycanda işçilərin məzuniyyət zamanı əməkhaqqı qaydası müəyyən normativ aktlarla tənzimlənir. Onun sözlərinə görə, ənənəvi olaraq, məzuniyyət müddətində işçi maaşı orta əməkhaqqına uyğun hesablanır, lakin bəzi hallarda konkret aylıq maaşdan aşağı ola bilər: “Bu, xüsusilə əlavə ödənişlər, bonuslar və digər qeyri-sabit gəlirlər daxil edilmədikdə müşahidə olunur. Əməkhaqqından az olmamaqla məzuniyyət ödənişi tətbiq edildikdə işçilər üçün maliyyə təhlükəsizliyi artacaq. Onlar məzuniyyətdə olduqları müddətdə normal yaşayış səviyyəsini…

Read More
Siyasət 

Böyük Britaniya-Azərbaycan əməkdaşlığında daha bir vacib səhifə açılır

“Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət nazirinin Azərbaycana indi səfər etməsi və ölkəməzin rəhbəri, həmçinin ordu rərhbərliyi ilə keçirdiyi görüşlər böyük maraq doğurmaqla yanaşı, çox əhəmiyyətli səfərdir”. Bu barədə hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a şərhində bildirib. Onun sözlərinə görə, bu səfər və Prezident İlham Əliyevin britaniyalı naziri qəbul etməsi, orada ifadə olunan fikirlər Böyük Britaniya-Azərbaycan münasibətlərinin hərbi, müdafiə-sənayesi sahəsində əməkdaşlıq sahəsində yeni mərhələnin başlanması və inkişaf etdirilməsindən xəbər verir: “Birləşmiş Krallıqla Azərbaycanın əməkdaşlığı bu gün daha da dərinləşdirilir. Britaniya hər zaman Azərbaycanın müstəqilliyini, ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını…

Read More
Cəmiyyət 

Ticarət mərkəzləri, restoranlar niyə “dolub daşır”?

Dünyada çətin vəziyyət yaşanır. 2026-cı ildə iqtisadi vəziyyətin daha da çətinləşəcəyi ehtimal olunur. Bir sıra ölkələrdə yaranan böhran vəziyyətinin Azərbaycana necə təsir edəcəyi hələlik məlum deyil. Lakin, çətinliklərə baxmayaraq bütün dünyada restoranlar, ticarət mərkəzləri, telefon mağazaları “ağzına kimi doludur”. Demək olar ki, hər 10 nəfərdən 8-nin əlində “iPhone” var. Yay tətilini hamı xarici ölkədə keçirməyə can atır. Çoxları bu halı rifah göstəricisi hesab etsə də, əslində əlaqəsi yoxdur. Əksinə, böhran vəziyyətlərində yaranan vəziyyətlərdən biridir. Belə ki, iqtisadiyyatda “lipstick” effekti adlandırılan anlayış var. İngilis dilindən tərcümədə dodaq boyası mənasını verən bu anlayış…

Read More